Port-Elizabet — Vikipediya

Port-Elizabet- (ing. Port Elizabeth, afrik. Die Baai)-Cənubi Afrika Respublikasının 6-cı böyük şəhəri.Şərqi Burun vilayətinin Kakadu rayonunun mərkəzi.

şəhər
Port-Elizabet
Port Elizabeth
Die Baai
33°57′29″ c. e. 25°36′00″ ş. u.
Ölkə  Cənubi Afrika Respublikası
Bölgə Şərqi Burun vilayəti
Rayon Nelson Mandella şəhər rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1820
İlk məlumat 1860
Sahəsi 251 km²
Mərkəzin hündürlüyü 15 m
Saat qurşağı UTC+2
Əhalisi
Əhalisi 312 392 nəfər
Sıxlığı 1244,4 nəf./km²
Aqlomerasiya 1 244 900
Milli tərkibi 89,4 % — xristianlar
6,1 % — ateistlər
1,5 % — müsəlmanlar
0,4 % — yəhudilər
0,3 % — hindli
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +27 41
Poçt indeksi 6001[1][2], 6000[1][2]
Digər
mandelametro.gov.za
Xəritəni göstər/gizlə
Port-Elizabet xəritədə
Port-Elizabet
Port-Elizabet
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Frederik qalası

Şəhər ingilis köçkünləri tərəfindən 1820-ci ildə qurulmuşdur.Port-Elizabet 1860-cı ildə şəhər statusu,1861-ci ildə isə muxtariyyət almisdir.Birinci ingilis-bur müharibəsi zamanı şəhər həbs düşərgəsi kimi istifadə edilmisdir.XX əsrin ortalarında CAR-da tüğyan edən irqçi aparteid siyasəti nəticəsində minlərlə qaradərili əhali şəhərdən köçürdülür. Aperteiddən sonra Port-Elizabet inkişaf edərək CAR-ın əsas liman şəhərlərindən birinə çevrilmişdir.

Fevral 2021-ci ildən bəri Gqeberha adı, Walmer qəsəbəsinin Xosa adından, Port Elizabeth şəhərini təyin etmək üçün Cənubi Afrika hökuməti tərəfindən rəsmiləşdirildi.

Əhali[redaktə | mənbəni redaktə et]

2011-ci siyahıya alınmasına əsasən şəhərdə 312,392 nəfər yaşayır.Bu nüfuzun 60%-ə yaxınını afrikalı qaradərililər təşkil edir.

Iqtisadiyyat[redaktə | mənbəni redaktə et]

Port-Elizabet bir çox dəniz yollarının üzərində yerləşdiyindən liman şəhəri kimi tez bir zamanda inkişaf edir.Burdan xaricə konyak,sirkə,şərab,buğda,aloya bitkisi,yağ,sabun və s. mallar ixrac edilirdi.

Müasir dövrdə də Port-Elizabet öz əhəmiyyətini itirməyib.Ölkənin nüfuzuna görə 6-cı şəhəri,həmçinin ən böyük 3-cü liman şəhəridir.

Şəhərdə güclü inkişaf etmiş sahələrdən biri avtobilçilikdir.Beləki bir çox məşhur avtomobil şirkətləri Port-Elizabetdə fəaliyyət göstərir.

Turizm və idman[redaktə | mənbəni redaktə et]

Port-Elizabet kifayət qədər gənc olduğundan bura abidələrlə zəngin deyil.Bir çox tarixi binalar Donkin nəsli ilə bağlıdır.Bura meriya binası(1862),Donkin parkını misal göstərmək olar.Şəhərin əsası qoyulmadan əvvəlki dövrə aid əsas bina Frederik qalasıdır(1799).

Şəhərdə bir çox çimərliklər var ki, bunlardan ən əsasları Kinqa və Hobi çimərlikləridir.

Bundan başqa şəhərdə turistik əhəmiyyətli çoxlu parklar və bağlar salınmışdır.

Port-Elizabetdə futbol,reqbi,yüngül və ağır atletika,kriket,hokkey və digər idman növləri üçün stadionlar və idman kompleksləri var.CAR-ın ən köhnə kriket meydançası buradkı Sent-Cons parkındadır.

  1. 1 2 South African Post Office.
  2. 1 2 http://www.postoffice.co.za/tools/pcodes.xls.