Pontiya rododendronu — Vikipediya

Pontiya rododendronu
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Rhododendron ponticum L., 1762

Pontiya rododendronu (lat. Rhododendron ponticum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Qafqazda, Balkan yarımadasının şərq sahilində,Suriyada, Livanda rast gəlinir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Düz və ya əyilmiş gövdəli, hündürlüyü 8 m-ə qədər olan, həmişəyaşıl ağac və yaxud iri koldur. Təbii şəraitdə qoca gövdələrin diametri 40 sm-ə çatır. Qabığı qonur və ya tünd-qırmızı qonurdur. Cavan zoğları tükcüklü, lakin tez çılpaqlaşandır. Yarpaqları uzunsov-lansetvarı, uzunluğu 9-28 sm, eni 2-9 sm, ucu biz, bünövrəsi ensiz, kənarı bir az burulmuş, üst tərəfi parlaq, tünd-yaşıl,alt-tərəfi açıq, hər iki tərəfdən çılpaq, 12-16 cüt damarcıqlıdır. Çiçəkləri 10-15 ədəd, böyük, möhkəm çiçək qruplarında yerləşir. Çiçək tacının diametri 4,5-6,0 sm, bənövşəyi,al-qırmızı, açıq-çəhrayı, sarımtıl-xallı, qıfvari-zəngvari, 5 uzunsov dilimlidir. Çiçək saplaqlarının uzunluğu 2,0-4,5 sm, çılpaq və ya vəziciklidir. Sütuncuğu və dişicik ağzı tükcüklüdür. Yumurtalığı xırda vəziciklidir. Sütuncuğu və dişicik ağzı al-qırmızıdır. Qutucuğu silindrik, çılpaq, uzunluğu 1,5-1,8 sm-dir. Təbiətdə apreldən iyuna qədər, bəzən ikinci dəfə payızda çiçəkləyir, meyvə qutucuğu çılpaqdır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Dənizə yaxın əhəngsiz ərazilərdə, meşə yamaclarında, sıx cəngəlliklərdə bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda əsasən subalp qurşaqda təsadüf edilir və bəzən qrup şəklində bitərək fon yaradır.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Mədəni şəraitdə Pontiya rododendronunun ağ çiçəkli formasına rast gəlinir- R.h. ponticum L. var.album (Sweet) Zbl.Pontiya və Qafqaz rododendronunun alınan preparatların bioloji aktivliyi çoxdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]