Poliana Okimoto — Vikipediya

Poliana Okimoto
Şəxsi məlumatlar
Tam adı Poliana Okimoto
Ləqəbi Poli[1]
Vətəndaşlığı
Doğum tarixi 8 mart 1983(1983-03-08) (41 yaş)
Doğum yeri
Boyu 1,65 m
Çəkisi 52 kq
İdman növü üzgüçülük[2]

Poliana Okimoto (8 mart 1983, San Paulo) — Braziliyanı təmsil edən üzgüçü. Poliana Okimoto, 2012 və 2016-cı illərdə Braziliyanı Olimpiya Oyunlarında təmsil edib. 2016 Rio-de-Janeyro Olimpiadasında bürünc medal qazanan Poliana Okimoto, Dünya Çempionatlarında 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub.

O, həm də 2013-cü ildə Braziliyada "İlin qadın idmançı", FINA-nın versiyasında isə "İlin üzgüçü" seçilib.

Karyerası[redaktə | mənbəni redaktə et]

2012 London Olimpiadası[redaktə | mənbəni redaktə et]

Poliana Okimoto, 2012-ci ildə Braziliya bayrağı altında Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında mübarizə aparan Okimoto, finişi qət edə bilmədi.

2016 Rio-de-Janeyro Olimpiadası[redaktə | mənbəni redaktə et]

Poliana Okimoto növbəti dəfə Olimpiya Oyunlarına, 2016-cı ildə elə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında mübarizə aparan Okimoto, 1 saat, 56 dəqiqə, 51.40 saniyə nəticə göstərdi və 25 idmançı sırasında 3-cü yeri tutaraq Olimpiya Oyunlarının bürünc medalını qazandı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Olympedia (ing.). 2006.
  2. (unspecified title). World Aquatics.