Pertinaks — Vikipediya

Publiy Helviy Pertinaks
lat. Publius Helvius Pertinax
lat. Publius Helvius Pertinax
bayraq
XVIII Roma İmperatoru
bayraq2
31 dekabr 192 – 28 mart 193
ƏvvəlkiKommod
SonrakıDidiy Julian
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Alba Pompeya, Roma İmperiyası
Vəfat tarixi † 28.3.193
Vəfat yeri Roma, Roma İmperiyası
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu, əsgər
Atası Helviy Suçess
Anası Lollia Acilia
Həyat yoldaşı Flavia Titiana
Dini Qədim Romada din
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Publiy Helviy Pertinaks (lat. Publius Helvius Pertinax; 1 avqust 126, Alba[d], İtaliya[d]28 mart 193, Roma, İtaliya[d]) — 31 dekabr 192 – 28 mart 193 tarixdə XVIII Roma imperatoru olmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Pertinaks Luqurili bir xırda ticarətçi, odunsatan Helviy Suçessun oğludur. Əvvəllər müəllim olan Panteaks sonradan əsgər, senturion (lat. centum = yüz) — yüzbaşı, koqort lat. cohors = çəpərlənmiş yer) — bölüm, legion və Reyn donamasının başçısı olmuşdur. Pertinaks Daçiyada vergi yığıcısından senator, konsul vəzifəsinədək qalxaraq, Dunay ordusuna başçılıq etmişdir. Ardıcıllıqla Moeziyanın, Daçiyanın, Btitaniyanın, Şimali Afrika ərazilərinin hakimi, sonradan Romanın prefekti olmuşdur.

Ölümü[redaktə | mənbəni redaktə et]

Bir sıra torpaq islahatları aparması hərbçilər arasında kəskin etirazlara səbəb olur. İmperatoru öldürmək istəyən bir neçə zabitin edamından sonra imperator sarayına hücum çəkən hərbçilərin önünə çıxan və onları öz uzun-uzadı və inandırıcı nitqi ilə sakitləşdirməyə qismən nail olan Pertinaks qəflətən vurulan nizə zərbəsi ilə qətlə yetirilir. Sonradan hərbçilər onun başını nizəyə keçirib bütun şəhər boyunca daşıyaraq düşərgələrinə gətirirlər.