Pastoral — Vikipediya

Pastorál — (fransız dilində: çobana aid, çoban (sif.)) çoban həyatını idilliyya şəklində təsvir edən bədii (ədəbiyyat), təsviri (təsviri incəsənət) və ya musiqi əsəri. Pastoral olur:

  • Pastoral musiqi. Təbiəti və ya kənd həyatını səsləndirən musiqi əsərləri. Pastoral musiqisinə 6/8, 12/8 ölçülər xarakterikdir. Vivaldi, Skarlatti, Kuperen, Bax və digər bəstəkarların yaradıcılığında pastoral musiqiyə yer ayrılmışdır. Bethovenin hətta məşhur Pastoral simfoniyası da var.
  • Kənd həyatını təsvir edən opera, pantomima, yaxud balet. Pastoral operalarını Qlük, Mosart, Lülli, Ramo yazmışlar.
  • Bukolika. Çobanların həyatını təsvir edən antik poeziya.
  • Bukolika dünyagörüşünü canlandıran Avropa ədəbiyyatı növü.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]