Parkinson xəstəliyi — Vikipediya

Parkinsonizm
Parkinson xəstəlikli pasient. 1886 cı ilə aid şəkil W. R. Gowers
Parkinson xəstəlikli pasient. 1886 cı ilə aid şəkil W. R. Gowers
XBT-10 G20.
XBT-10-KM G20, F02.3
XBT-9 332
XBT-9-KM 332.0[1][2], 332[1][2]
OMIM 168600
DiseasesDB 9651
MedlinePlus 000755
eMedicine neuro/304 
MeSH D010300
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Parkinson xəstəliyi — neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Parkinson xəstəliyi (PH) Alzheimer xəstəliyindən sonra ən çox rast gəlinən degenerativ xəstəlikdir. PH'ın xarakterin cəhəti dopaminergik neyronların itkisi və hüceyrə sitoplazmasında Lewy cisimlərinin (içində protein aqreqatlarıdır) tapılmasıdır. Genetik hal PH hallarının cəmi 5%'ini təşkil edir. Genetik keçən Parkinson xəstəliyi (GKPX) autosom dominant və autosom resessiv olmaqla 2 qrupa bölünür. GKPX'yə səbəb olan 11 lokus məlumdur, bunların altısında gen bəllidir: ikisində sinuklein, parkin, UCH-L1, DJ-1 və PİNK1'dir. GKPX ilə sporadik PH arasında patoloji baxımdan heç bir fərq yoxdur. Sporadik PH olan xəstələrin beyin toxumasındakı neyron ölümü apoptoz mexanizması ilədir.

Epidemiologiyası[redaktə | mənbəni redaktə et]

PH'ın rast gəlmə tezliyi 65 yaşdan sonra artır, lakin 35 ilə 50 arasında da rast gəlinə bilər. Yaş artdıqca tezlik artır bu da PH'ın yaşla əlaqəsini təsdiq edir. 35–50 yaşlarda GKPX'yə rast gəlinir (daha çox kişilərdə). 85% sporadik, 10–15% ailəvi, 5% genetikdir. Təhlükəli xəstəliklər qrupuna aiddir.

Etiologiyası[redaktə | mənbəni redaktə et]

Ümumiyyətlə ailəvi və sporadik olaraq 2 qrupa ayrılır. Ancaq ailəvi PH hallarının hər zaman genetik etiologiya ilə uyğun gəlmədiyi və ailə üzvlərinin uzun müddət eyni ətraf faktorlara məruz qalmalarının xəstəliyi əmələ gətirdiyi məlumdur. Belə ki, ətraf faktorların təsirindən olduğu üçün IPH'ı ailəvi IPH və sporadik IPH olaraq bölürlər. Sporadik IPH'da etioloji faktorlar isə viral infeksiyalar (Influenza A, Von Economo's Encephalitis), təkrarlanan kəllə travmaları və ya bəzi toksinlərdir (Rotenone (bitki kökündən alınan böcəklərin məhvində istfadə olunur) və MPTP (narkotik tipli maddə)).

Klinikası[redaktə | mənbəni redaktə et]

Ən çox bilinən əlaməti hərəkət pozulmasıdır. Üç əsas əlamətdə (istirahət tremoru, əzələlərdə gərginlik (rigidlik) və bradikineziya) PH diaqnozunu rahatlıqla qoymaq olar. Duruşun pozulması tarazlığın itməsinə gətirib çıxarır. PH xəstələrinin 85%'ində tremor rast gəlinir. Tremor olmadığı zaman diaqnoz qoymaq çətinləşir. Maska üz, önə əyik duruş, göz qırpmanın azalması, qolların sallanmasının çətinləşməsi (gərgin olur) başlanğıc dönəmin tablosunu tamamlayır. Başlanğıc gücsüzlük və yorğunluq, inkordinasiya, ağrı və narahatlıq hissi də ola bilər. Ayaqları sürüyərək və qısa addımlarla xarakterik yeriş və bütün bədəni ilə birlikdə dönmə PH'ın vacib əlamətlərindəndir. Başın bükülməsi, gövdənin əyilməsi və yuxarıdaki əlamətlər motor əlamətlərdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Disease Ontology (ing.). 2016.
  2. 1 2 Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.