Parafin — Vikipediya

Parafin — sərhəd karbohidrogenlərinin (alkanlar), əsasən C18H18-dən (oktadekan) C35H72-dək normal tərkibinin balmumukimilərə bənzər qarışığıdır. Ərimə temperaturu-45-65 C Sıxlıq-0,880-0,915 q/sm3 (15 C) Əsasən neftdən alınır. Ağır və yüngül karbohidrogenlərin sıxlıqlarının tənasüblüyündən asılı olaraq maye, bərk, kiçikkristallik (serezin) şəklində olur. Alman kimyaçı Karl fon Rayhenbax tərəfindən kəşf olunmuşdur.[1]

parafin

Tərkibi[redaktə | mənbəni redaktə et]

Parafinlər metan sırasından əsasən normal quruluşa malik bərk karbohidrogenlərin molekulda 18-35 karbon atomları və ərimə temperaturu 45-65 °C olan maddələrin qarışığıdır. Parafinlərin tərkibində adətən izoparafinli karbohidrogenlərə, həmçinin aromatik və ya nüvəli naften nüvəli molekula malik karbohidrogenlərə rast gəlinə bilər.[2]

Xüsusiyyəti[redaktə | mənbəni redaktə et]

Su ilə qaynayan parafinin qarışdırılması zamanı yaranan effekt

Parafin- molekulyar kütləsi 300-450 olan ağ rəngli maddə olub, ərinmiş formada kiçik özülülüyə malikdir. Parafinlər kimyəvi reagentlərin bir çoxuna əsasən ətalətlidirlər.

Alınma yolları[redaktə | mənbəni redaktə et]

Ozokerit adlı maddədən alınır. Fraksiya tərkibində, ərimə temperaturundan və strukturundan asılı olaraq parafinlər maye (Tər≤27°C ), bərk (Tər=28-70°C) və mikrokristallik (Tər>60-80°C )-serezinlər kimi növlərə ayrılır. Serezinləır eyni ərimə temperaturunda parafinlərdən böyük molekulyar kütləsi, qatılığı və özülülüyü ilə fərqlənir. Serezinlər tüstülənən kükürd turşuna ilə intensiv cavab verirlər, lakin parafinlərin bu maddəyə reaksiyası zəifdir. Neftin emalı zamanı serezinlər çöküntülərdə toplanırlar, parafinlər isə distillyatorlar vasitəsilə emal olunur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Химическая энциклопедия / редкол.: Кнунянц И.Л. и др.. — М.: Советская энциклопедия, 1992. — Т. 3. — С. 446, 207. — 639 с. — ISBN 5-85270-039-8.
  2. Лермoнтов В.В. —. Рейхенбах, Карл // Энциклопедический словарь Бро45-65 °Cкгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907