Para (pul vahidi) — Vikipediya

Para (türk. para, serb. пара, rum. para) — müxtəlif ölkələrdə xırda pul vahidinin adı.[1][2]

Türkiyə[redaktə | mənbəni redaktə et]

1918-ci ilə aid 40 türk parası

Para ilk dəfə 1623-cü ildə Osmanlı İmperiyasında gümüş sikkə şəklində buraxılmışdır. Əvvəlcə sikkənin çəkisi 1,1 q idi, 19-cu əsrin əvvəllərində tədricən azalmağa başladı və 0,22 q çatdı. Gümüşün əyarı da düşürdü. Məsələn, 1757-ci ildə sikkələr 520-ci, 1800-cü ildə isə 420-ci əyarlı gümüşdən zərb edilirdi. 1687-ci ildən ikiqat para da zərb edilməyə başlandı. Avers hissəsində sultanın adı, reversdə isə zərb olunma yeri və tarixi qeyd olunurdu.

1844-cü ildə lirənin tətbiqindən sonra 140 kuruşa bərabər olan para 140 kuruşa və ya 14000 lirəyə bərabər oldu.

V Mehmedin sultanlıq dövründən (1909—1918) başlayaraq türk sultanlarının sikkələri gümüşdən deyil, nikeldən və ya mis-nikeldən zərb edilirdi.[3] 1923-cü ildə respublikanın elanı və pul islahatının həyata keçirilməsindən sonra yeni türk lirəsi hələ də 100 kuruş və 4000 paraya bərabər idi. 10 para nominalında olan son respublika sikkələri 1940—1942-ci illərdə alüminium misindən zərb edilmişdir.[4] İnflyasiya səbəbi ilə para sikkələrin sonraki buraxılışı dayandırıldı.

2005-ci il pul islahatından sonra yeni türk lirəsi paraya bölünmədən 100 kuruşda ibarət oldu.

Krım xanlığı[redaktə | mənbəni redaktə et]

Türk pul sistemini kopyalayan və öz dövriyyəsində türk sikkələrindən istifadə edən Krım xanlığı öz sikkələrini da zərb edirdi. 17-ci əsrdə zərb edilmiş 1 və 2 para dəyərində olan ilk Krım sikkələri müvafiq olaraq 0,6 və 1,35 qram idilər. Zamanla Krım parasının əyarı o qədər azaldı ki, praktiki olaraq tamamilə misdən ibarət oldu.

Dunay knyazlıqları[redaktə | mənbəni redaktə et]

18-ci əsrdə Osmanlı İmperiyasının hakimiyyəti altında olan Dunay knyazlıqları (MoldaviyaValaxiya) türk pul sistemini istifadə edirdilər, kuruş (knyazlqlarda lev və ya ley adlanırdı) 40 paraya bərabər idi. 1768—1774-cü illərdə baş verən Rusiya-Osmanlı müharibəsi zamanı knyazlıqların ərazisinə daxil olan rus ordusunu təmin etmək üçün 1771-ci ildə Sadqora zərbxanası yaradıldı, burada kopeyka və para nominalı qeyd olunan mis sikkələrin buraxılışı başlandı. Sikkələrin buraxılışı 1774-cü ildə müharibənin sonuna qədər davam etdi və sonra knyazlıqların dövriyyələrində təxminən 10 il istifadə edildi.[5]

1835-ci ildə Moldova hospodarı Mixail Sturdzanın sifarişi ilə nominalı iki vahiddə qeyd olunan sikkələr hazırlandı (təxminən Vyanada).[6] 1860-cı ildə Birləşmiş Valaxiya və Moldaviya Knyazlığının 5 para dəyərində sikkələri hazırlandı, onların zərb olunma yeri məlum deyil.[7][8] Bu sikkələrin hər ikisi faktiki olaraq dövriyyədə istifadə edilmirdi.

Moldaviya və Valaxiyanın ilk poçt markası "Öküz başları" para ilə nominallaşdırılmışdır.

Yuqoslaviya[redaktə | mənbəni redaktə et]

1965-ci ilə aid 50 yuqoslav parası

1918-ci ildə Serblər, Xorvatlar və Slovenlər Krallığının (1929-cu ildə Yuqoslaviya Krallığı) qurulmasından sonra, krallığın tərkibinə daxil olan ərazilərdə 1919—1920-ci illər ərzində 100 paraya bərabər dinar vahid valyutası tətbiq edildi. Para sikkələri 1920, 1925 və 1938-ci illərdə buraxılmışdır.[9] 1941-ci ilin aprel ayında Yuqoslaviya ərazisinin işğalı və ardınca gələn ölkə ərazisinin bölgüsündən sonra Yuqoslaviyanın vahid pul sistemi dağıldı, Yuqoslaviya pul nişanlarının buraxılması dayandırıldı.

Vahid pul sisteminin bərpası 1944-cü ildə azad edilmiş rayonlarda yeni dinar banknotların buraxılması ilə başladı və Yuqoslaviya Xalq Qurtuluş Müharibəsi bitdikdən və 1945-ci ildə pul islahatı həyata keçirildikdən sonra sona çatdı. İslahat zamanı 50 para dəyərində sink sikkələri dövriyyəyə buraxıldı. 1953-cü ildə eyni nominalda alüminium sikkə buraxıldı.[10]

1966, 1990 və 1994-cü illərdə aparılan pul islahatları zamanı Yuqoslaviyada yeni para sikkələri tətbiq olunurdu. Son para sikkələri Yuqoslaviya Federativ Respublikasının sikkələri kimi 2000-ci ildə zərb edilmişdilər.[11]

Serbiya[redaktə | mənbəni redaktə et]

Serbiya türklər tərəfindən fəth edildikdən sonra, onun ərazilərində türk parasını zərb edən bir neçə türk zərbxanası var idi.

Serb pullarının zərb edilməsi 1868-ci ildə bərpa edildi, 1, 5 və 10 dəyərində olan ilk sikkələrin üzərində knyaz Mixail Obrenoviçin portreti təsvir edilmişdir.[12] Dövriyyədə, serb sikkələrindən savayı, müxtəlif xarici sikkələrdən də istifadə edilirdi. 40 paraya bərabər olan kuruş hesablama vahidi olaraq istifadə edilirdi.

1875-ci ildə dinar gümüş sikkələri (= 100 para) və həmçinin 50 para dəyərində gümüş sikkələrin istehsalına başlandı. 1883-cü ildə 5, 10 və 20 para dəyərində mis-nikel sikkələrinin istehsalına başlandı. 1917-ci ildə serb sikkələrinin zərb edilməsi dayandırıldı.[13][14]

Dövlət Almaniya tərəfindən işğalı olduğu dövrdə oyuncaq hökumət yaradılmış və işğalçıların tabesində olan Serbiya Xalq Bankı yaradıldı, hansı ki serb dinarlarının əsginasları və sikkələrini dövriyyəyə buraxırdı, onlar içərisində 1942-ci ilə aid 50 para dəyərində sink sikkələr də var idilər.[15]

Müasir Serbiya dinarı da 100 paraya bərabərdir, bununla belə Serbiya Milli Bankı heç vaxt para sikkələri buraxmayıb. 1 yanvar 2008-ci ilədək Yuqoslaviya Federativ Respublikasının 2000-ci il buraxılışının 50 para sikkələri dövriyyədə istifadə edilirdi, 2008-ci ildən para sikkələri dövriyyədə istifadə edilmir.[16]

Monteneqro[redaktə | mənbəni redaktə et]

1906-cı ilə aid 10 Monteneqro parası

Monteneqro para sikkələrinin buraxılmasına 1906-cı ildə başlanıldı. Monteneqronun hələ öz pul vahidi yox idi; dövriyyədə Avstriya-Macarıstan kronu, türk lirəsi, fransız frankı və s. kimi xarici valyutalar istifadə olunurdu. Avstriya hellerinə bərabər paralar digər sikkələrlə paralel olaraq dövriyyəyə buraxılırdı. 1909-cu ildə milli valyuta, 100 paraya bərabər Monteneqro perperi tətbiq edildi.

1 və 2 para dəyərində olan sikkələr tuncdan, 10 və 20 para dəyərində olan isə nikeldən hazırlanırdı. Sikkələrin aversində Monteneqronun gerbi, nominal, zərb ili və dövlətin adı ("Montenegro knyazlığı", 1913-1914 sikkələrində "Çernoqoriya krallığı") qeyd olunurdu.[17]

Monteneqro hökuməti, respublikanın Yuqoslaviya Federativ Respublikasının bir hissəsi olduğu dövrdə belə, milli valyutanın (perper və para) tətbiqi imkanlarını nəzərdən keçirirdi, lakin bu layihəni reallaşdırmaq mümkün olmadı. 1999—2000-ci illərdə Çernoqoriyada dövriyyədə alman markı və yuqoslaviya dinarı istifadə olunurdu, 2001-ci ildə yalnız alman markı, hansını ki 2002-ci ildə avro əvəz etdi.[18]

Misir[redaktə | mənbəni redaktə et]

1914-cü ilə qədər Osmanlı İmperiyasının formal suverenliyi altında olan Misirin pul sistemi türk pul sistemi ilə oxşar idi. Dövriyyədə həm yerli, həm də türk pul nişanları, eləcə də müxtəlif xarici sikkələr istifadə edilirdi. Əsas pul vahidi kuruş (piastr) idi, hansı ki türk kuruşu kimi 40 paraya bərabər idi, Misirdə onu "medino" adalandırırdılar. 1885-ci ildə tətbiq olunan və qızıl standartına əsaslanan Misir funtu ilk öncə 100 piastr və ya 4000 medinoya bərabər idi. 1916-cı ildə medino əvəzinə 1⁄1000 funta bərabər millyem tətbiq edildi.[19][20]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Зварич, 1979. səh. 89, статья «Пара»
  2. Фенглер, 1993. səh. 242
  3. Michael, 2017. səh. 2185, 2186, 2189
  4. Michael, 2017. səh. 2190, 2192
  5. Монетный двор в Садгоре Arxivləşdirilib 2019-02-07 at the Wayback Machine, Культурный ландшафт
  6. Iliescu, 2002. səh. 53
  7. Iliescu, 2002. səh. 55
  8. Michael, 2015. səh. 961
  9. Michael, 2017. səh. 2355
  10. Michael, 2017. səh. 2356, 2357
  11. Michael, 2017. səh. 2357, 2358, 2364, 2365
  12. Michael, 2015. səh. 1095
  13. Michael, 2015. səh. 1095, 1096
  14. Michael, 2017. səh. 1963, 1964
  15. Michael, 2017. səh. 1964
  16. Ковани новац ван оптицаја[ölü keçid], Народный банк Сербии  (serb.)
  17. Michael, 2017. səh. 1587, 1588
  18. "Пара". utmagazine. 2018-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-22.
  19. Фенглер, 1993. səh. 176, статья «Медино»
  20. Michael, 2017. səh. 732—734

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

П:  Osmanlı İmperiyası portalı П:  Türkiyə portalı