Pakraduni sülaləsi — Vikipediya

Baqratuni sülaləsi (erm. Բագրատունիներ / Romanizasiya: Bagratuniner), 885-1045-ci illər arasında Ermənistan və Şərqi Anadolunu idarə edən erməni sülaləsi.

Tarixi[redaktə | mənbəni redaktə et]

Pakradunilər, ilk dəfə olaraq eramızdan sonra 30-cu ildə İspir kralı Yenanos ilə birlikdə tarix səhnəsinə çıxdılar. Yenanosdan sonra padşah olan Baqarata görə Pakraduni adlandırıldılar. Sülalə 885-ci ildə I Aşot tərəfindən qurulmuşdur. Paytaxtı indiki Ermənistanın hüdudlarında tapılmış Dəbil olsa da, 961-ci ildən etibarən paytaxtı Ani şəhəri olmuşdur. Pakraduni Krallığının cənubunda, Abbasilərə bağlı bir kürd əmirliyi olan Mərvanilər və Abbasilər, şimalında Gürcüstan Pakraduni Krallığı, qərbində isə Bizans var idi.

İddialar[redaktə | mənbəni redaktə et]

Levon Panos Dabağyanın iddialarına görə, Pakradunilər yəhudi mənşəlidirlər. Pakradunilərin erməni mədəniyyətini yaşadan xristian inanclı bir xalq olduğu bilinir. Abraham Galante, “Les Pacradounis ou Une Secte Armeno-Juive” (1933) adlı əsərində Pakraduni-Yəhudi münasibətləri ilə də məşğul olmuşdur.