Padişah Xatun — Vikipediya

Padişah xatun
bayraq
Kirman hökmdarı,Səfvətüd-dünya və din
1256 – 1295
ƏvvəlkiSoyurqatmış
SonrakıKurducin Xatun
Şəxsi məlumatlar
Doğum tarixi 1256
Vəfat tarixi
Fəaliyyəti siyasətçi
Anası Türkan Xatun
Həyat yoldaşları Abaqa xan, Keyxatu xan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Padişah Xatun və ya digər adı ilə Səfvatəddin Xatun (12561295)- Kirman Qaraxitaylar sülaləsinin üzvü, 1292-1295-ci illərdə Kirman hökmdarı[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Padişah Xatun XIII əsrdə Qütbəddin Məhəmmədlə Kirmanlı Qutluq Türkanın kiçik qızı olaraq dünyaya gəlmişdir. Mənbələrə görə o, atası sərhəd savaşlarında iştirak edərkən dünyay gəlmişdi. Qardaşları arasında böyüdülən Padişah Xatun təhlükəsizliyinin qorunması məqsədilə hətta yüksək təbəqədən belə gizli tutulmuşdu. Deyilənə görə onun qız olmasını belə çox az adam bilirmiş.

1265-cı ildə anası Qutluq Türkan Abaqa xanın tacqoyma mərasimində iştirak edir və beləliklə Padişah xatuna Sircan bəyliyi verilir.[2] 1272-ci ilin may ayının 22-də o Abaqa xanla evləndirilir. Evliliyin əsas məqsədi Monqol dəstəyini almaq idi. O xanın anası Yəsunəçinin yanına göndərilmişdi. Yəsunəçinin ölümündən sonra isə onun ordusunun başına keçmişdi.

Padişah Xatun anası Qutluq Türkanın hakimiyyətinin güclənməsində mühüm rol oynamış, qardaşları Müzəffərəddin Həccac və Suyurqətmişə qarşı anasını dəstəkləmişdi.[3]

Abaqa xanın ölümündən sonra[redaktə | mənbəni redaktə et]

Abaqa xanın ölümü və yerinə Abaqanın qardaşı Əhməd Təkudarin gəlməsi vəziyyətin Qutluq Türkanın əleyhinə çevrilməsinə səbəb olur. Çox keçmədən o taxtdan azad edilir. Taxtını geri qaytarmaq arzusu ilə Əhməd Təkudarla görüşən Qutluq Xatun müsbət nəticə ala bilməyib, kədərdən vəfat edir. Qısa müddətdən sonra Əhməd Təkudarin yerinə Abaqa xanın böyük oğlu Arqun şah keçdi. Padişah Xatun bu vəziyyətdən necə istifadə edəcəyini bilir və ögey qardaşı Soyurqatmışı Əhməd Təkudarın tərəfdarı olduğu üçün mühakimə olunmasına nail olur. Lakin Arqun xanın qərarı ilə Kirman ölkəsi Padişah Xatun və Soyurqatmış tərəfindən birgə idarə edilməsi olur. Padişah Xatun bu barədə narazılığını bildirsə də onun bu hərəkəti Bukanı narahat edir. Buka onu dövlət idarəçiliyindən uzaqlaşdırmaq məqsədilə Anadoluda hakimlik edən Keyxatu xanla evləndirir. İslam qanunlarına görə bir qadının öz ögey övladı ilə evləndirilməsi günah sayılsa da, Çingiz xan qanunları ilə bu vəziyyət tamamilə normal idi.[4]

Hakimiyyətə gəlişi[redaktə | mənbəni redaktə et]

Keyxatu xanın 1291-ci ildə Elxani taxtına çıxması ilə Padişah Xatun "Səfvətüd-dünya və din" titulunu alaraq Qutluq dövlətinin yeni hökmdarı oldu. O qardaşı Soyurqatmışı vəzifədən azad etdi. Qardaşı ilə münasibətlərini düzəltməyə çalışsa da, çox keçmədən Soyurqatmış zəhərlənərək öldürüldü.[5]

Daha sonra Soyurqatmış kürəkəni yəni, Aləm Xatunun yoldaşı Baydu xan Keyxatu xanı məğlub edərək Elxani taxt-tacına sahib oldu. Keyxatu xan 1295-ci ildə edam edildi. Padişah Xatunun da hakimiyyətinə son qoyuldu.[6]

Ölümü[redaktə | mənbəni redaktə et]

Onun ölümü ilə mənbələrdə yazılan məlumatlar müxtəlifdir. Əhməd Əflaki özünün "Mənakibül-i Arifin" adlı əsərində Padişah Xatunun Ərzurumda vəfat etdiyini yazırdı. Lakin onun verdiyi bu məlumat digər tarixlərlə üst-üstə düşmür.[7] Başqa bir mənbəyə əsasən isə o 1295-ci ildə Kirman yaxınlığında, Aləm Xatunun əmri ilə edam edilmişdi. Şirin Bəyani isə bir məqaləsində onun 1295-ci ildə zindanda öldürüldüyündən bəhs etmişdir. Padişah Xatun Qübbə-i Səbzdə dəfn edilmişdir.[8]

Mirası[redaktə | mənbəni redaktə et]

Padişahın adına Venesiya səyyahı, Marko Polonun səyahət gündəliyində rast gəlinir.  Marko Polo onu “öz qardaşı Soyurqutmişi rəqib kimi öldürən iddialı və ağıllı bir qadın” kimi təsvir etmişdir. Onun adına həm gümüş, həm də qızıl sikkələr zərb edilmişdir. O, Lalə XatunHəsənşah təxəllüsü ilə çoxlu sayda şeirlər yazmış, şeirlərində özünü “ Qüdrətli Sultanın övladı , türkün ürəyi olan bağın bəhrəsi ” kimi qələmə vermişdir.[9]

Məhəmməd Zehni "Məşahirü-n Nisa" adlı əsərində "Lalə Xatun" adlı bölməsindən ondan bəhs edərək yazırdı: "Elxani qadınlarının məşhurlarından şanı yüksək bir qadın, şair. Kirman dövlətində hökmdarlıq etmiş kişi təbiətli, ürəksevər yaradıcılığının əsəri olan aşağıdakı qoşmaları ilə dünyaya bəyan etmişdir"

Sonda Padişah Xatunun yazdığı şeirlərdən örnəklər vermişdir. Əhməd Əli xan Vəziri də "Tarixi Kirman" adlı əsərində onun "İffəti" təxəllüsü ilə şeirlər yazdığını bildirsə də, başqa heç bir mənbədə bu təxəllüsə rast gəlinməmişdir.

Padişah Xatuna aid günümüzə qədər gəlib çatmış 9 ədəd fars dilində mənzumə var. Şerlərində əsasən anası Türkan Xatundan, ayrılıqdan, qürbətdən bəhs etmişdir.

O, həmçinin xəttatlıqda da mahir idi.

Memarlıq və xeyriyyə fəaliyyətləri ilə də məşğul olan Padişah Xatundan geriyə günümüzdə Türkiyənin Tokat şəhərində yerləşən Səlçuqlu Xanəgah xarabalıqları qalmışdır. Binanın kitabəsində 1288-ci ildə Sultan II Qiyasəddin Məsudun hakimiyyəti zamanında Səfvətüd-dünya və din, Məlikə Padişah Xatun tərəfindən tikdirildiyi yazılmışdır.[10]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ann K. S. Lambton. Continuity and Change in Medieval Persia: Aspects of Administrative, Economic, and Social History, 11th-14th Century. SUNY Press. 1988. ISBN 9780887061332. İstifadə tarixi: 2012-06-23.
  • Guida Myrl Jackson-Laufer. Women Rulers Throughout the Ages: An Illustrated Guide. ABC-CLIO. 1999. səh. 319. ISBN 9781576070918. İstifadə tarixi: 2012-06-23. Padishah Khatun.
  • Lane, George, 1952-. Early Mongol rule in thirteenth-century Iran : a Persian renaissance. London. September 2003. ISBN 9781134431038. OCLC 890796255.
  • Üçok, B. İslam Devletlerinde Türk Naibeler ve KadınHükümdarlar. Ankara: Kültür Bakanlığı. 1993.
  • Solmaz, S., Sertkaya, P. Kutlughanlı Hanedanlığı‘nda Terkenlik. 6. Ankara: Uluslararası Tarih ve Sosyal Araştırmalar Dergisi. 2011.
  • Gençtürk, C. Kirmân‘da Saltanat Süren Kadın Bir Hükümdar: Savvetüddîn Padişâh Hatun. 3. Ankara: Sosyal Bilimler Enstitüsü Dergisi.
  • Ahmet Eflâkî. Âriflerin Menkıbeleri. 3. İstanbul. 1986.
  • Cunbur, M. Selçuklu Dönemi Kadın Hayratı. 26. Ankara: Atatürk Kültür Dil ve Tarih Yüksek Kurumu Atatürk Kültür Merkezi. 1996.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Women and Islam". The Oxford Dictionary of Islam. 2019-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-23. No woman held religious titles in Islam, but many women held political power, some jointly with their husbands, others independently. The best-known women rulers in the premodern era include ... six Mongol queens, including Kutlugh Khatun (thirteenth century) and her daughter Padishah Khatun of the Kutlugh-Khanid dynasty;
  2. "QOTLOḠ TARKĀN ḴĀTUN – Encyclopaedia Iranica". www.iranicaonline.org. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  3. "PĀDŠĀH ḴĀTUN – Encyclopaedia Iranica". www.iranicaonline.org. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  4. Üçok, 1993. səh. 116
  5. Solmaz, Sertkaya, 2011. səh. 307
  6. Lambton, 1988. səh. 106
  7. Əflaki, 1986. səh. 292
  8. Gençtürk. səh. 66
  9. Laufer, 1999. səh. 319
  10. Cunbur, 1996. səh. 617