Piyadanın döyüş maşını — Vikipediya

Rusiya istehsalı BMP-2.
ABŞ istehsalı M2 Bradley.

Piyadanın döyüş maşını (PDM) — zirehli döyüş maşınlarının bir növü olub, müharibə zamanı piyada qoşunun birbaşa döyüş zonasına təhlükəsiz çatdırılması və digər qoşun növlərinə atəş dəstəyi vermək məqsədilə yaradılmışdır.

Bu texnikalar əsasən 20 və ya 40 mm-lik avtomatik top, köməkçi silah olaraq isə müxtəlif növ pulemyotla, həmçinin tank əleyhinə idarəolunan raketlə (TƏİR) təchiz olunur. PDM əsas döyüş tankına nisbətən daha yüngül silahlarla təchiz olunur. Ən ağır silahlanmış PDM-lər isə daha böyük kalibrli top və ya TƏİR-lə təchiz olunur.