PCGamesN — Vikipediya

PCGamesN
Loqonun şəkli
URL pcgamesn.com
Tipi Videooyun jurnalistikası
Qeydiyyat Bəli (qeyri-məcburi)
Dilləri İngilis dili
Sahibi Network N
Müəllif (lər) Ceyms Binns
Açılma tarixi 1 iyun 2012 (11 il əvvəl) (2012-06-01)
Hazırkı statusu Fəaliyyət göstərir
Alexa reytinqi 3,698 (dekabr 2017)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

PCGamesN — onlayn videooyun jurnalı. Jurnalın ana şirkəti "Network N" 2012-ci ilin may ayının axırlarında Ceyms Binns tərəfindən təsis edilmişdir.[2][3][4] Növbəti ay "PCGamesN" fəaliyyətə başlamışdır.[5] Veb-saytın dizaynı ilk növbədə müstəqil franşizalar üçün hazırlanmış kanallara ev sahibliyi etmək və orijinal məzmun ilə qarışıq və istifadəçi tərəfindən yaradılmış məzmunu bir araya gətirmək üçün nəzərdə tutulmuşdu. Onlayn jurnalın fəaliyyətə başladığı ilk dövrlərdə redaktor heyətində keçmiş "PC Gamer" tənqidçisi Tim Edvards da var idi.[2] "PCGamesN" onlayn jurnalına daha sonra on yeni kanal və iki yeni yazıçı əlavə edilmişdi. 2012-ci ilin avqust ayında jurnalın redaktor heyəti 7 nəfərdən ibarət idi. 2015-ci ildə onlayn jurnalın redaktor heyətinə "GamesMaster"[6] və "Official PlayStation Magazine" jurnallarından olan mütəxəssislər qoşulmuşdur.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "pcgamesn.com Site Overview". Alexa. 2016-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2018.
  2. 2,0 2,1 "Future's Binns launches new media venture Network N". gamesindustry.biz. 2020-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.
  3. "Future vet Binns launches Network N". vg247.com. 2020-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.
  4. "Future's Binns on his new publishing company Network N". mcvuk.com. 2016-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.
  5. "INSIGHT: Five things we learnt in the first two years of PCGamesN". mcvuk.com. 2016-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.
  6. "Joel Gregory joins PCGamesN". mcvuk.com. 2023-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.
  7. "New deputy editor and news editor for PCGamesN". mcvuk.com. 2023-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]