Pərviz Quliyev — Vikipediya
Pərviz Quliyev | |
---|---|
Pərviz Əsəd oğlu Quliyev | |
Doğum tarixi | 19 yanvar 1942 (82 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | fotoqraf |
Üzvlüyü | |
Mükafatları | |
Pərviz Əsəd oğlu Quliyev (19 yanvar 1942, Bakı, SSRİ) — Azərbaycan əməkdar incəsənət xadimi. Kino rəssamı. Fotoqraf-rəssam.
Həyatı
[redaktə | mənbəni redaktə et]Pərviz Quliyev 19 yanvar 1942-ci ildə Bakıda anadan olub. 1961-ci ildən "Azərbaycanfilm" kinostudiyasında laborant, az sonra fotorəssam, usta-fotoqraf kimi çalışıb, 1967-ci ildən foto sexin müdiri vəzifəsində çalışır. Ömrünün 50 ilini kinonun inkişafına sərf edib. 50 il ərzində tanınmış rejissorlarla 40-a yaxın filmin çəklişində iştirak edib. Şəxsi təşəbbüsü ilə kinostudiyada çəkilən fotoşəkillərin və neqativlərin arxivini yaradıb.
Dəfələrlə SSRİ-nin müxtəlif yerlərində keçirilən Azərbaycanın mədəniyyət günlərində fotostendlərin təşkili ilə məşğul olub.
"Mükafatları"
[redaktə | mənbəni redaktə et]- 1977-ci ildə kino sahəsində yaxşı işinə görə Pərviz Quliyev SSRİ Nazirlər Kabineti nəzdində Dövlət Kinematoqrafiya Komitəsinin fəxri fərmanı ilə təltif olunub.[1]
- 1980 – "Kinematoqrafiya əlaçısı" və SSRİ Kinematoqraflar Birliyinin üzvü olub.
- 1989-cu ildə "Əmək Veteranı" olub.
- 2008-ci ildə "Əməkdar Mədəniyyət İşçisi" fəxri adı ilə təltif olunub.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Birisigün, gecəyarısı... (film, 1981)
- Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-fotoqraf-rəssam
- Ata (film, 1988)
- Fəryad (film, 1993)
- Hər şey yaxşılığa doğru (film, 1997)
- Ləqəbi "İKA"dır
- Buta (film, 2011)
- Tərsinə çevrilən dünya (film, 2011)
- Sübhün səfiri (film, 2012)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.