Pəncərə (film, 1991) — Vikipediya
Pəncərə | |
---|---|
![]() | |
Janr | dram uşaq |
Rejissorlar | Həsən Əbluc Ənvər Əbluc |
Ssenari müəllifi | İsi Məlikzadə |
Baş rollarda | İlham Babayev — Əhsən Valeh Kərimov — Əhsənin atası Yaşar Nuri — Nəsib Ənvər Əbluc — Direktor Ruslan Nəsirov — Köçəri Simuzər Ağakişiyeva — Nərminə |
Operator | Elxan Əliyev |
Bəstəkar | Mobil Babayev |
Rəssam | Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1991 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 82 dəq. |
Ölkələr | ![]() |
Dil | azərbaycanca |
İl | 1991 |
Texniki məlumatlar | 8 hissə 2255 metr 35 mm |
Rəng | rəngli |
Pəncərə — 1991-ci ildə çəkilmiş Azərbaycan dram filmi.
Məzmun[redaktə | mənbəni redaktə et]
Film qanunsuzluq, zorakılıq, ikiüzlülük, qəddarlıq hökm sürən, əslində yetim evi olub internat adlanan məktəbdə "tərbiyəçi"-müəllimlərlə "tərbiyə olunan"- şagirdlər arasındakı ziddiyyətləri açıb göstərir. Belə bir ziddiyyətli şəraitdə yaşamağa məcbur olan, lakin bu şəraitə uyğunlaşa bilməyən, doğma evlərinin xiffətini çəkən balaca Əhsən (İlham Babayev) yeganə çıxış yolunu tapır – özünü pəncərədən ataraq məhv olur.
"Pəncərə" filmi xəbərdarlıq kimi səslənir, uşaqların taleyini şikəst edən tərbiyə sisteminin kökündən dəyişilməsinə çağırır.
Film haqqında[redaktə | mənbəni redaktə et]
Film Məhəmməd peyğəmbərin aşağıdakı kəlamları ilə başlayır: "Məni haqq olaraq göndərən Allaha and içirəm ki, yetimlə mərhəmətlə davranana, ona gülər üz göstərib, şirin sözlə nəsihət verənə, onun yetimliyinə və zəifliyinə acıyana...Allah-Təala qiyamət günü əzab verməz".
Köçəri tutulan zaman Nərminə həqiqətən göz yaşı tökür.
Filmin ideyası 1987-ci ildə yaranmışdır.
Filmin heyəti[redaktə | mənbəni redaktə et]
Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]
- Ssenari müəllifi: İsi Məlikzadə
- Quruluşçu rejissor: Həsən Əbluc, Ənvər Əbluc
- Quruluşçu operator: Elxan Əliyev
- Quruluşçu rəssam: Rafiq Nəsirov
- Bəstəkar: Mobil Babayev
- Operator: Etibar Şirinov
- Səs operatoru: Akif Nuriyev
- Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
- Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov
- Rejissor: Mayak Kərimov
Rollarda[redaktə | mənbəni redaktə et]
- İlham Babayev — Əhsən
- Valeh Kərimov — Əhsənin atası
- Yaşar Nuri — Nəsib
- Ənvər Əbluc — direktor
- Ruslan Nəsirov — Köçəri
- Simuzər Ağakişiyeva — Nərminə
- Elxan Bayramov — Savalan
- Abbasqulu Əbluc — Vasif
- Zemfira Əliyeva — Sultannisə
- Təvəkkül İsmayılov — Burxan
- Xəlil İsmayılov — Ceyhun
- Məmmədbağır Həsənov — Qənimət
- Ramin Məlikov — Rövşən
- Həsən Əbluc — Rövşənin atası
- Fərid Hacıyev — Zəki
- Nazir Əliyev — Zəkinin atası
- Emil Bayramov — Qurban
- Vüsalə Nəbiyeva — Qumral
- Rövşən Cahangirov — Səməd
- Əbdül Mikayılov — Əhməd
- Elxan Quliyev — milis kapitanı
- Fikrət Məmmədov — milis leytenantı
- Laləzar Mustafayeva — ana
- A.Seyidova
- Ülvi Səfərov
- Ş.Məmmədova
- Mayak Kərimov
- Dadaş Kazımov — qarovulçu
- Vəliəhd Vəliyev — restoran sahibi
- Şəmsi Şəmsizadə — ata
- S.Tağıyev
- İdris Rüstəmov
- Zilli Namazov — restorandakı müştəri
- Vüqar Muradov
Mənbə[redaktə | mənbəni redaktə et]
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362-364.