Ozan Arif — Vikipediya

Ozan Arif
Arif Şirin
Ozan Arif konsert zamanı
Ozan Arif konsert zamanı
Təxəllüsü Ozan Arif
Doğum tarixi
Doğum yeri Giresun, Türkiye
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Samsun, Türkiye
Vəfat səbəbi Boğaz Xərçəng
Dəfn yeri Samsun
Vətəndaşlığı Türkiye
Milliyyəti Türk
Atası Mehmet Şirin
Anası Fatma Şirin
Fəaliyyəti Türkiyə xalq musiqisi
Fəaliyyət illəri 1970—2019
Əsərlərinin dili xalq şairi
İstiqamət Samsun, Türkiye
ozan-arif.net

Ozan Arif (əsl adı: Arif Şirin, d. 10 mart 1949, Giresun - ö. 13 fevral 2019, Samsun) Ülküçü kimi tanınır Türkiyə xalq poeziyasınin nümayəndələrindən biri.

Həyatı[redaktə | mənbəni redaktə et]

10 mart 1949-cu ildə Giresun'nun Alucra rayonunun Hapu kəndində doğulmuşdur. 1980-ci ildə 12 sentyabr hərbi çevrilişindən sonra Almaniyaya köçmüş və yalnız 1990-cı ildə Türkiyəyə qayıtmışdır.[1]

Yaradıcılıq fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Uşaqlıqdan Azərbaycana məhəbbət bəsləyən şair, 19 yaşında Azərbaycan haqqında Ordu şəhərində bunu yazmışdır:[2]

Madımak toplayıp yesem o anda,

Yola revan olsam aynı zamanda,
Bir gece misafir Azerbaycan'da,

Kalmadan ölürsem ona yanarım.

"Turana Hasrat", Ozan Arif

1960-cı ildən Fransa, Avstriya, Almaniya, ABŞ, Belçika, Hollandiya, İngiltərə, Avstraliya, Kanada, Danimarka, İsveç, İsveçrə və digər ölkələrdə konsert vermişdir.[3] 1976, 1977 və 1978-ci il "Konya Aşıqlar Bayramı"nda hər kateqoriyada qızıl medal qazanmışdır.[3] 1992-ci ildə Ya Qarabağ, Ya Ölüm şeirini yazmışdır.[4]

2009-cu ildə Orxan Pamukun hərəkətləri ilə əlaqədar Türkiyədə bir erməniyə görə "həpimiz erməniyik" kampaniyası keçirilən zaman Ozan Arif bunlara cavab olaraq bir şeri yazıb:[5][6]

Kiminiz profesör, kiminiz yazarsınız

Türk ekmeği yersiniz, yedikçe azarsınız
Arkasından her türlü kuyuyu kazarsınız
Yeter artık bırakın bu milletin peşini

Sizin gibi aydının yediden yetmişini...

"Sizin gibi aydının yediden yetmişini...", Ozan Arif

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

2005-ci ildən Dövlət BaxçalınıRəcəb Tayyib Ərdoğanın siyasətini sərt tənqid etmişdir.[7][8][9]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Arif Şirin on World Book Library[ölü keçid]
  2. "Turan'a Hasret". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
  3. 1 2 Ozan Arif Kimdir?[ölü keçid]
  4. "Ozan Arif Şiirleri". 2015-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
  5. "Siyavuş Novruzov: Ermənistan yazıçısı Əkrəm Əylislinin əsəri kimi bir şey yazsaydı, onu meydanda odlayardılar". 2016-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
  6. "FLASH TV,SİZİN GİBİ AYDININ YEDİDEN YETMİŞİNİ ŞİİRİNİ OZAN ARİF'E OKUTMADI". 2023-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
  7. "AKP'yi çok sert eleştirdi, adaylığını açıkladı". 2016-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21.
  8. "Ozan Arif'ten Bahçeli'ye: Evet". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21.
  9. Kalkınma Bakanı Yılmaz: Büyümemiz Devam Edecek[ölü keçid]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]