Oqtay Rəcəbov — Vikipediya

Oqtay Rəcəbov
Doğum tarixi 5 aprel 1941(1941-04-05)
Doğum yeri
Vəfat tarixi 15 dekabr 2022(2022-12-15) (81 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi
Elmi adları
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2019 "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 1987 Azərbaycan LKGİ mükafatı — 1982
"Tərəqqi" medalı — 2006

Oqtay Məmmədağa oğlu Rəcəbov (5 aprel 1941, Bakı15 dekabr 2022) — Azərbaycan bəstəkarı, pedaqoji elmlər doktoru, professor (1995)[1], Prezident təqaüdçüsü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2019), Azərbaycan SSR əməkdar müəllimi (1987).

Həyatı[redaktə | mənbəni redaktə et]

Oqtay Məmmədağa oğlu Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb (1958–1963). Azərbaycan EA-nın Fizika İnstitutunda aspirantura təhsili alıb. Azərbaycan Dövlət Konservatoriyasını bitirib (1969). 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli Musiqi məktəbində isə musiqi fənnini tədris edib. Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.

Ü. Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professorudur. 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.

O. Rəcəbovun uşaq mahnıları 6 məcmuədə çap olunub. Onun uşaq mahnıları, əsasən vətənpərvərlik, Flora və fauna, rəqəmlər və vurma cədvəli kimi mövzuları əhatə edib.

Oqtay Rəcəbov 2022-ci ilin dekabrın 15-i vəfat edib.[2]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Əsərləri[redaktə | mənbəni redaktə et]

Operalar
  • "Göyçək Fatma"-cizgi film-opera (1992)- Azərbaycan xalq nağılı əsasında
  • "Xeyir və Şər" uşaq operası (1994) — N. Gəncəvinin əsəri əsasında
  • "Sərçəcik" uşaq operası (2012) — Libretto müəllifi Sevinc Nuruqızı
  • "Atatürk" operası (2016) — Libretto müəllifləri Akif Abbasov, Babək Abbaszadə[4]
Musiqili komediyalar, tamaşalar
  • "Əlin cibində olsun" (2001) — libretto müəllifi Aqşin Babayev
  • "Şeytanın yubileyi" — libretto müəllifi Aqşin Babayev
Simfonik əsərləri
  • 4 saylı Simfoniya (1997)
  • Simli orkestr üçün 5 saylı Simfoniya (1998);
Məqalə və kitablar
  • Musiqi və mənəvi tərbiyə. Monoqrafiya. B., "Maarif", 1995.
  • "Musiqi" — I sinif üçün dərslik (rus dil.), B., "Maarif", 1998.
  • "Musiqi" — II sinif üçün dərslik (rus dil.), B., "Maarif", 1998.
  • Dahilik fenomeni haqqında nə bilirik?"Musiqi dünyası" jurnalı, № 1, 1999.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-bəstəkar, dirijor
  2. Azərbaycan SSR (film, 1973)
  3. Cavad Heyət varlığı (film, 2002)
  4. Göyçək Fatma (film, 1988)
  5. Hər şey yaxşılığa doğru
  6. Həsən Əbluc (film, 1999)
  7. Humayın yuxusu (film, 1985)
  8. Kəndimizin qəhrəmanı (film, 1971)
  9. Qız, oğlan və şir (film, 1974)
  10. Tərsinə çevrilən dünya (film, 2011)
  11. Sehrlənmiş küpə (film, 1979)
  12. Səndən xəbərsiz (film, 1985)
  13. Sonrakı peşmançılıq (film, 1978)
  14. Surxay Əsgərov. Sehrli səs. Videoalbom (film, 1998)
  15. Şah və xidmətçi (film, 1976)
  16. Şahzadə-qara qızıl (film, 1974)
  17. Toplan və kölgəsi (film, 1977)
  18. Üç görüş
  19. "Vüsal günləri" teleserialı (Tehran, 1998)

Videolar[redaktə | mənbəni redaktə et]

Verilişlər

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan bəstəkarlar birliyi — Oqtay Rəcəbov". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-01.
  2. APA TV. "Bəstəkar Oqtay Rəcəbov vəfat edib" (az.). Youtube.com. 15.12.2022. 2022-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-15.
  3. President.az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2019-09-17. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  4. AzərTAc. "Görkəmli bəstəkarın son beş ildəki zəhmətinin bəhrəsi - "Atatürk" operası" (az.). Azertag.az. 24.11.2017. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-15.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Ə. Y. Seyidov, M. M. Mehdizadə və M. Ə. Muradxanov məktəbinin davamçıları". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. — səh. 437.
  • "Görkəmli bəstəkar". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. — səh. 180.
  • Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. — səh. 197.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]