Oqtay Mirqasımov — Vikipediya

Oqtay Mirqasımov
Doğum tarixi (80 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Nailə Mirqasımova
Uşağı Ayan Mirqasımova
Atası Mirəsədulla Mirqasımov
Fəaliyyəti rejissor
ssenarist
prodüser
Təhsili
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1981
"İstiqlal" ordeni — 2023 "Şərəf" ordeni — 2018 "Şöhrət" ordeni — 2003
IMDb ID0591926
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oqtay Mirəsədulla oğlu Mirqasımov (12 iyun 1943, Bakı) — Azərbaycan kinorejissoru,[1] ssenarist, Azərbaycan Respublikasının xalq artisti (2000),[2] "Şərəf" ordenli (2018).[3] "İstiqlal" ordenli (2023).

Həyatı[redaktə | mənbəni redaktə et]

Oqtay Mirqasımov 12 iyun 1943-cı ildə Bakı şəhərində anadan olub. 1963–1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alır, Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdır.[4] Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın xalq artistidir. 1992–2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[5] 7 iyun 2018-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.[3] 2 avqust 2018-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.[6]

12 iyun 2023-cü ildə "İstiqlal" ordeni ilə təltif edilib.[7]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
  2. 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129)
  3. 777 №-li sexdə (film, 1979) (qısametrajlı bədii süjet-Mozalan № 47)
  4. Ağır illər… Xoş xatirələr (sənədli film, 2014)[8]
  5. Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-ssenari müəllifi, quruluşçu rejissor
  6. Arzularını çəkən rəssam (film, 2007)
  7. Azərbaycan haqqında etüd (film, 1969)
  8. Azərbaycan kinosu-80 (film, 1996)
  9. Bakı haqqında 10 dəqiqə (film, 1970)
  10. Bir dəfə (film, 1990)
  11. Biz qayıdacağıq (veriliş, 2007) (II)
  12. Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968)
  13. Cəfər Cabbarlı (film, 1969)
  14. Cəza (film, 1986)
  15. Cin mikrorayonda (film, 1985)
  16. Daha bir fənd (film, 1978)
  17. Dama dama... (film, 1986)
  18. Dantenin yubileyi (film, 1978)
  19. De ki, məni sevirsən! (film, 1977)
  20. Dəniz (film, 1965)
  21. Dostluq səfəri (film, 1977)
  22. Əgər bir yerdəyiksə (film, 1975)
  23. Əhməd haradadır? (film, 1983)
  24. Əmək və qızılgül (film, 1962)
  25. Fənd (film, 1978)
  26. Gecə söhbəti (film, 1971)
  27. Gecəniz xeyrə qalsın (film, 1977)
  28. Gedərgəlməz (film, 1984)
  29. Gənclər festivalı (film, 1969)
  30. Gümüşü furqon (film, 1982)
  31. Günah (film, 1989)
  32. Günaydın, mələyim! (film, 2008)
  33. Günlərin bir günü... (film, 1981)
  34. Halallıq (film, 2019)
  35. Hörmətli alim yoldaşlar (film, 1971)
  36. Xəzinə (film, 1970)
  37. İşgüzar adamlar (film, 1977)
  38. Kallıq (film, 1981)
  39. Kədərimiz... Vüqarımız...
  40. Kinorejissor Arif Babayev (film, 2000)
  41. Qaladan tapılan mücrü (film, 1982)
  42. Qara Qarayev-60 (film, 1978)
  43. Qaşqayın son proqnozu (film, 2007)
  44. Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013)
  45. Qobustan (film, 1967)
  46. Qorunmağa möhtac qoruq (film, 1983)
  47. Leylək gözləyir (film, 1977)
  48. Məğlubedilməzlər (film, 1983)
  49. Mən kitabımı başlayıram (film, 2006)
  50. Müqavilə (film, 1978)
  51. "Müstəntiq və məntiq" (film, 1971)
  52. Nəriman Nərimanov (film, 1972)
  53. Nəzarətin reydi "Mozalan"ın qeydi (film, 1977)
  54. Ovsunçu (film, 2002)
  55. Öpürəm (film, 1988)
  56. Rəşid Behbudov (film, 1975)
  57. Silinməyən izlər... (film, 2011)
  58. Şeytan göz qabağında (film, 1987)
  59. Şəhidlik zirvəsi (film, 2001)
  60. Tatarıstanda Azərbaycan günləri (film, 1969)
  61. Vətəndaş, həkim, alim (film, 1984)
  62. Yeddi qoyun nağılı (film, 1983)
  63. Yenidənqurmanın işığında... (film, 1988)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Məhərrəmova T. "Mən insan ömrünün sonsuzluğunu göstərmək istəyirəm": Oqtay Mirqasımov: "Məmurluğum rejissor kimi həyatımdan illərimi aldı": [Kinorejissor] //Kaspi.- 2008.- 2–4 avqust.- S. 11.
  2. "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
  3. 1 2 President.Az. "O.M. Mirqasımovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.06.2018. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.
  4. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  5. ""Cəfər Cabbarlı" mükafatı təqdim olundu". 2015-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
  6. Real TV. "Milli kino 120 yaşında" (az.). Youtube.com. 02.08.2018. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-021.
  7. President.az. "İlham Əliyev Xalq artisti Oqtay Mirqasımova "İstiqlal" ordenini təqdim edib" (az.). President.az. 2023-06-12. 2023-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-12.
  8. Abdullayeva, S. "Ağır illər…xoş xatirələr" nümayiş etdirilib: [ssenari müəllifi və rejissoru, Xalq artisti Oktay Mirqasımovun eyniadlı filminin Nizami Kino Mərkəzində təqdimatı haqqında] // 525-ci qəzet.- 2015.- 7 aprel.- S.7.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
  • Наталия Бабинцева. Общий дом. Журнал "Баку". Ноябрь — Декабрь 2011.
  • Aydın Dadaşov. "Bizim kino". Oqtay Mirqasımovun "Şeytan göz qabağında" filmi haqqında. 23.01.2016[ölü keçid]