Olimp tanrıları — Vikipediya

Olimplər
Olimp tanrıları
Olimp tanrıları
Mifologiya Yunan
Yer Olimp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Olimp tanrılarıyunan mifologiyasına əsasən Olimp dağında yaşayan əsas ilahi qüvvələr.

KronReyanın uşaqları:

Yuxarıdakılardan törəyənlər:

Yuxarıdakılardan törəyənlərdən törəyənlər:

qızları:

Əsas olimpiyalılar[redaktə | mənbəni redaktə et]

Yunan adı Roma adı Heykəli Haqqında məlumat Nəsil
Zevs Yupiter Baş tanrı və Olimp dağının hakimi; səma və şimşək tanrısı. Titanlar Kron və Reyanın oğlu. Rəmzləri ildırım və qartaldır. Birinci
Hera Yunona Baş ilahə. Evliliyin və analığın ilahəsi. Rəmzləri tovuzquşu və inəkdir. Kron və Reyanın qızı. Zevsin həyat yoldaşı və bacısı. Birinci
Poseydon Neptun Dəniz tanrısı; dənizlərin, zəlzələlərin və atların allahı. Rəmzləri hippokamp və üçbaşlı əsadır. Kron və Reyanın oğlu, Zevsin və Aidin qardaşı. Birinci
Demetra Serera Məhsuldarlığın, kənd təsərrüfatının, təbiətin və fəsillərin ilahəsi. Rəmzi lalədir. Kron və Reyanın qızı, Zevsin bacısı. Birinci
Aid Pluton Yeraltı dünyanın, ölümün tanrısı. Rəmzləri Qaranlıq dəbilqəsi, ikibaşlı əsa və kəllə sümüyüdür. Kron və Reyanın oğlu. Zevsin və Poseydonun qardaşı. Birinci
Hestiya Vesta Bakirə ilahə. Evin və ailə ocağının ilahəsi. Kron və Reyanın qızı, Zevsin bacısı. Birinci
Afrodita Venera Sevgi, gözəllik və əyləncə ilahəsi. Zevsin və Dionanın qızıdır. Rəmzi göyərçin quşudur. Birinci [A]
Apollon Apollon İşığın, həkimliyin, musiqinin, poeziyanın, öncəgörmələrin, oxatmanın və bütün incəsənət növlərinin tanrısı. Rəmzləri ox kamanı və liradır. Artemida onun əkiz bacısıdır. Zevsin və Letonun oğlu. İkinci
Ares Mars Müharibə və qırğınlar tanrısı. Rəmzləri nizə və qalxandır. Zevs və Heranın oğlu. İkinci
Artemida Diana Ovçuluq və Ay ilahəsi. Rəmzləri maral və ox kamanıdır. Apollonun əkiz bacısı, Zevs və Letonun qızı. İkinci
Afina Minerva Müdrikliyin, peşələrin və döyüş strategiyasının ilahəsi. Rəmzləri zeytun ağacı və bayquşdur. Zevsin Metidadan olan qızı. İkinci
Dionis Baxus Şərab, şənlik və ekstaz allahı. Rəmzi üzüm tənəyidir. Zevsin və adi insan Semelanın oğlu. İkinci
Hefest Vulkan Tanrıların dəmirçisi; odun və dəmirçiliyin tanrısı. Zevs və Heranın oğlu. İkinci
Hermes Merkuri Tanrıların qasidi; ticarətin və oğruların allahı. Rəmzləri kadusey və qanadlı səndəllərdir. Zevsin və nimfa Mayanın oğlu. İkinci

Həmçinin bax[redaktə | mənbəni redaktə et]