Oleum — Vikipediya

Oleum
Ümumi
Sistematik adı Sulfat turşusu
Kimyəvi formulu H2SO4
Molyar kütlə 98,082 q/mol
Fiziki xassələri
Sıxlıq 1,8356 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi -10,38  °S
Qaynama nöqtəsi 279,6  °S
Təsnifatı
CAS-da qeyd. nöm. 7664-93-9
PubChem
SMILES c1ccccc1
C1=CC=CC=C1
RTECS WS5600000

Oleum (lat, oleum) – 100%-li sulfat turşusunda(H2SO4) kükürd anhidirinin (SO3) məhluludur.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Oleum özlü, yağvari rəngsiz maye və ya asan əriyən kristallardır, hər hansı qarışığı olduqda isə müxtəlif rəng çalarlarından ibarət olur. Havada "tüstülənir", su ilə qarışdıqda külli miqdarda istilik ayrılır. Kükürd anhidridinin qatılığı çox geniş miqyasda dəyişə bilər: 1%-dən onlarla faizə kimi. Oleum çox miqdarda özünə suçəkmə xüsusiyyətinə və oksidləşdirici təsirə malikdir. Oleum, həmçinin, özündə aşağıdakı reaksiya üzrə alınan pirosulfat turşusu da saxlayır:

  • H2SO4 + SO3 → H2S2O7
  • H2SO4 + 2SO3→H2S3O10

Fiziki xassələri[redaktə | mənbəni redaktə et]

Sulfat turşusunun sulu məhlulunun qaynama temperaturu onun qatılığının artması ilə artır və H2SO4–ün 98,3 % qatılığında maksimuma çatır. Aşağıda verilən cədvəldən istifadə edərkən, həmçinin, ГОСТ 2184–77 (qüvvədə olan) və ГОСТ 2184–2013 verilən cədvəllərdən də istifadə etmək lazımdır. Sulfat turşusunun sulu məhlulunun və oleumun xassələri

Kütlədə %-lə miqdarı sıxlığı q/sm³ Ərimə temperaturu,℃, Qaynama temperaturu, ℃
H2SO4 SO3 (sərbəst)
98 - 1,8365 0,1 332,4
100 - 1,8305 10,4 296,2
104,5 20 1,8968 −11,0 166,6
109 40 1,9611 33,3 100,6
113,5 60 2,0012 7,1 69,8
118,0 80 1,9947 16,9 55,0
122,5 100 1,9203 16,8 44,7

Tərkibində SO3-ün miqdarı artdıqca oleumun qaynama temperaturu aşağı düşür. Sulfat turşusunun sulu məhlulunun qatılığı artdıqca məhlul üzərində olan buxar təzyiqi aşağı düşür və 98,3 % qatılığında minimuma çatır. Oleumda SO3-ün qatılığının artması ilə onun üzərində olan ümumi təzyiq artır. Sulfat turşusunun sulu məhlulunun və oleumun üzərində olan buxar təzyiqi aşağıdakı tənliklə hesablanır: A və B əmsallarının qiyməti sulfat turşusunun qatılığından asılı olur. Sulfat turşusunun sulu məhlulunun üzərində olan buxar H2O, H2SO4 və SO3 buxarlarının qarışığından ibarətdir. Bu zaman buxarın tərkibi sulfat turşusunun maye halında olan bütün qatılıqlarından fərqlənir (müvafiq azeotrop qarışıq istisna olmaqla). Temperaturun artması ilə dissosiasiya artır:

  • H2SO4 ↔ H2O + SO3 — Q

Tarazlıq sabitinin temperaturdan asılılıq tənliyi aşağıda verilmişdir: Normal təzyiqdə dissosiasiyanın dərəcəsi: 10⁻⁵ (373 К), 2,5 (473 К), 27,1 (573 К), 69,1 (673 К). 100%-li sulfat turşusunun sıxlığını aşağıdakı tənliklə müəyyən etmək olar: Sulfat turşusu məhlulunun qatılığı artdıqca onun istilik tutumu da azalır və 100%-li qatılıqda minimum olur, oleumun istilik tutumu isə məhlulda SO3-ün miqdarının artması ilə çoxalır. Qatılığın artması və temperaturun azalması ilə istilik tutumu λ azalır:

C- sulfat turşusunun % -lə qatılığıdır. Oleum (H₂SO₄•SO₃)ən yüksək özlülüyə malikdir və temperaturun artması ilə bu azalır. Sulfat turşusunun elektrik müqavimətinin ən aşağı həddi sulfat turşusunu 30 və 90% qatılığında, ən yuxarı həddi isə 84 və 99 % qatılığında olur. Oleum üçün ρ-nun minimum həddi SO3 10% olduqda yaranır. Temperaturun yüksəlməsi ilə sulfat turşusunda ρ yüksəlir. Dielektrik keçiriciliyi 100%-li sulfat turşusunda 101 (298,15 К), 122 (281,15 К); krioskopik sabitlik 6,12, ebulioskopik sabitlik 5,33; sulfat turşusunun buxarlarının havaya nüfuz etmə əmsalı temperaturdan asılıdır; D = 1,67•10⁻⁵T3/2 sm²/s. Standartlar ̶ Texniki sulfat turşusu ГОСТ 2184–77 ̶ ГОСТ 2184–77 hazırda ГОСТ 2184–2013 "Texniki sulfat turşusu. Texniki şərtlər". ГОСТ 2184–77 görə oleum sulfat turşusunun növlərindən biridir və texniki, bir də görünüşü yaxşılaşdırılmış olur. Bu standart texniki sulfat turşusunun aşağıda göstərilən növləri üçün nəzərdə tutulur: kontaktlı (yaxşılaşdırılmış və texniki); qülləli və regenerasiyalı oleuma. Cədvəldə texniki sulfat turşusunun OKP kodu verilmişdir

OKP kodu Tuşunun növü oleum - yaxşılaşdırılmış 21 2111 0600 Texniki 21 2111 0650

Tətbiqi[redaktə | mənbəni redaktə et]

Sənayedə sulfat turşusunun, kaprolaktam və çoxlu sayda maddələrin istehsalında istifadə olunur. Üzvi kimyada sulfolaşdırıcı, suçıxarıcı və ya oksidləşdirici reagent kimi istifadə olunur.

Təcrübi işlərin xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Oleum – kəskin aşı maddədir: dəridə güclü yanıqlar yaradır, aşağı reaksiya qabiliyyətli maddələr istisna olmaqla , çox sayda materialları dağıdır. Bütün bunlara baxmayaraq aktivliyi aşağı olan polad tutumlarda saxlanılır. Oleumun ekzotermik reaksiya göstərmək xüsusiyyətini nəzərə alaraq, onu su ilə durulaşdırmaq və ya suya tökmək olmaz. Oleumun durulaşdırılması onun sulfat turşusuna əlavə etməklə həyata keçirilir. Suya tökdükdə su qaynayır və onun üzərində sulfat turşusundan ibarət duman yaranır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • OLEUM/SULFUR TRIOXIDE — Chemical Fact Sheet