Oleq Litvin — Vikipediya

Oleq Litvin
Doğum tarixi 6 iyul 1936(1936-07-06)
Doğum yeri
Vəfat tarixi 5 iyul 2017(2017-07-05) (80 yaşında)
Vəfat yeri
Atası Aleksandr Litvin
Təhsili
Fəaliyyəti fotoqraf, jurnalist

Oleq Aleksandroviç Litvin (6 iyul 1936, Bakı5 iyul 2017, Volqoqrad) — Azərbaycanın tanınmış fotomüxbiri[1].

Həyatı[redaktə | mənbəni redaktə et]

Oleq Litvin 6 iyul 1936-cı ildə Bakı şəhərində anadan olub[2]. Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) energetika fakültəsində təhsil alıb (1956–1960). Daha sonra Sovet İttifaqı Teleqraf Agentiliyində (TASS) fotomüxbir kimi fəaliyyət göstərib (1973–1990).

O, uzun illər "Azərinform", indiki "AZƏRTAC" agentliyində işləyib. "Reuters", "Associated Press" kimi xəbər agentlikləri ilə əməkdaşlıq edib.

Fotoqraf 2000-ci ildə oğlunun yanına, Rusiyanın Volqoqrad şəhərinə köçüb. Orada beş il "Komsomolskaya pravda" qəzetində, 2005-ci ildən isə "LUKOYL" şirkətinin "Volqa i Don" korporativ qəzetində işləyib.

2017-ci ildə 81 yaşına bir gün qalmış həmin şəhərdə vəfat edib.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Dağlıq Qarabağ münaqişəsi başlayandan Oleq Litvin cəbhə xəttindən foto-reportajlar hazırlayıb. O, 20 yanvarXocalı faciələrini sənədləşdirmiş fotomüxbirlərdən olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Oleq Litvinin feysbuk səhifəsi: https://www.facebook.com/ollitvin Arxivləşdirilib 2023-08-06 at the Wayback Machine
  2. AZƏRTAC "Azərbaycanın müstəqillik uğrunda mübarizəsini yaddaşlara köçürən fotoqraf vəfat edib": http://azertag.az/xeber/1076104 [ölü keçid] 6 iyul 2017