Ofeliya Sənani — Vikipediya

Ofeliya Sənani
Digər adı Ofelya Sənani
Doğum tarixi (82 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
Fəaliyyəti televiziya aparıcısı, aktrisa
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1991 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1979

Ofelya Hacağa qızı Sənani (26 may 1941, Bakı) — televiziya aparıcısı, aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1991).[1] Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü[2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Ofeliya Sənani Azərbaycan Dövlət Universitetini bitirmişdir (1966). Gültəkin Cabbarlının yetirməsidir. Teleradio Verilişləri Şirkətinin diktorudur. 1959–1975 illərdə radioda işləmiş, bir sıra radio tamaşalarında baş rollarda çıxış etmişdir. 1975-ci ildən televiziyada fəaliyyət göstərir. 1960–1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləmiş, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirmişdir. Kinofilmlərdə də çəkilmişdir ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri).

2002-ci ildən prezident təqaüdçüsü olub.[3]

Ssenarist Valid Sənaninin həyat yoldaşıdır.[4]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin və Naxçıvan Muxtar Respublikası kütləvi informasiya vasitələrinin işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 may 1991-ci il tarixli, 200 nömrəli Fərmanı Arxivləşdirilib 29 noyabr 2022 at the Wayback Machine  (az.)
  2. E-qanun.az. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI" (az.). E-qanun.az. 2002-05-11. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2002-05-11.
  3. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
  4. Sənani, O. Məşhur diktor: "Qayınatam bunu mənə qadağan etmişdi": [Xalq artisti Ofelya Sənaninin müsahibəsi] //Xalq cəbhəsi.- 2016.- 26 fevral.- S.15.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.