O geri çəkilməlidir (film, 1966) — Vikipediya

O geri çəkilməlidir
Janr sənədli film
Rejissor Zeynəb Kazımova
Ssenari müəllifi İmran Qasımov
Baş rollarda Xuraman Hacıyeva — qız
Namiq Məmmədov — oğlan
Operator Elxan Əliyev
Bəstəkar Emin Mahmudov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1966
Filmin növü qısametrajlı sənədli-bədii film
Ölkələr SSRİ SSRİ
İl 1966
Texniki məlumatlar 3 hissə
778 metr
35 mm

Məzmun[redaktə | mənbəni redaktə et]

İki gənc bir-birini sevir. Qız (Xuraman Hacıyeva) vərəm xəstəliyinə tutulur. Buna baxmayaraq sevgilisi (Namiq Məmmədov) ondan üz döndərmir. Məhəbbət xəstəliyə qalib gəlir, qız tamamilə sağalır.

Belə nikbin sonluqla qurtaran elmi-kütləvi film Azərbaycanda əhalinin sağlamlığı üçün görülən profilaktik tədbirlərdən, konkret olaraq vərəm xəstəliyinə qarşı aparılan mübarizədən bəhs edir.

Film haqqında[redaktə | mənbəni redaktə et]

Film Azərbaycan Səhiyyə Nazirliyinin sifarişi ilə çəkilmişdir.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Zeynəb Kazımova
Ssenari müəllifi: İmran Qasımov
Operator: Elxan Əliyev
Bəstəkar: Emin Mahmudov
Cizgi rəssamı : Bəhmən Əliyev
Səs operatoru: Şamil Kərimov

Rollarda[redaktə | mənbəni redaktə et]

Xuraman Hacıyeva — qız
Namiq Məmmədov — oğlan

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Səhiyyə Nazirliyi