Nuriyyə Əhmədova — Vikipediya

Nuriyyə Əhmədova
Doğum adı Nuriyyə Əliağa qızı Əhmədova
Digər adı Nuriyə Əhmədova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi ürək tutması[1]
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Xanlar İbadov[2][3]
Uşaqları İlahə
Əli İslamzadə[4]
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1968–2013
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2002 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2007
IMDb ID0015269

Nuriyyə Əliağa qızı Əhmədova (26 dekabr 1950, Nuxa10 oktyabr 2015, Bakı) — Azərbaycan kinoaktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (20042015).

Həyatı[redaktə | mənbəni redaktə et]

Nuriyyə Əhmədova 1950–ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə)[5][6][7] anadan olub.[8] M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.

2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.

İki övladı olub: ilk övladı olan qızı İlahə 20 yaşında (1976–1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat etmişdi.[2][9][10] Qız övladından Faiq İbadzadə (d. 1996) adlı nəvəsi var.[2][5][11]

Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir.[12][13] Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunmuşdur.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. 20+1 (film, 1986) (qısametrajlı bədii süjet – Mozalan № 105)
  2. 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
  3. Adi əhvalat (film, 1991) (qısametrajlı bədii süjet – Mozalan № 161; rol: sakin)
  4. Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film; səsləndirən: Daşa)
  5. Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film; dublyaj: Bikə)
  6. Araqarışdıran (film, 1987)
  7. Arşınmalçı (film, 1985)
  8. Aşkarsızlıq şəraitində... (film, 1986)
  9. Bağ mövsümü (film, 1985)
  10. Bala-başa bəla! (film, 1995)
  11. Balqabaq (film, 2007)
  12. Belə də olur (film, 1988)
  13. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
  14. Bəxt üzüyü (film, 1991)
  15. Bəxtəvər (film, 1984)
  16. Bəyaz həyat (film, 2003)
  17. Bəyin oğurlanması (film, 1985)
  18. Bir axşam... (film, 1985)
  19. Bircəciyim (film, 1986)
  20. Burulğan (film, 1986)
  21. Cavanşir (film, 2002)
  22. Cəmşid Naxçıvanski (film, 1982)
  23. Cəza (film, 1986)
  24. Dəvətnamə (film, 1989)
  25. Dünən, bu gün, sabah (film, 1992)
  26. Evlənmək istəyirəm (film, 1983)
  27. Evləri göydələn yar (film, 2010)
  28. Əbədi mühərrik (film, 1985)
  29. "Fransız" (film, 1995)
  30. Gecə qatarında qətl (film, 1990)
  31. Gəlinlərin qiyamı (film, 1985) (dublyaj; rol: Sattı)
  32. Halal pullar (film, 2008)
  33. Heydər Əliyev (film)
  34. Hədiyyə (film, 1986)
  35. Həm ziyarət, həm ticarət... (film, 1995)
  36. Hər şey yaxşılığa doğru
  37. Hökm (film, 1994)
  38. Humayın yuxusu (film, 1985)
  39. İntihar (film, 1991)
  40. Jonqlyor (film, 1986)
  41. Kişi sözü (film, 1987)
  42. Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)
  43. Komediya səhnəsi (veriliş, 2009)
  44. Köhnə bərə (film, 1984)
  45. Kölgədə 40 dərəcə isti (film, 1988)
  46. Köpək (film, 1994)
  47. Qara "Volqa" (film, 1994)
  48. Qarət (film, 1990)
  49. Qeyri-adi ov (film, 1974)
  50. Qəm pəncərəsi (film, 1986)
  51. Qətl günü (film, 1990)
  52. Qəzəlxan (film, 1991)
  53. Layiqli namizəd (film, 1984)
  54. Lovğa fil balası (film, 1987)
  55. Mastika (film, 1986)
  56. Meyl (film, 1988)
  57. Milli bomba (film, 2004)
  58. Ölsəm... bağışla (film, 1989)
  59. Ömrün yolları (film, 1982)
  60. Özgə ömür (film, 1987)
  61. Sahilsiz gecə (film, 1989)
  62. Söhbətül-əsmar (film, 1994)
  63. Su bulandıranlar (film, 1991)
  64. Süd dişinin ağrısı (film, 1987)
  65. Sükut pozuntusu (film, 2014)
  66. Şahid qız (film, 1990)
  67. Şirbalanın məhəbbəti (film, 1991)
  68. Təhminə (film, 1993)
  69. Tək olanda qorxma... (teleserial, 2013)
  70. Telefon macəraları (film, 1990)
  71. Təxribat (film, 1989)
  72. Tutuquşu (film, 1985)
  73. Ümid (film, 1992)
  74. Vərdiş (film, 1988)
  75. Vəssəlam-şüttəmam (film, 1990)
  76. Yaramaz (film, 1988)
  77. Yaşıl eynəkli adam (film, 1987)
  78. Yeni həyat (film, 2005)
  79. Yenilik (film, 1986)
  80. Yerlə göy arasında (film, 1999)
  81. Yol yoldaşları (film, 2003)
  82. Yoxlama (film, 2006)
  83. Yumurta (film, 2003)
  84. Yuxu (film, 2001)
  85. Zirzəmi (film, 1990)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əli Novruzəliyev. "Nuriyyə Əhmədova dəfn edildi – FOTO" (az.). Milli.az. 10 Oktyabr 2015. Archived from the original on 2015-10-12. İstifadə tarixi: 2015-10-12..
  2. 1 2 3 Miri Məcidli. "Övladsız və evsiz ölən aktrisanın HƏYAT HEKAYƏTİ" (az.). Femida.az. 10 oktyabr 2015. Archived from the original on 2015-10-10. İstifadə tarixi: 2015-10-10..
  3. Azerturk. ""Qızımı gözümün qabağında öldürdü" Kirayədə qalan xalq artisti" (az.). Grand.az. 7 mart 2012. Archived from the original on 2015-10-10. İstifadə tarixi: 2015-10-10..
  4. "Xalq artisti Nuriyyə Əhmədovanın oğlu qaraciyər xərçəngindən vəfat etdi". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  5. 1 2 Zülfiyyə Qurbanova. "Kirayə qalan xalq artisti: "Artıq evsizliklə barışmışam..."" (az.). Anspress.com. 27 dekabr 2011. 2015-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-10..
  6. "Mədəniyyət gündəliyi: xronoqraf > 26 dekabr" (az.). Azerbaycanlı.org. 2015-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-10..
  7. "Nuriyyə Əhmədova" (az.). kinotap.com. Archived from the original on 2015-10-10. İstifadə tarixi: 2015-10-10..
  8. Ziya Səccad. "Nuriyyə Əhmədova vəfat etdi" (az.). Baku.ws. 10 oktyabr 2015. Archived from the original on 2015-11-17. İstifadə tarixi: 2015-10-10..
  9. Bahar Rüstəmli. "Xalq artistinin oğlunun ölüm səbəbi məlum oldu – Açıqlama (Yenilənib 2)" (az.). AzNews.az. 4 sentyabr 2014. Archived from the original on 2015-10-10. İstifadə tarixi: 2015-10-10..
  10. "Övladları vaxtsız ölən məşhurlar – SİYAHI" (az.). Lent.az. 10 sentyabr 2014. 2015-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-10..
  11. Bahar Rüstəmli. "Nuriyyə Əhmədova hələ də yeriyə bilmir – Açıqlama" (az.). AzNews.az. 26 aprel 2014. Archived from the original on 2015-10-10. İstifadə tarixi: 2015-10-10..
  12. Aytən Həsənova. "Nuriyyə Əhmədova Mərdəkanda övladlarının yanında dəfn olunacaq – Yenilənib – Fotolar" (az.). Gün.az. 10 oktyabr 2015. 2015-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-10..
  13. "Nuriyyə Əhmədova vəfat etdi" (az.). Day.az. 10 oktyabr 2015. Archived from the original on 2015-10-10. İstifadə tarixi: 2015-10-10..

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Kinoaktyor studiyasının fəaliyyəti (1966-1974)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 169.