Nuri Sərinləndirici — Vikipediya

Nuri Sərinləndirici
azərb. Nuri Vüqar Raşid oğlu
Ümumi məlumatlar
Doğum adı Nuri
Doğum tarixi 29 iyun 1979(1979-06-29) (44 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti muğənni
Fəaliyyət illəri 2002–h.h.
Janr pop
Səs tembri həzin
Albom şirkəti nurimusic

Nuruyev Vüqar Rəşid oğlu və ya səhnə adı ilə Nuri Sərinləndirici (29 iyun 1979, Culfa rayonu) — AzərbaycanRusiya musiqiçisi; estrada müğənnisi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Nuri Sərinləndirici 1979-cu il iyun ayının 29-da Azərbaycanın Naxçıvan MSSR-in Culfa rayonunda anadan olub.[1]

Nuri özü "Sərinləndirici" təxəllüsü haqqında demişdir:

"Naxçıvanın Culfa rayonunda doğulub böyümüşəm. Uzun illərdir Rusiyada yaşayıram. Rusiyada ən çox öz həmyerlilərimizlə sıx əlaqə və ünsiyyətdə oluruq. Orda el şənlikləri və tədbirlərdə iştirak edəndə dostlarım deyirdilər ki, Nuri gəlsin oxusun sərinləyək (gülür). Elə bundan sonra elə mənə "Sərinləndirici" deməyə başladılar.

Karyerası[redaktə | mənbəni redaktə et]

Ailədə musiqiçi olmamasına baxmayaraq Nuri 6 yaşından musiqiyə böyük maraq göstərib. 7 yaşında Nuri Culfa rayon musiqi məktəbinə (qarmon sinfi) daxil olub. Musiqi məktəbini bitirdikdən sonra Culfa rayonunda gənclərdən ibarət öz musiqi kollektivini yaradıb. 1995-ci ildə Bakıya gəlib və təhsilini Bakı şəhər Yasamal rayonunun 286 saylı orta məktəbində davam etdirərək, 11-ci sinfi də elə həmin məktəbdə bitirib. Məktəbdə təhsil aldığı müddət ərzində öz musiqi kolektivini yaradıb və məktəbdə konsertlərlə çıxış etməyə başlayıb.[1]

Orta məktəbi bitirdikdən sonra Türkiyəyə, İstanbul şəhərinə gedib və orada Yılmaz müzik dərslik evində (musiqi akademiyası) 2 il təhsil alıb. 1999-cu ildə Hərbi xidməti yerinə yetirmək üçün vətənə qayıdıb. Hərbi orkestrdə qulluq edib. 2001-ci ildə hərbi xidmətini başa vurub.[1]

2002-ci ildən Rusiya Federasiyasına gedən Nuri, hal-hazırda da Moskva şəhərində yaşayır və özünün rəhbərlik etdiyi musiqi kolektivi var.[1]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Müğənni rus dilində yazılan "Ya, ya, ya" (Mən, mən, mən) adlanan mahnısını duet ortağı Jane Şirokihlə birgə ifa edib.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Nuri Sərinləndirici - Musiqi kolleksiyası" (az.). qadin.net. 21.12.2011. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-15.
  2. Zülfiyyə Qurbanova. "Bacısı Nuri Sərinləndirici üçün qız tapdı və..." (az.). anspress.com. 27 May, 2015. 2015-08-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-15.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]