Nurəddin Mahmud Zəngi — Vikipediya

Nurəddin Mahmud Zəngi
ərəb. الملكُ العادلُ أبو القاسمِ نور الدين محمود بن عمادِ الدِّين زَنْكِي
1154 – 1174
ƏvvəlkiI İmadəddin Zəngi
SonrakıMəlik Saleh İsmayıl Zəngi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Dəməşq
Vəfat səbəbi Angina
Dəfn yeri Dəməşq
Milliyyəti avşar türkü
Fəaliyyəti hərbi lider[d], siyasətçi
Atası I İmadəddin Zəngi
Uşağı
Ailəsi Zәngilәr dövlәti
Dini Sünni İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nurəddin Mahmud Zəngi (11 fevral 1118, Mosul15 may 1174, Dəməşq[1]) — Zəngilər sülaləsindən olan hökmdar, atabəy.

Həyatı[redaktə | mənbəni redaktə et]

Nurəddin Mahmud Zəngi 1116-cı ildə Mosul şəhərində anadan olmuşdu. I İmadəddin Zənginin oğludur. 1154-cü ildən Dəməşqin əmiri idi.

Səlahəddin Əyyubi atabəy Nurəddin Mahmud Zənginin diqqətini cəlb etmişdi. Ona görə də atabəy 17 yaşında olan Səlahəddini saraya gətirdi və o burada dövləti idarə etməyi də dərindən öyrəndi. Tədricən qüvvətlənməkdə olan atabəy Nurəddin Zəngi Misiri də tam şəkildə öz nəzarəti altına almaq istəyirdi. Bu arada Misirdə azlıqda olan məzhəblər üsyan qaldırdılar. Bunu görən Zəngi Misirdaki üsyanı yatırtmaq və orada sabitliyi bərpa etmək məqsədi ilə Şirkuhu Fatimi xəlifəsi əl-Adidin tabeliyinə verdi. Atabəy Səlahəddini isə Şirkuhun köməkçisi təyin etdi. Xəlifənin razılığı ilə Şirkuh öz tabeliyində olan əsgərlərlə Misir üzərinə yürüş etdi. Şirkuh Səlahəddinin yardımı ilə Misir üsyanını yatırdı. Bundan sonra Misirin idarə edilməsi də Şirkuha tapşırıldı. Misir ələ keçiriləndən az sonra Şirkuh vəfat etdi.

Nurəddin Mahmud Zəngi 1174-cü ildə Dəməşq şəhərində vəfat edib.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  1. Nur al-Din Madrasa. 1167.