Qırğızıstanda Novruz bayramı — Vikipediya

Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq da olur. Bu – quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Adına niyə beşbarmaq deyilir – çünki əllə yeyilir – yəni beş barmaqla.

Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var – Azərbaycanda üzərlik yandırılan kimi. Qırğızlar deyir ki, bu, qədim türk şamanlarından qalma adətdir.

Onlar "Alas-alas, hər bəladan xilas" – deməklə öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]