Noragami — Vikipediya

Noragami
Birinci cildin üzlüyü. Personajlar: Yato (solda), Hiyori İki (sağda) və Yukine (ortada, qılınc formasında).
ノラガミ
azərb. Evsiz tanrı
Janr fövqəltəbii, döyüş, komediya, romantika
Manqa
ManqakaAdaçitoka
NəşriyyatKodansha
Tərcüməçi nəşriyyat
JurnalMonthly Shōnen Magazine
DemoqrafiyaŞonen
Nəşr tarixi6 dekabr 2010 – 6 yanvar 2024
Cildlər26 + 2 xüsusi (cild siyahısı)
Manqa
Noragami: Stray Stories
ManqakaAdaçitoka
NəşriyyatKodansha
Tərcüməçi nəşriyyat
JurnalMonthly Shōnen Magazine +
DemoqrafiyaŞonen
Nəşr tarixi19 noyabr 2011 – 19 febral 2016
Cildlər2 (cild siyahısı)
Anime
RejissorKotaro Tamura
SsenaristHitomi Mieno
BəstəkarTaku İvasaki
StudiyaBones
Digər lisenziyalar
Madman Entertainment
Funimation
Manga Entertainment
KanalTokyo MX, MBS, BS11, TVA
Digər kanallar5 yanvar 2014 – 23 mart 2014
Seriyalar12 + 2 OVA (seriya siyahısı)
Anime
Noragami Aragoto
RejissorKotaro Tamura
SsenaristHitomi Mieno
BəstəkarTaku İvasaki
Kayo Konişi, Yukio Kondoo
(MOKA☆)
ELECTROCUTICA
StudiyaBones
Digər lisenziyalar
Madman Entertainment
Funimation
Anime Limited
KanalTokyo MX, MBS, BS Fuji, RKK, AT-X
Digər kanallar2 oktyabr 2015 – 25 dekabr 2015
Seriyalar13 + 2 OVA (seriya siyahısı)
Video oyun
Noragami ~Kami to Enishi~
HazırlayanSakura Soft
Buraxılış tarixiAndroid
  • YP: oktyabr 2015
iOS
  • YP: 16 noyabr 2015
  Anime və manqa portalı

Noragami (ノラガミ?, azərb. Evsiz tanrı‎) — Adaçitoka tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Kodansha nəşriyyatının "Monthly Shōnen Magazine" jurnalının 2011-ci il yanvar buraxılışında nəşr olunmağa başlamışdır. İndiyə kimi manqa seriyasının 26 tankobon cildi buraxılmışdır. Manqa əsasında Bones studiyası tərəfindən istehsal olunmuş 12 seriyalıq anime serialı 5 yanvar 2014-cü ildən 23 mart 2014-cü ilə kimi yayımlanmışdır. Noragami Aragoto adlı 13 seriyadan ibarət ikinci mövsüm isə 2 oktyabr 2015-ci ildən 25 dekabr 2015-ci ilə kimi nümayiş etdirilmişdir.

Məzmun[redaktə | mənbəni redaktə et]

Heç kim tərəfindən tanınmayan müharibə və fəlakət tanrısı Yatonun heç bir izləyicisi, hətta məbədi belə yoxdur. Hər kəs tərəfindən tanınıb məşhur olmaq və özünə məbəd tikdirmək üçün Yato 5 yen qarşılığında Yaxın sahil sakinlərinin (həyatda olan insanlara verilən ad) arzularını yerinə yetirir. Belə missiyalarının birində Yato tez-tez ruhu bədənini tərk edən Hiyori İki adlı Yaxın sahil sakini qızla və silah kimi qəbul etdiyi Yukine ilə tanış olur. Üçü birlikdə güclərini birləşdirərək yolundan çıxmış ruhları – Ayakaşiləri öldürürlər, Yato isə məşhur tanrı olmaq üçün çalışmağa davam edir.

Bundan əlavə, hekayə müharibə tanrılarından biri olan Bişamon ilə Yato arasındakı ədavətdən və Yatonun Nora adlı müəmmalı ruhla olan qaranlıq keçmişindən də bəhs edir.

Media[redaktə | mənbəni redaktə et]

Manqa[redaktə | mənbəni redaktə et]

"Noragami" Adaçitoka tərəfindən yazılmış və Kodansha tərəfindən nəşr olunmuş manqa seriyasıdır. Manqa seriyası "Monthly Shōnen Magazine" jurnalında 6 dekabr 2010-cu ildə nəşr olunmağa başlamışdır[1] və indiyə qədər 26 cildi buraxılmışdır.[2] Doqquzuncu cild məhdud nəşrlə və drama CD ilə birlikdə buraxılmışdır.[3] 10-cu və 11-ci cildlər isə məhdud nəşrlə və anime seriyaları ilə buraxılmışdır.[4][5] Manqa seriyasının əlavə fəsilləri "Monthly Shōnen Magazine +" jurnalında 2011-ci ildən nəşr olunur və 15 noyabr 2013-cü ildə "Noragami: Stray Stories" (ノラガミ拾遺集, Noragami Shūishū?) adı altında bir cildi buraxılmışdır.[6] Hər iki manqa Şimali Amerikada Kodansha Comics USA tərəfindən lisenziyalaşdırılmışdır.[7][8][9]

Anime[redaktə | mənbəni redaktə et]

Bones studiyası tərəfindən Kotaro Tamuranın rejissorluğu, Deko Akaonun ssenaristliyi və Toşihiro Kavamotonun personaj dizaynerliyi ilə anime serialı adaptasiyası istehsal olunmuşdur.[10] Anime serialının premyerasından əvvəl birinci seriya 10 noyabr 2013-cü ildə Anime Festival Asia tədbirində nümayiş etdirilmişdir.[11] Anime Yaponiyada 5 yanvar 2014-cü ildə Tokyo MX kanalında göstərilməyə başlamış, daha sonra MBS, BS11 və TVA kanalları vasitəsilə yayımlanmışdır. Sonuncu seriyası 23 mart 2014-cü ildə nümayiş etdirilmişdir. 2 oktyabr 2015-ci ildən 25 dekabr 2015-ci ilə kimi ikinci mövsüm – "Noragami Aragato" yayımlamışdır və 13 seriya davam etmişdir. Bundan əlavə, hər mövsüm üçün iki OVA seriyası buraxılmışdır. Birinci mövsümün OVA-ları 17 fevral və 17 iyul 2014-cü ildə manqanın 10-cu və 11-ci cildləri ilə, ikinci mövsümün OVA-ları isə 17 noyabr 2015-ci ildə və 17 mart 2016-cı ildə manqanın 15-ci və 16-cı cildləri ilə buraxılmışdır.[10] Funimation animeni Şimali Amerikada,[10] Madman Entertainment Avstraliya və Yeni Zelandiyada lisenziyalaşdırmışdır.[12]

Birinci mövsümün açılış mahnısı Hello Sleepwalkers tərəfindən ifa olunan "Goya no Machiawase" (午夜の待ち合わせ?) mahnısı, bağlanış mahnısı Tia tərəfindən ifa olunmuş "Heart Realize" (ハートリアライズ, Hāto Riaraizu?) mahnısıdır. İkinci mövsümdə açılış mahnısı kimi The Oral Cigarettes tərəfindən ifa olunmuş "Kyōran Hey Kids!!" (狂乱 Hey Kids!!?) mahnısında, bağlanış mahnısı kimi Tia tərəfindən ifa olunmuş "Nirvana" (ニルバナ, Nirubana?) mahnısından istifadə olunmuşdur.

Videooyun[redaktə | mənbəni redaktə et]

Sakura Soft tərəfindən 2015-ci ilin oktyabrında "Noragami ~Kami to Enishi~" (azərb. "Evsiz tanrı ~Tanrılar və qismət~"‎) adlı mobil oyun buraxılmışdır. Oyunun iOS versiyası 16 noyabr 2015-ci ildə buraxılmışdır.[13][14]

Qəbul[redaktə | mənbəni redaktə et]

Anime! Anime! saytı tərəfindən 2016-cı ilin sentyabrında keçirilmiş "Ən yaxşı anime açılış səhnələri" sorğusunda birinci mövsümün açılış səhnəsi 8-ci, ikinci mövsümün açılış səhnəsi isə 5-ci yeri tutmuşdur.[15]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "「アライブ」あだちとか新連載、主人公は気分屋の自称"神"" (Japanese). Natalie.mu. December 6, 2010. March 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2016.
  2. "製品検索: あだちとか" [Product search: Adachitoka]. Kodansha (Japanese). 2019-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2024.
  3. "CD付き ノラガミ(9)限定版 (講談社キャラクターズA)" (Japanese). Amazon.co.jp. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2016.
  4. "DVD付き ノラガミ(10)限定版 (講談社キャラクターズA)" (Japanese). Amazon.co.jp. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2016.
  5. "DVD付き ノラガミ(11)限定版 (講談社キャラクターズA)" (Japanese). Amazon.co.jp. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2016.
  6. "ノラガミ拾遺集 壱 (月刊マガジンコミックス)" (Japanese). Amazon.co.jp. 2016-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2016.
  7. "Noragami 6". Kodansha Comics USA. 2015-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2016.
  8. "Kodansha Comics Adds Fairy Tail Ice Trail, Noragami: Stray Stories Manga". Anime News Network. 2016-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2016.
  9. "Noragami: Stray Stories 1". Penguin Random House. 2016-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2016.
  10. 1 2 3 "Funimation to Stream Noragami Supernatural Anime". Anime News Network. December 24, 2013. 2016-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2016.
  11. "AFA : Anime Festival Asia 2013". Anime Festival Asia. 2016-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2016.
  12. "Noragami (TV)". Anime News Network. 2015-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2016.
  13. "iOS version of the Noragami ~Kami to Enishi~ released! Login bonus campaign!". Senpai Gamer 先輩. 2015-11-16. İstifadə tarixi: 9 sentyabr 2016.[ölü keçid]
  14. "Noragami ~Kami to Enishi~ Smartphone Game Slated for Fall". Anime News Network. August 17, 2015. 2016-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2016.
  15. "Poll Picks the Top 10 Anime Opening Sequences". ANN (ingiliscə). 7 sentyabr 2016. 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]