Nohurqışlaq — Vikipediya

Nohurqışlaq
40°56′46″ şm. e. 47°53′26″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 658 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.041 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3632
Xəritəni göstər/gizlə
Nohurqışlaq xəritədə
Nohurqışlaq
Nohurqışlaq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


NohurqışlaqAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Nohurqışlaq kəndi Tüntül kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Nohurqışlaq kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Toponimikası[redaktə | mənbəni redaktə et]

XIX əsrə aid məlumata görə, kənd Qəbələ rayonunun Vəndam kəndindən çıxmış ailələrin XIX əsrin ortalarında Nohurqışlaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Nohurqışlaq Dəmiraparançay və Vəndamçayın daşqın sularından, yeraltı sulardan qidalanan böyük su anbarının adıdır. Pambıq tarlalarını suvarmaq üçün anbarın suyu xüsusi kanalla Göyçay çayına axıdılır. Toponim "qışlaqda olan göl" mənasındadır.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Kəndin tarixi təxminən XVII əsrin sonu, XVIII əsrin əvvəllərindən başlayır. Kənd ərazisi əvvəllər qışlaq kimi istifadə olunub, sonralar isə əhali oturaq həyat sürməyə başlayıb.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd rayon mərkəzindən 6 km cənub-şərqdə, Dəmiraparançayın sahilində, Alazan-Həftəran vadisində yerləşir. Kənd şimaldan Böyük Qafqaz dağları ilə, şərqdən Vəndamçay və meşə massivi ilə, cənubdan Tüntül kəndi ilə, qərbdən isə Dəmiraparançay ilə əhatə olunub.[3]

Əhalisi[redaktə | mənbəni redaktə et]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3041 nəfər əhali yaşayır.[4]

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq və maldarlıq təşkil edir.

Mühüm təsərrüfat əhəmiyyəti olan Nohur gölü 1950-ci ildə yaradılıb. Nohur göl ətrafındakı Sahil pansionatı kəndin yaxınlığındadır. Pansionatda çalışanların əksəriyyəti Nohurqışlaq sakinləridir.

Kənd yolunu Qəbələ-İsmayıllı magistral xətti ilə birləşdirən 2,5 km uzunluğunda hissəsinə asfalt vurulub.

Əhalinin içməli su ilə təmin olunması üçün artezian quyusu qazılıb, digərinə 25 tonluq su çəni qoyulub və 120 ailəyə su xətti cəkilib.[3]

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Kənddə 2008-ci ildə yeni tikilmiş stadion istifadəyə verilib. 256 nömrə tutumlu ATS quraşdırılıb.[3]

Təhsil[redaktə | mənbəni redaktə et]

Kənddə müasir avadanlıqla təhciz olunmuş 480 nəfərlik yeni orta məktəb binası istifadəyə verilib. Bundan başqa kənddə bir uşaq bağçası da fəaliyyət göstərir.

2011-ci ildə Nohurqışlaq kənd orta məktəbi respublika üzrə ilin məktəbi seçilib. Məktəbin yetirmələrindən indiyə kimi bir elmlər doktoru və ondan çox elmlər namizədi vardır.

Din[redaktə | mənbəni redaktə et]

Kənddə Nohurqışlaq kənd məscidi dini icması fəaliyyət göstərir.[5]

Şəkillər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-27.
  2. Nohurqışlaq // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. 1 2 3 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  5. MÜSƏLMAN DİNİ İCMALAR — 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az  (az.)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]