Nodar Şaşıqoğlu — Vikipediya

Nodar Şaşıqoğlu
Doğum tarixi
Doğum yeri Batumi, Acarıstan MSSR, Gürcüstan SSR, SSRİ
Vəfat tarixi (86 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1950–2013
Mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1982 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1962 "Teatr Xadimi" qızıl medalı — 2006
"Şöhrət" ordeni — 2007
IMDb ID1138094

Nodar İzzətoviç Şaşıqoğlu (13 mart 1927, Batum12 aprel 2013, Bakı) — Azərbaycan dramatik teatr və kino aktyoru, 2003-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, Azərbaycan və Rusiya Xalq Artisti.[1][2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib.[3] Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti. Əmisi, aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. Onun həyat yoldaşı Mərziyyə Davudova da Azərbaycan teatrında çalışıb[4].

Əsli acarıstanlı olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirib. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işləyib. 5–6 il Taqanka Teatrında çalışıb.

İlk rolu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə olub. Orada türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi canlandırıb. Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynayıb. Bu filmdən sonra "Odessa" kinostudiyasında çalışıb[4].

Rejissor Rəşid Atamalıbəyov (O, "Uzaq sahillərdə" filminin ikinci rejissoru olub) "Uzaq sahillərdə" filminin çəkilişlərinə gəlib. Aktyoru bəyənərək filmdə çəkmişdir.[4]

Nodar Şaşıqoğlu teatr səhnələrində Don Quan (A.S. Puşkin "Kiçik tragediyalar"), Sirano (E. Rostan "Sirano de Bercerak"), Kreont (Q. Qauptman "Antiqo-solntsa"), kinoda Zakir "Telefonçu qız", Rakov "Beş künc" , Məcnun "Leyli və Məcnun", Mixaylo "Uzaq sahillərdə", kimi obrazları yaradıb.[4]

2003-cü ildən S. Vurğun adına Rus Dram teatrına qayıdıb və səhnədə Sorin (A.P. Çexov "Qağayı"), Kral Lir (U. Şekspir "Kral Lir") obrazları parlaq ifa edib.[4]

12 aprel 2013-cü ildə Bakıda vəfat etmişdir.[4]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. С. Кастрюлин. Память сердца Arxivləşdirilib 2018-06-16 at the Wayback Machine. Газета "Эхо". 22 июня 2010. С. 8

    Наверняка зритель запомнил не только главного героя, которого сыграл народный артист Азербайджана и России Нодар Шашик оглы.

  2. "Актёры Русского драматического театра имени Самеда Вургуна". 2012-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19.
  3. "Ömrün yaxın, uzaq sahilləri" (az.). «Xalq qəzeti». 21 mart 2007. səh. 8. 6 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
  4. 4,0 4,1 4,2 4,3 4,4 4,5 Qurbanlı, Ramilə. "Namus üstündə Bakıdan gedən aktyor". 33 pərdəli dram kitabı (az.). news.milli.az. 2016-03-22. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-26. (#redundant_parameters)
  5. Respublika teatr sənətinin işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı

Mənbə[redaktə | mənbəni redaktə et]

  • ""Uzaq sahillərdə" ekranda" [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
  • Ağamirov, A. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 19 avqust.
  • Hüseynova, M; Sultanov, Ə; Məmmədov, Y; Əliyev, S; Kazımov, R; Yusifov, Ə. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 22 avqust.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]