Nizami Süleymanov — Vikipediya

Nizami Süleymanov
Müstəqil Azərbaycan Partiyasının sədri
23 yanvar 1993 – 2 dekabr 2016
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıMəmməd Süleymanov
Şəxsi məlumatlar
Doğum tarixi 25 noyabr 1945(1945-11-25)
Doğum yeri
Vəfat tarixi 2 dekabr 2016(2016-12-02) (71 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti mühəndis-mexanik
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Elmi adı

Nizami Süleymanov (25 noyabr 1945, Rəncbər, Qazıməmməd rayonu2 dekabr 2016, Bakı) — Azərbaycan alimi, Texnika elmləri doktoru, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü (1989).[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Azərbaycanda keçirilən ilk demokratik seçkilər olan 1992-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində Azərbaycan Ziyalılarının Demokratik İttifaqından prezidentliyə namizəd olmuş və yekun nəticədə 1,017,217 seçicinin səsini qazanaraq 33,8% səslə II yeri tutmuşdur. Həmçinin 1998-il prezident seçkilərində 8%-dan artiq səs toplayaraq 3-cü yeri tutmuşdur[2]

1 dekabr 2016-cı ildə vəfat edib.[3]

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İlk dəfə olaraq standart volframlı poladları tamamilə əvəz edə bilən, yeni volframsız alət poladları işlənib hazırlanmışdır və bu elmi yeniliklər istehsalata tətbiq edilmişdir. Standart və yeni tip poladlarda legirlənmə və mikrolegirlənmə sisteminin işlənməsi nəticəsində onların tərkibində yüksək dispersliliyə malik olan struktur almağa imkan verən yeni termiki emal texnologiyası işlənib hazırlanmışdır.

1989-cu ildə maşınqayırma ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

202 elmi əsərin müəllifidir. Bunlardan 181-i Azərbaycandan xaricdə çapdan çıxmışdır. 56 müəlliflik şəhadətnamələrinin və patentlərin müəllifidir.

Əsas elmi əsərləri[redaktə | mənbəni redaktə et]

  • Poladların yaradılması və möhkəmləndirilməsində yeni istiqamətlər. (Elmi monoqrafiya)
  • Materialşünaslığın fizikasına giriş. Ttədris vəsaiti)
  • Yeni volframsız (alət) tezkəsən alət poladlarının sənayedə tətbiqinin metodları. (Elmi monoqrafiya)
  • X12M- tipli poladların ikipilləli termiki emalı metodları. (Elmi monoqrafiya)
  • İstiliyə dözümlü və konstruksiya poladlarının möhkəmləndirilməsinin yeni metodlarının araşdırılması və tədqiqi. (Elmi monoqrafiya).

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Süleymanov Nizami Məmməd oğlu" (az.). science.gov.az. 2017. 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.
  2. Nohlen, D, Grotz, F & Hartmann, C (2001) Elections in Asia: A data handbook, Volume I
  3. APA TV. "Nizami Süleymanov vəfat etdi" (az.). Youtube.com. 01.12.2016. 2016-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-04.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]