Nizami Gəncəvi Beynəlxalq Mərkəzi — Vikipediya

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
NGBM
ing. Nizami Ganjavi International Center
rus. Международный Центр Низами Гянджеви
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
Növü Beynəlxalq təşkilat,QHT
Yaranma tarixi 30 sentyabr 2012
Mərkəzi
nizamiganjavi-ic.org

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) — Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il Sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilmişdir.[1] Azərbaycan Respublikasının Prezidentinin dəstəyi ilə fəaliyyətini davam etdirən qeyri-hökumət təşkilatı olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Mərkəz Bakı şəhərində yerləşir. Ali idarəetmə orqanı dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən ibarət İdarə Heyətidir. İdarə Heyəti 20 nəfər üzvdən ibarətdir. Mərkəzin Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 2 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 üzvləri vardır. (ümumilikdə 79 üzvlər)[2]

Mərkəzin həmsədrləri Latviya Respublikasının sabiq Pezidenti (1999–2007) xanım Vayra Vike-Freyberqa[3], Dünya Bankının sabiq vitse-prezidenti (1992–2000) Dr.İsmayıl Seragəldin.

Mərkəz 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. 2013-cü ildən bugünədək sayca 7 Qlobal Bakı Forumu və 42 Yüksək Səviyyəli Toplantı keçirilib. Hər bir forumda ümumilikdə 500-dən çox xarici qonaq iştirak etmişdir. 2020-ci ildə VIII Qlobal Bakı Forumu Covid 19 pandemiyası ilə əlaqədar təxirə salınmışdır.[4]

Mərkəz hal-hazırda Podgoricki Klubu (Bosniya), Marianna V. Vardinoyannis Vəqfi (Yunanınstan), Quqenhaym (ABŞ), Çin İnnovasiya və İnkişaf Strategiyası İnstitutu (ÇXR), Çin Xalq Xarici İşlər İnstitutu (ÇXR), Taihe İnstitutu (ÇXR), Amerika Xarici Siyasət üzrə Milli Komitə (ABŞ), Berqqruen İnstitutu, Robert F. Kennedy İnsan Hüquqları (ABŞ), Schwarzman Alimləri (ÇXR), İtalyan Beynəlxalq Təşkilatları Cəmiyyəti (İtaliya), Dünya Sənət və Elm Akademiyası (WAAS) kimi nüfuzlu beynləxalq və regional təşkilatlarla sıx əməkdaşlıq edir

Məqsədi[redaktə | mənbəni redaktə et]

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə verməkdir. Eyni zamanda Azərbaycan elmmədəniyyətinin nümayəndəsi, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması, dünyada təbliği, eləcə də dialoq, tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun təşviq edilməsidir. Həmçinin Nizami Gəncəvinin[5] ədəbi irsinin araşdırılması və təbliği məqsədilə nüfuzlu yerli və xarici alimlərdən ibarət alimlər şəbəkəsi formalaşdırılmışdır. Mərkəz qarşıda qoyulan məqsədlərə nail olmaq üçün ətrafında nüfuzlu sabiq dövlət və hökumət başçılarını, həmçinin beynəlxalq ekspertləri birləşdirir.

Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ənənəvi olaraq Bakıda təşkil olunan Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif yüksək səviyyəli görüşlərə ev sahibliyi edərək ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilmişdir.

İdarə heyətinin üzvləri[redaktə | mənbəni redaktə et]

Xüsusi məsləhətçilər[redaktə | mənbəni redaktə et]

  • Cefri Saks — SDG üzrə Xüsusi Məsləhətçi, BMT Baş Katibinin SDG üzrə Xüsusi Məsləhətçisi[6]
  • Vendi Fişer, NGIC-in Mədəniyyət İşləri üzrə Xüsusi Məsləhətçisi, Solomon R. Guggenheim Vəqfinin Himayəçilər Şurasının prezidenti
  • Castin Yifu Lin, NGIC-in İqtisadiyyat üzrə Xüsusi Müşaviri, Dünya Bankının 2008–2012 vitse-prezidenti

Fəxri üzvlər[redaktə | mənbəni redaktə et]

  • Emil Konstantinesku — Rumıniya Prezidenti 1996–2000
  • Stepan Mesiç — Xorvatiya Respublikasının Prezidenti 2000–2010
  • Fəridə Allaghi — Liviyanın Avropa Birliyindəki keçmiş səfiri
  • Nazim İbrahimov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri 2008–2018
  • Nasim Əhməd Şah, Dekan, Sosial Elmlər Fakültəsi (2014–17); Keçmiş İslam Araşdırmaları Bölümü, Kəşmir Universiteti, Srinagar, Hindistan

Nizami Gəncəvi Beynəlxalq Mükafatı[redaktə | mənbəni redaktə et]

2012-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Nizaminin poeziyası ilə təbliğ etdiyi dəyərləri özündə cəmləşdirən çox şəxsiyyətlərə və qurumlara təqdim etmək üçün "Nizami Gəncəvi Beynəlxalq Mükafatı" nı təsis etmişdir.[7] Ümumilikdə mərkəz tərəfindən dünya üzrə 21 şəxs Nizami Gəncəvi Beynəlxalq Mükafatını almışdır

  1. Vaira Vike-Freiberqa, Latviya Respublikasının sabiq Prezidenti (Həmsədr NGBM)
  2. İsmayıl Seragəldin, İsgəndəriyyə Kitabxanasının direktoru (Həmsədr NGBM)
  3. Melanne Verveer, ABŞ-nin Qlobal Qadın Problemləri üzrə keçmiş xüsusi səfiri, Georgetown Qadınlar, Sülh və Təhlükəsizlik İnstitutunun icraçı direktoru
  4. Süleyman Dəmirəl, Türkiyə Prezidenti 1993–2000
  5. Bill Klinton, ABŞ Prezidenti 1993–2001
  6. Marqaret Tetçer, İngiltərə Baş Naziri 1979–1990[8]
  7. İsveç Kraliçası Silviya, İsveç Krallığının Kraliça Konsortu
  8. Butros Butros Qali, Birləşmiş Millətlər Təşkilatının Baş katibi 1992–2996
  9. Henri Kissincer, ABŞ Dövlət Katibi 1973–1977[9]
  10. Rosen Plevneliev, Bolqarıstan Respublikasının Prezidenti 2012–2017
  11. Əbdül Fəttah əs-Sisi, Misir Ərəb Respublikasının Prezidenti[10]
  12. Marianna Vardinoyannis, UNESCO-nun xoşməramlı səfiri
  13. İordaniya Kralı II Abdullah, İordaniya Haşimilər Krallığının Kralı[11]
  14. Mehriban Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti[12]
  15. Rabbi Arthur Schneier, New York City Park East Sinagogunun baş ravvini
  16. Əşrəf Qəni, Əfqanıstan İslam Respublikasının Prezidenti
  17. Robert F. Kennedi, İnsan Haqları: Robert F. Kennedy 1965–1968-ci illərdə Nyu-Yorkdan ABŞ senatoru (Alıcı: Kerry Kennedy, Robert F. Kennedy İnsan Hüquqları Prezidenti)
  18. Con Makkeyn, Arizona'dan Amerika Birləşmiş Ştatları Senatoru 1987–2018(Alıcı: Cindy McCain, McCain İnstitutunun İdarə Heyətinin sədri)
  19. Prokopis Pavlopoulos, Yunanistan Respublikasının Prezidenti
  20. Cefri Saks, Columbia Universitetinin Universitet professoru; SD üzrə Baş katibin xüsusi müşaviri
  21. Kaylaş Satyarti, Nobel Sülh mükafatçısı 2014

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 23.12.11. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.12.11.
  2. "Nizami Gəncəvi Beynəlxalq Mərkəzin Üzvlərinin siyahısı". 2021-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
  3. "Latviyanın ilk qadın prezidenti "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" ilə təltif olunub" (az.). http://www.science.gov.az. 2015-04-30. 2017-09-15 tarixində arxivləşdirilib.
  4. "Ölkə üzrə keçirilən tədbirlərin təxirə salınması, Prezident İlham Əliyevin çıxışı" (PDF) (az.). https://xalqqazeti.com. 2020-04-20. 2022-03-08 tarixində arxivləşdirilib (PDF).
  5. "World Biographical Encyclopedia" (ingilis). https://prabook.com. 2021-04-12 tarixində arxivləşdirilib.
  6. "İlham Əliyev BMT baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə xüsusi müşavirini qəbul edib" (az.). Bakı,Azərbaycan: https://president.az. 2019-03-15. 2021-04-12 tarixində arxivləşdirilib.
  7. "Nizami Gəncəvi Beynəlxalq mükafatı üzrə münsiflər heyəti yaradılmışdır" (az.). http://www.azerbaijan-news.az. 2021-04-24 tarixində arxivləşdirilib.
  8. "Margaret Thatcher honored with Nizami Ganjavi award" (ingilis). https://azertag.az/en/xeber/231529. 04.10.2014. 2021-04-30 tarixində arxivləşdirilib.
  9. "Henry Kissinger awarded gold medal of Nizami Ganjavi International Center" (ingilis). https://azertag.az/en/xeber/800716. 04.10.2014. 2021-05-05 tarixində arxivləşdirilib.
  10. "İordaniya kralı Nizami Gəncəvi Beynəlxalq Mükafatı ilə təltif olundub" (az.). https://a-r.az. 2017-01-16. 2021-04-22 tarixində arxivləşdirilib.
  11. "Misir Prezidentinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mükafatı təqdim edilib" (az.). https://525.az. 2018-03-15. 2021-04-22 tarixində arxivləşdirilib.
  12. "Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim edilib" (az.). https://publika.az. 2018-03-15. 2021-04-22 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]