Nizami-Cədid ordusu — Vikipediya

Nizami-Cədid ordusu
Yaranma tarixi 1792/1793-29 may 1807
Ölkə Osmanlı İmperiyası
Tabedir III Səlim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nizami-Cədid ordusuOsmanlı İmperiyasının sultanı III Səlim tərəfindən yaradılmış nizami ordu. Bu ordunun əsası 1717-ci ildə İstanbula gələn Fransız zabiti De Roşefortun sadərət islahat layihəsinin tərcüməsində, ediləcək hərbi yenilik Nizami-Cədid adlandırılmışdır. Bu ordu Yeniçəri ocağı tərəfindən çıxarılan Qabaqçı Mustafa üsyanı zamanı ləğv edilmişdir.[1]

Məqsədi[redaktə | mənbəni redaktə et]

Rəssam Cozef Zarzeçki tərəfindən boya ilə çəkilmiş Sultan Səlim rəsmi, XIX əsrin sonu-XX əsrin əvvəli.

Yeni bir ocağın qurulmasına qərar verilməsinin ən mühüm səbəbi, yeniçərilərin islah edilməsinin çox çətin olması idi. Bu islahat düşüncəsini mənimsəyən III.Səlim hələ taxta çıxdığı vaxtlarda bu düşüncəni mənimsəmiş olan,açıqfikirli və yenilikçi bir tərəfdar bir qrupu yığıncağa çağırdı. Bu qrupun rəhbərliyinə Rumeli kazəsgəri İsmayıl Paşazadə əs-Səid İbrahim İsmət Bəyi gətirir.[1]

Yayla İmamı Risaləsinə görə Nizami-Cədid üsulunu 72 maddədən meydana gəlmişdir. Osmanlı dövləti bu islahatı edərkən Fransadan kömək istəmiş, 1796-cı ildə mövzuyla əlaqədar olaraq top, humbara tökmə, top qundağı və tüfəngçi işçiləri gəlmişdi. Ayrıca bir müddət sonra Fransadan General Menand rəhbərliyində və iş başçısı Bamilo ilə gələn heyətlə Prussiya krallığıdan da zabitlər gəlmişdi. Bunlardan Albay Von Goetze, 1798-ci ildə III.Səlimin istəyinə görə Osmanlı Qara qüvvələrində araşdırmalar etdi. III Səlimin bir məclisdə topladığı Sultan Süleyman Qanuni dövründəki nizama qayıdarsa işlərin rahatlaşacağı fikri tərəfdar tapınca ilk öncə ocağa həftəlik müəyyən qaydada təlim verilməsi fikri soruşulmuş, ancaq ocaq ağalarından mənfi cavablar alınmışdır. Buna görə Nizami-Cədid ordusunun qurulmasına qərar verilməktədir. Yeniçərilərin reaksiyasının qarşısını almaq üçün Bostancı Tüfəngçi adı altında quruldu.[1]

Təşkilatı[redaktə | mənbəni redaktə et]

Yeniçərilən şübhələndirilməsi, hərbi əməliyyatlarının alınması və başlanğıcdan işi bitirmək kimi çatışmazlıqlar səbəbindən Nizami-Cədid ayrı bir ocaq deyil yeni əsgər, bostançı, tüfəngçi ocaqları adı ilə Bostaniyan-ı Həssə Ocağına bağlandı.[1]

İlk ərazi Cəzayirli Qazi Həsən Paşaya aid olan Ləvənd fermasında qurulmuş, daha sonra artan dəstəklə bərabər öncə Üsküdarda daha sonra Üsküdar merkez olmak üzre, Anadoluda ortalar qurulmuşdur. Bugünkü Səlimiyyə ərazisinin təməllərinin atıldığı Üsküdar ərazisinə bağlı olan Anadoludaki ortalar belə idi: Ankara Ortası, Bolu Ortası, Kaysəri Ortası, Kastamonu Ortası, Kütahya Ortası, Qırşəhər Ortası, Amasya Ortası, Sivas Ortası, Aydın Ortası, Çanqırı Ortası, Çorum Ortası, Ağsaray Ortası, Menteşe Ortası, Seydişəhər Ortası, Niğde Ortası, Həmid Ortası, Manisa Ortası, İçəl Ortası ve Qaraman Süvari Ortası.[1]

Bu ortaların qurulması ilə bərabər Nizami-Cədid ordusunun mövcudu 230 minə yaxınlaşmışdır. Əsgərlər 25 yaşı keçməmiş, igid, zadəgan, və təmiz ailələrdən seçilir; onlara ilk öncə üsul öyrədilirdi. Ocaqda hər bir üzv arasında kəfalət sistemi inkşaf etdirildi. Beləcə fərarilik əngəllənirdi.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 İsmayıl Hakkı Uzunçarşılı. "Nizâm-ı Cedîd Ricalinden Kadı Abdurrahman Paşa I," Belleten, 138/35 (1971), s. 263

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Şimşek, Ali Rıza. "Osmanlı Ordusunda 18. ve 19. yüzyıllarda yapılan ıslahat çalışmaları ve bu çalışmalarda yabancı uzmanların rolü" (PDF). Sakarya Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2006. İstifadə tarixi: 18 yanvar 2019.