Nisə Rzayeva — Vikipediya

Nisə Rzayeva
Rzаyevа Nisə Heydər qızı
Doğum tarixi
Doğum yeri Azərbaycan Azərbaycan SSR
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri Mingəçevir
Dəfn yeri
Vətəndaşlığı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
"Əmək veteranı" medalı

Nisə Heydər qızı Rzayeva (10 yanvar 1937, Azərbaycan SSR8 mart 2017, Mingəçevir) — Azərbaycanın teatr və kino aktrisası, Mingəçevir Dövlət Dram Teatrının aktrisası Azərbaycanın SSR Əməkdar artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü(1965).

Həyatı[redaktə | mənbəni redaktə et]

N. H. Rzayeva 10 yanvar 1937-ci ildə anadan olmub, 1969-cu ildən Mingəçevir Dövlət Dram Teatrında aktrisa vəzifəsində çalıb və Nisə Rzayeva Mingəçevir Teatrının ilk aktyorlarından biri kimi bu vaxtadək teatrın səhnəsində 100-ə qədər rolun ifaçısı olmuşdur. Onun teatrımızın səhnəsində yaratdığı İ. Əfəndiyevin "Mahnı dağlarda qaldı" – Fəxrəndə xanım, H. Cavid "Ana" – Ana, M. Hüsüyn "Cavanşir" – Zibeydə xanım, G. Xuqayev "Andro və Sandro" – Marqo, Anar "Şəhərin yay günləri" – Dilarə, İ. Əfəndiyevin "Tənha iydə ağacı" – Xan nənə, P. Kilqas "Hakim Martinin səhəri" – İnqa, S. Vurğun "Fərhad və Şirin" – Şirin, İ. Əfəndiyev "Unuda bilmirəm" – Nərmin, N. Həsənzadə "Nabat xalanın çörəyi" – Nabat xala, S. S. Axundov "Eşq və İntiqam" – Yasəmən, S. Rəhman "Əliqulu evlənir" – Nazlı, Ə. Əmirli "Köhnə ev" – Zəhra, S. S. Axundov "Laçın Yuvası" – Pəricahan və.s rolları bu gün də teatrsevərlərin yaddaşındadır, mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmişdir.

Nisə Rzayeva şəhərimizin ictimai mədəni həyatında fəal iştirak edib. 1965-ildən Azərbaycan Teatr Xadimlər İttifaqının üzvüdür, Əmək vetranıdır, Azərbaycan RespublikasıNaxçıvan Muxtar Respublikası Ali Sovetinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, müxtəlif dövlət və ictimai təşkilatların, ayrı-ayrı rayonların Fəxri Fərmanlarına layiq görülmüş, Sosialist Əməyi yarışının iştirakçısıdır.

1982-ci ilin dekabr ayının 2-də Azərbaycan SSR Əməkdar artisti Fəxri adına 02.12.1982[1],

8 mart 2017-ci ildə 80 yaşında dünyasını dəyişmişdir. Mingəçevir şəhərində dəfn olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]