Nilufər xanım Sultan — Vikipediya

Nilüfər xanım Sultan
نيلوفر هانمسلطان
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri
Atası Moralızadə Səlahəddin bəy
Anası Adilə Sultan
Həyat yoldaşları Müəzzəm Cah
Eduard Pope
Ailəsi Osmanlı xanədanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nilüfər xanım Sultan (Osmanlıca: نيلوفر هانمسلطان) (d. 4 yanvar 1916 — ö. 12 iyun 1989) — 33. Osmanlı sultanı V Muradın oğlu Mehmed Səlahəddin Əfəndinin qızı Adilə Sultanın qızı və sonuncu Heydərabad nizamı Mir Osman Əli xanın kiçik oğlu Müəzzəm Cahın xanımıdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Gənclik illəri[redaktə | mənbəni redaktə et]

Nilüfər xanım anasının mənsub olduğu Osmanlı sülaləsinin idarə etdiyi İstanbulda dünyaya gəlmişdir. Atası sarayda önəmli şəxslərdən biri olan Moralızadə Səlahəddin bəy, anası isə Sultan V Muradın oğlu Mehmed Səlahəddin Əfəndinin qızı Adilə Sultan idi. Ancaq 8 yaşında ikən ailəsi ölkədən sürgün edildi və Fransanın Nitsa şəhərində məskunlaşdı. 20 dekabr 1931-ci ildə Nitsada son Heydərabad nizamının oğlu Müəzzəm Cahla evləndi. Eyni gün son xəlifə Əbdülməcid Əfəndinin qızı Dürrüşəhvar Sultan da nizamın böyük oğlu və vəliəhdi ilə evləndi.

Evliliyi[redaktə | mənbəni redaktə et]

Nigahdan sonra Nilüfər xanım qaynatasının Hindistanın Heydərabad bölgəsindəki sarayına köçdü. Şəxsi həyatında övladı olmadığı üçün ictimai işlərlə məşğul oldu. Ərinin ailəsindəki digər xanımlardan fərqli olaraq olduqca sərbəst həyat tərzi yaşadı. Bir çox beynəlxalq jurnalların üz qabığında yer aldı. Dünyanın ən gözəl 10 xanımı siyahısına düşdü. 1949-cu ildə ən yaxın xidmətçilərindən birinin doğum əsnasında vəfat etməsinin ardından Heydərabadın Redd Hills səmtində böyük bir qadın və uşaq xəstəxanası açdırdı. Digər yandan isə tez-tez Avropaya gedir, burada məşhur həkimlərdən övladı olması üçün müalicələr alırdı. 1948-ci ildə isə əri Müəzzəm Cah Hindistan aristokratlarından birinin qızı olan Raziyə Bəgümlə evləndi. Evləndikdən sonra ard-arda dünyaya gələn 3 övlad isə Nilüfər xanımı evlilikdən uzaqlaşdırdı. Nəticədə 1952-ci ildə cütlük rəsmi olaraq ayrıldı və Nilüfər xanım yenidən Nitsa şəhərinə köçdü. Burada müxtəlif Avropa ölkələrinə səyahətlər edən Nilüfər xanım olduqca aristokrat həyat yaşadı. 21 fevral 1963-cü ildə məşhur Amerkalı yazıçı Eduard Pope ilə evləndi.

Son illəri[redaktə | mənbəni redaktə et]

Olduqca yaşlanan Nilüfər xanım oynaq ağrıları səbəbilə Parisdə xəstəxanada müalicəyə başlamış, ancaq burada bədəninə düşən infeksiya səbəbilə 12 iyun 1989-cü ildə vəfat etdi. Cənazəsi Parisdəki müsəlman məzarlığı olan Bobigny məzarlığına dəfn olundu.

Qalereya[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]