Nikolay Qamaleya — Vikipediya

Nikolay Qamaleya
Doğum tarixi 5 (17) fevral 1859 və ya 1859[1]
Doğum yeri
Vəfat tarixi 29 mart 1949(1949-03-29) və ya 1949[1]
Vəfat yeri
Dəfn yeri
Elm sahələri mikrobiologiya, epidemiologiya, tibb, virusologiya
Elmi dərəcələri
  • tibb doktoru[d]
Təhsili
  • İmperator Tibbi Cərrahiyyə Akademiyası[d],
  • Odessa Universiteti,
  • İmperator Novorosiysk Universiteti[d],
  • S. M. Kirov adına Hərbi Tibb Akademiyası[d]
Elmi rəhbəri Lui Paster
Üzvlüyü
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni
"Stalin" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nikolay Fyodoroviç Qamaleya (rus. Никола́й Фёдорович Гамале́я; 5 (17) fevral 1859 və ya 1859[1], Odessa, Xerson quberniyası29 mart 1949 və ya 1949[1], Moskva) — sovet mikrobioloqu və epidemioloq, SSRİ EA fəxri akademiki (1940; müxbir üzvü, 1939), SSRİ Tibb EA akademiki (1945), 1948-ci ildən Sov. İKP üzvü, RSFSR əməkdar elm xadimi (1934), SSRİ Dövlət mükafatı laureatı (1943).

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Mənşəyi və uşaqlığı[redaktə | mənbəni redaktə et]

Nikolay Fedoroviç Qamaleya 5 (17) fevral 1859-cu ildə Odessada Kanatnaya küçəsindəki evdə anadan olmuşdur. O, Borodino döyüşünün və Qafqazdakı döyüşlərin keçmiş iştirakçısı, o zaman Odessa kommersiya məhkəməsinin sədri olmuş, istefada olan polkovnik Fyodor Mixayloviç Qamaleyanın (1881-ci ildə vəfat etmişdir[2]) 12 övladının ən kiçiyi idi. Kiçik oğlu dünyaya gələndə ata artıq qoca idi, xidməti tərk etmişdi. Bu dövrdə əmlakdan gələn gəlirlə yaşayırdı.

Nikolay Fedoroviç atasının yaxın qohumlarını şəxsən tanımırdı. Xatirələrində qohumlarının, o, ata tərəfdən babasının Tulada tibb müfəttişi olduğunu və Tula vilayətinin Efremovski və Boqoroditski rayonlarında mülklərə sahib olduğunu bildirirdi. Bu mülklər atasının böyük qardaşlarına miras qalmış, onlardan biri nazir, digəri isə qubernator olmuşdur[3]. Bəzi mənbələr babasını Mixail Leontyeviç Qamaleya kimi tanıdır[4], lakin Nikolay Fedoroviçin atası ilə iddia edilən baba[2] arasında münasibətlərə dair sənədli sübutların olmaması səbəbindən bu versiya mübahisəsiz deyil. Mixail Leontieviçin Nikolay Fedoroviçin ulu babası olduğuna dair bir versiya da var[5].

Erkən yaşda Nikolay Fedoroviçin tərbiyəsi əsasən Polşa Vadetski ailəsindən olan anası Karolina Vikentyevna Qamaleya tərəfindən həyata keçirilirdi[3]. İbtidai təhsilini özəl uşaq bağçasında almış, Kanatnaya küçəsindəki Dmitriyevlərin özəl məktəbində davam etdirmiş, sonra gimnaziyaya daxil olmuşdur[3].

Təhsil illəri[redaktə | mənbəni redaktə et]

1880-ci ildə Novorossiysk Universitetini, 1883-cü ildə isə Sankt-Peterburq Hərbi Tibb Akademiyasını bitirib. Akademiyanı bitirdikdən sonra Odessaya qayıdır və burada Osip Moçutkovski adına xəstəxanada işləməyə başlayır. O, Rusiya İmperiyasında yerli bakteriologiyanı inkişaf etdirməyə başlayan ilklərdən biri idi. 1885-ci ildə müsabiqə əsasında Nikolay Fedoroviç bakteriologiya sahəsində təcrübəsini dərinləşdirmək üçün Parisə Louis Pasteurun laboratoriyasına getmək üçün seçilmişdi.

Rusiyada ilk bakterioloji stansiyanın qurucusu[redaktə | mənbəni redaktə et]

Nikolay Qamaleya İ. Meçnikovla birlikdə 1886-cı ildə Odessada bakterioloji stansiya təşkil etmişdir. 1912-1928-ci illərdə Leninqradda Çiçək Peyvəndi İnstitutunun, 1930-1938-ci illərdə isə Moskvada Mərkəzi Epidemiologiya və Bakteriologiya İnstitutunun elmi rəhbəri, 1938-ci ildən ömrünün sonuna kimi 2-ci Moskva Tibb İnstitutunun mikrobiologiya kafedrasında professor olmuşdur. Tədqiqatları mikrobiologiyaimmunologiyaya (vəba, taun, çiçək, quduzluq, səpgili yatalaq, qayıdan yatalaq və s.-nin profilaktikasına) həsr edilmişdir. 1898-ci ildə bakteriyaları parçalayan bakteriolizinləri kəşf etmişdir. 1899-cu ildə N.Qamaleyanın rəhbərliyi ilə Odessada bakteriologiya institutu yaradılmışdır. 1901-1902-ci illərdə Zaqafqaziya, Volqaboyu, Peterburq və Odessada taun, vəba əleyhinə keçirilən tədbirlərə rəhbərlik etmiş, quşlarda vəbaya oxşar xəstəlik törədən "Meçnikov vibrionu"nu kəşf etmişdir. İnsan vəbasına qarşı mübarizəyə aid kompleks tədbirlər hazırlamış və həmin xəstəliyə qarşı vaksin təklif etmişdir. 1910-cu uldə səpgili yatalaq və qayıdan yatalaq xəstəliklərini aradan qaldırmaq üçün dezinfeksiyanın əhəmiyyətini izah etmişdir. 35-dən çox əsərin müəllifidir. 2 dəfə Lenin ordeni, Qımızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur.

Odessada elmi və praktik fəaliyyət (1892-1912)[redaktə | mənbəni redaktə et]

1892-ci ildə Rusiyaya qayıtdıqdan sonra o, "Etiologiya eksperimental patoloji nöqteyi-nəzərindən vəba" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir (1893-cü ildə nəşr olunur.).

1899-1908-ci illərdə Odessada təsis etdiyi Bakteriologiya İnstitutunun direktoru olub. Fəaliyyəti çərçivəsində o, xəstəliyin yayılmasında gəmi siçovullarının rolunu öyrənir və 1901-1902-ci illərdə Nikolay Qamaleya Odessada vəba epidemiyası zamanı antiepidemik tədbirlərə rəhbərlik edərək tam deratizasiyanı təşkil etmişdir. Sonrakı illərdə o, Rusiyanın cənubunda vəba xəstəliyinə qarşı mübarizə aparıb. 1908-ci ildə ilk dəfə tifin bitlər vasitəsilə keçdiyini sübut edir. O, tif, vəba, çiçək və digər yoluxucu xəstəliklərin qarşısının alınmasında da çox çalışmışdır. 1910-cu ildə o, ilk dəfə tifi aradan qaldırmaq üçün dezinseksiyanın vacibliyini əsaslandırır. 1910-1913-cü illərdə “Gigiyena və sanitariya” jurnalını nəşr edərək redaktorluq etmişdir.

Sankt-Peterburq və Moskvada elmi fəaliyyət (1912-1949)[redaktə | mənbəni redaktə et]

O, 1912-ci ildə Peterburqa köçür. 1912-1928-ci illərdə Sankt-Peterburq (Petroqrad) Edvard Cenner adına Çiçək Peyvəndi İnstitutuna rəhbərlik edir. Onun təşəbbüsü ilə çiçək xəstəliyinə qarşı peyvəndi hazırlamaq üçün işlətdiyi üsuldan istifadə edərək, 1918-ci ildə Petroqradda Leninin imzaladığı 10 aprel 1919-cu il tarixli fərmanına əsasən, bütün ölkədə qəbul edilmiş çiçək xəstəliyinə qarşı ümumi peyvənd edilir. 1918-1919-cu illərdə tif xəstəliyinə qarşı peyvəndin hazırlanması üsullarını öyrənmişdir.

1930-1938-ci illərdə Moskvada Mərkəzi Epidemiologiya və Mikrobiologiya İnstitutunun (institut hazırda onun adını daşıyır) elmi rəhbəri olmuşdur. 1938-ci ildən ömrünün sonuna kimi 2-ci Moskva Tibb İnstitutunun mikrobiologiya kafedrasının professoru, 1939-cu ildən SSRİ Tibb Elmləri Akademiyasının Epidemiologiya və Mikrobiologiya İnstitutunda laboratoriya müdiri işləmişdir.

1939-cu ildən Ümumittifaq Mikrobioloqlar, Epidemioloqlar və Yoluxucu Xəstəliklər Cəmiyyətinin sədri, sonra fəxri sədri olur.

1939-cu ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Bir il sonra SSRİ Elmlər Akademiyasının fəxri akademiki seçilir. 1945-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki olmuşdur.

Ömrünün son illərində alim ümumi immunologiya, virusologiya məsələlərini inkişaf etdirir, çiçək xəstəliyini, qripi öyrənir (1942-ci ildə burnun selikli qişasını olein turşusu preparatları ilə müalicə edərək qripin qarşısının alınması üsulunu təqdim edir.) və vərəmin spesifik müalicəsi problemini intensiv şəkildə inkişaf etdirir.

29 mart 1949-cu ildə Moskvada vəfat edir (Novodeviçye qəbiristanlığı, bölmə 4.)

Elmi irsi[redaktə | mənbəni redaktə et]

1954-1956-cı illərdə Qamaleyanın elmi əsərlərinin altı cildlik toplusu nəşr olunur.

İntensiv peyvənd adlanan metodun qurucusu və fəal populyarlaşdırıcısı, yerlərdə epidemiyalarla mübarizə üçün tədbirlər planı hazırlayıb həyata keçirirən şəxsdir. O, praktikada Odessada vəba epidemiyası, Donbasda, Zaqafqaziya və Volqaboyu vəba, Sankt-Peterburqda tif epidemiyası ilə fəal mübarizə aparıb.

1888-ci ildə o, quşlarda vəbayabənzər xəstəliyin törədicisi olan vəbayabənzər quş vibrionunu (Meçnikov vibrionu) kəşf edir və vəba əleyhinə peyvəndi tətbiq edir. 1894-1896-cı illərdə o, bakterial heteromorfizm adlanan fenomeni təsvir etmişdir. İlk dəfə infeksiyanın gizli formalarının mövcudluğu ideyasını irəli sürür. Hələ 1899-cu ildə alim "görünməz mikroblar" xərçəngin törədicisi haqqında fikirlərini bildirir. O, ömrünün sonuna qədər xərçəngin viral nəzəriyyəsinə sadiq qalır.

Alim sovet mikrobioloqlarının bütöv qalaktikasını yetişdirmişdir.

O, vəba ilə mübarizədə dezinfeksiya tədbirlərinin epidemioloji əhəmiyyətini və taunla mübarizədə deratizasiyanın əhəmiyyətini ilk müəyyən edənlərdən biri olmuşdur. O, Sankt-Peterburqdakı sığınacaqlarda parazitar tiflə mübarizə təcrübəsinə əsaslanaraq, ilk dəfə olaraq bu infeksiyalarda bitlərə qarşı mübarizədə dezinseksiya tədbirlərinin aparıcı rolunu göstərmiş, bəzi dezinfeksiyaedici vasitələrin təsirini və onların effektivliyini öyrənmişdir. Artıq o dövrdə bağırsaq infeksiyalarının ötürülməsində milçəklərin rolu və onlara qarşı mübarizənin gücləndirilməsinin zəruriliyi ona aydın olur. O, həmçinin taun xəstəliyinin yeridilməsi və yayılmasında gəmiricilərin rolunu və bütün hallarda məcburi məhv edilməsinin zəruriliyini göstərmişdir. Rusiyada dezinfeksiyanın qurucularından biri olmuşdur.

İctimai mövqeyi[redaktə | mənbəni redaktə et]

1948-ci ildə 90 yaşında Leninə verdiyi partiya üzvü olmaq vədini əsas gətirərək partiya üzvü olur (Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə).

1949-cu ilin fevralında həmkarları Lina Stern, Yakov Parnas və Boris Şimelioviçin həbsi ilə əlaqədar olaraq o, SSRİ-də başlayan antisemit kampaniyasına etirazını bildirərək iki məktubla Stalinə müraciət edir[6][7][8].

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Qamaleyanın adı ilə adlandırılmışdır:

  • Mərkəzi Epidemiologiya və Mikrobiologiya İnstitutu
  • Odessa, Moskva, Tomsk, Sumi və Tarazda küçələri.

1956-cı ildə Moskvada, Poqodinskaya küçəsində, altı saylı binanın həyətində alimin abidəsi ucaldılmışdır[9].

1987-ci ildə Leninqrad Sikkəxanasında hazırlanmış Nikolay Fedoroviç Qamaleyanın anadan olmasının 125 illiyinə həsr olunmuş xatirə medalı buraxılır (Medalçı Marianna Romanovskaya. Bürünc, diametri 60 mm.)

Odessada bakterioloji stansiyanın binasında (Pastera küç. 2) xatirə lövhəsi var: “Nikolay Fedoroviç Qamaleya 1886-1888-ci illərdə Odessa bakterioloji stansiyasında işləmişdir”[10].

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • İki Lenin ordeni (16/02/1949 daxil olmaqla),
  • Qırmızı Əmək Bayrağı ordeni (06.10.1945),
  • Medallar,
  • Elm və texnologiya sahəsində uzun illər görkəmli işlərinə görə ikinci dərəcəli Stalin mükafatı (1943).

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Catalog of the German National Library (alm.).
  2. 1 2 Корчагин, 2015
  3. 1 2 3 Гамалея, 1953
  4. "Гамалея Николай Фёдорович". ЭБ Научное наследие России (rus). МСЦ РАН. 2023-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-25.
  5. Калита Василий. "Династии врачей и ученых Гамалеев – 420 лет. Хроника жизни трех поколений". Health-ua.com (rus). Видавничий дім “Здоров’я України. Медичні видання”. 2015-03-27. 2023-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-25.
  6. Г. Костырченко. Сталин против «космополитов»: власть и еврейская интеллигенция в СССР. — М.: РОССПЭН, 2009. — С. 182—183.
  7. Н. Ф. Гамалея — И. В. Сталину об антисемитизме в государственном аппарате управления СССР Arxivləşdirilib 2018-01-20 at the Wayback Machine: Письмо от 4.02.1949. // АП РФ. Ф. 3. Оп. 32. Д. 11. Л. 167—168 об.
  8. Н. Ф. Гамалея — И. В. Сталину в защиту арестованных Л. Штерн, Я. Парнаса, Б. Шимелиовича Arxivləşdirilib 2017-08-13 at the Wayback Machine: Письмо от 16.02.1949. // АП РФ. Ф. 3. Оп. 32. Д. 12. Л. 83—84 об.
  9. Кожевников, 1976
  10. Anatoliy Blazhko. "Пастера, 2 в Одессе". 2gis (rus). 2021-01-16. 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-06.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Абліцов В. «Галактика „Україна“. Українська діаспора: видатні постаті». — К.: КИТ, 2007. — С. 436
  • Гамалея Николай Федорович // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978.
  • Гамалея Николай Федорович. Собрание сочинений / Пред. ред. колл. Н. Н. Жуков-Вережников. Введ. и примеч. Ю. И. Миленушкина. — М.: Изд-во Акад. мед. наук СССР, 1953. — Т. 5: Воспоминания, статьи и письма. — 292 с.
  • Калита В. Династии врачей и учёных Гамалеев — 420 лет. Хроника жизни трёх поколений // Здоров’я України. — № 9. — май 2006 (Дата обращения: 17 мая 2009)
  • Грязнов И. С. Николай Федорович Гамалея : (90 лет со дня рождения и 65 лет врачебной, науч., пед. и обществ. деятельности) / Под ред. чл.-кор. АМН СССР Т. Е. Болдырева; Предисл. проф. Н. А. Семашко; Акад. мед. наук СССР. — М.: Изд-во АМН СССР, 1949. — 96, [4] с. — (Деятели советской медицины). — 5000 экз.
  • Кожевников Р. Памятники и монументы Москвы. — М.: Московский рабочий, 1976. — 167 с.
  • Корчагин Павел Анатольевич. Михайло Гамалея и его пермский дом // Пермский дом в истории и культуре края: материалы восьмой науч.-практ. конф. : сборник. — Пермь, 2015. — С. 5—22. — ISBN 978-5-9907235-0-4.
  • Миленушкин Ю. И. Николай Федорович Гамалея: Очерк жизни и научной деятельности. — М.: Изд-во АН СССР, 1954. — 160 с. — (Научно-популярная серия).
  • Миленушкин Ю. И. Николай Федорович Гамалея (К 100-летию со дня рождения) / Всесоюз. о-во по распространению полит. и науч. знаний. — М.: Знание, 1959. — 32 с. — (Серия 8: Биология и медицина). — 30 000 экз.
  • Миленушкин Ю. И. Н. Ф. Гамалея. — М.: Медицина, 1967. — 72 с. — (Выдающиеся деятели отечественной медицины и здравоохранения). — 30 000 экз.
  • Гамалея Николай Фёдорович // Гражданская защита. Энциклопедия / Под ред. В. А. Пучкова. — Москва, 2015. — Т. 1: А—И. — С. 299—300. — 666 с. — 400 экз. — ISBN 978-5-93790-127-3.
  • Сарбей В. Г. Гамалія Микола Федорович // ст. у Енциклопедія історії України. Том 2. — К.: «Наукова думка», 2004. — С. 47
  • Гамалея Н. Ф. Собрание сочинений: Т. 1-6 / Ред. коллегия: действ. чл. АМН СССР Н. Н. Жуков-Вережников (пред.) и др.; Акад. мед. наук СССР. — М.: Изд-во Акад. мед. наук СССР, 1951—1964.

Mənbə[redaktə | mənbəni redaktə et]