Nikolay Nekrasov — Vikipediya

Nikolay Nekrasov
Doğum tarixi 28 noyabr (10 dekabr) 1821[1][2]
Doğum yeri
Vəfat tarixi 27 dekabr 1877 (8 yanvar 1878)[1][2] (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi kolorektal xərçəng
Dəfn yeri
  • Sankt-Peterburqda Novodeviçye qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti şair, yazıçı, avtobioqraf[d], ədəbiyyat tənqidçisi, jurnalist, publisist
Əsərlərinin dili rus dili
Janr poeziya
İmza
Vikimənbənin loqosu Nikolay Nekrasov Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nikolay Alakseyeviç Nekrasov (rus. Никола́й Алексе́евич Некра́сов; 28 noyabr (10 dekabr) 1821[1][2], Nemirov[d], Podolsk quberniyası[d][3]27 dekabr 1877 (8 yanvar 1878)[1][2], Sankt-Peterburq[4]) — rus yazıçısı, şairi.[5][6]

Nikolay Nekrasov 1821-ci il dekabr ayının 10-da (bəzi mənbələrdə bu tarix 28 noyabr olaraq göstərilir) Kaments-Podolsk quberniyasının Yüzvin (Nemirov) adlanan kiçik bir kəndində, mülkədar ailəsində anadan olmuşdur. Şairin atası Alaksey Sergeyeviç hərbi xidmətdən mayor rütbəsində istefaya çıxmış, qədim dədə-baba yurdu, şəxsi mülkü sayılan Yaroslavsk quberniyasının Qreşnev kəndinə köçmüşdür.[5][6]

Nikolay Nekrasov 1832-ci ildə gimnaziyaya qəbul olunmuş, ilk şeirini də burada qələmə almışdı. Şairin atası onu hərbçi-zabit kimi yetişdirməyə çalışırdı. Oğlunun hərbi məktəbdə təhsil görməyini istəyən Alaksey Sergeyeviç onu Peterburqa göndərir. Lakin 17 yaşlı Nikolay 1838-ci ildə Peterburqa gələrkən universitetə daxil olmaq fikrinə düşür. Cəhdinin uğursuz olmasına baxmayaraq o, Sank-Peterburq Universiitetində yalnız azad dinləyici qismində iştirak edə bilir. Bundan qəzəblənən atası oğluna maddi köməklik göstərmir, həmçinin onu övlad kimi tanımaq istəmir. Beləliklə, çıxılmaz vəziyyətə düşən, işə düzələ bilməyən Nekrasov üç il ərzində Peterburqda çətin həyat keçirir. Lakin ədəbiyyata, şeirə böyük marağı olduğundan şair olmaq fikrindən dönmür. Şeirlərini çap etdirə bilməsə də, şeir yazmaqdan qalmır.[5][6]

Şairin "Arzular və səslər" adlı ilk şeirlər kitabı 1840-cı ildə işıq üzü görmüşdür. Kitaba gimnaziyada oxuduğu illərdə yazdığı şeirləri daxildir və həmin kitab dostlarının köməyi ilə çapa hazırlanmışdı. Bu məcmuədən sonra müəllif cəmiyyətdəki haqsızlıqları tənqid edən bir sıra oçerk və felyetonları qələmə alır, hansı ki onların bir çoxu şeirlə yazılmışdır. Buna görə də şair 1843-cü ildə çap etdirdiyi kitabını "Şeirlə məqalələr, şəkilsiz" adlandırmışdır. Eyni zamanda ədib yaradıcılığının erkən dövrlərində romantik əhval-ruhiyyəli şeir və nəsr əsərləri qələmə almışdır.[5][6]

Nikolay Nekrasov həmçinin bir müddət nəşriyyat işi ilə məşğul olmuş, 1843-1845-ci illərdə klassik və müasir ədib və şairlərin əsərlərindən ibarət bir neçə külliyyat, almanax və məqalələr məcmuəsi çap etdirmişdir. Nikolay Nekrasov 1844-1845-ci illərdə bir sıra povest, felyeton və oçerklər qələmə alır. Ədibin "Peterburq guşələri" adlı məcmuəsi xüsusilə diqqəti cəlb edir. Ədəbi tənqidçi, publisist V. Belinski bu məcmuəni yüksək qiymətləndirir. Belə ki, "Peterburq guşələri"ndə miskin və bədbəxt adamların acınacaqlı həyatı təsvir olunmuşdur. Eyni zamanda V.Belinski şairin 1850-ci ildə qələmə aldığı "Yolda" adlı şeirini də çox bəyənmiş və onu əsl şair adlandırmışdır.[5][6]

Uşaqların təhsil almağına xüsusi önəm verən Nekrasov 1872-ci ildə öz vəsaiti hesabına məktəb açmış, onların təhsilə cəlb olunmasına çalışmışdır. Habelə ədibin yaradıcılığında qadın, ana obrazları xüsusi yer tutur. "Saldat anası Orina", "Rus qadınları" bu mövzuda yazılmış əsərlərdi. Həmçinin 1863-cü ildə yazdığı "Şaxta, qırmızı burun" adlı əsərini bacısı Annaya ithaf etmişdir.[5][6]

Nikolay Nekrasov rus ədəbiyyatında təkcə şair kimi deyil, habelə redaktor və jurnalist kimi tanınmışdır. XIX əsr rus jurnalistikası onun adı ilə bağlıdır. Belə ki, vaxtilə Puşkin tərəfindən təsis edilmiş "Sovremennik" məcmuəsi 1848-ci ildə Nekrasov tərəfindən icarəyə götürülmüş və 1866-cı ilə qədər fəaliyyət göstərmişdir. "Sovremennik" məcmuəsi bağlanandan sonra Nekrasov 1867-1877-ci illərdə "Oteçestvennıye zapiski" jurnalına redaktorluq etmişdir.[5][6]

  • "Aktyor"
  • "Ayı ovu"
  • "Lomonosovun gəncliyi"[5]
  • "Rusiyada kim yaxşı yaşayır"
  • "Şaxta, qırmızı burun"
  • "Kəndli uşaqları"
  • "Məhkəmə"
  • "Baba"[5]
  1. 1 2 3 4 Bell A. Nikolay Alekseyevich Nekrasov // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  2. 1 2 3 4 Onlayn ensiklopediyalar.
  3. 1 2 http://allart.biz/photos/image/ivan_kramskoi_23_Nekrasov_during_the_period_of_Last_songs_1877_78.html.
  4. 1 2 Некрасов Николай Алексеевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. 1 2 3 4 5 6 7 8 9 Nikolay Nekrasov (PDF). Bakı: "Zərdabi" nəşriyyat. 2020. səh. 461. ISBN 978 9952 542 04 2.
  6. 1 2 3 4 5 6 7 Reyhan Mirzəzadə. "Rus ədəbiyyatının böyük klassiki – Nekrasov" (Azərbaycan). anl.az. 7-2-2022 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]