Nikolay Çxeidze — Vikipediya

Nikolay Çxeidze
gürc. ნიკოლოზ სიმონის ძე ჩხეიძე
Şəxsi məlumatlar
Doğum tarixi 9 aprel 1864(1864-04-09)[1]
Vəfat tarixi 11 iyun 1926(1926-06-11) (62 yaşında)
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi, diplomat

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nikolay (Karlo) Çxeidze (tam adı: Nikolay (Karlo) Semyonoviç Çxeidze; 9 aprel 1864[1]11 iyun 1926) — Gürcüstanda istiqlal hərəkatının görkəmli xadimi.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Nikolay Çxeidze Rusiyada menşevik liderlərindən biri olmuşdur. XIX əsrin sonundan inqilabi hərəkata qoşulmuşdu. Üçüncü və dördüncü Dövlət Dumalarının deputatı, dördüncü dumada menşevik fraksiyasının sədri olmuşdur. 1917-ci il Fevral inqilabından sonra Dövlət Duması Müqəvvəti Komitəsinin üzvü, Petroqrad fəhlə və əsgər deputatları sovetinin, Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin (I çağırış) sədri idi. Oktyabr çevrilişindən (1917) sonra Gürcüstan Müəssislər məclisinin, Zaqafqaziya seyminin, 1919-cu ildən Gürcüstan hökumətinin sədri idi. Gürcüstan Respublikasına dəstək almaq məqsədilə Antanta Şurası ilə danışıqlarda iştirak etmişdir (1918-21). Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricə getmiş və Parisdə intihar etmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Deutsche Nationalbibliothek Record #1054310696 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 291