Nikola Jozef Künyo — Vikipediya

Nikola Jozef Künyo
fr. Nicolas-Joseph Cugnot
Doğum tarixi 25 sentyabr 1725(1725-09-25)[1][2][…]
Vəfat tarixi 2 oktyabr 1804(1804-10-02)[1] (79 yaşında)
Vəfat yeri
Fəaliyyəti mühəndis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İlk buxar maşını avtomobili Fardilyer

Nikola Jozef Künyo (fr. Nicolas-Joseph Cugnot) - Buxar maşını ilə hərəkətə gətirilən ilk Avtomobil Fardilyeri ixtira etmiş, fransız ixtirçısı olmuşdur.

1769-cu ildə fransız hərbi mühəndisi və ixtiraçısı Nikolya-Jozef-Künyo (1725-1804) buxar mühərrikli “Künyonun balaca arabası” adlanan ilk maşın nümunəsini sınaqdan keçirmişdi. Bir il sonra öz “Künyonun böyük arabası”-nı ixtira etdi və onu “alovlu” adlandırdı. O, ağır artilleriya silahlarının daşınması üçün nəzərdə tutulmuşdu.

Fransanın o dövrdəki xarici işlər naziri hersoq de Şuazel Künyonun kəşfi ilə çox maraqlanırdı və ona kral xəzinəsi hesabına vəsait ayıraraq ilk nümunələrinin düzəldilməsinə imkan verdi.

Künyo buxar maşınının ölçüləri uzunluğu 7,25 m, eni 2,19 m, arxa təkərlərinin diametri 1,23 m təşkil edirdi. Maşının boş halda çəkisi 2,8 ton, yüklənmiş halda isə təxminən 8 ton idi. Su qazının diametri 1,5 m idi. Belə bir maşının layihəsinin reallaşması həmin dövrdə 20000 livr dəyərində idi ki, bu da indiki avro ilə 300000-400000-dur.

Künyonun ilk “avtomobili” yolda 4,5 km/saat sürət alsa da, o cəmi 12 dəqiqə hərəkət edə bilərdi. Belə ki, bundan çox hərəkət etməyə ona su və buxar çatmırdı. Sonra yenidən qazanı su ilə doldurub altında ocaq qalamaq  lazım olurdu.

Maraqlısı odur ki, 241 ildən sonra Künyonun “alovlu araba”sı çertyojlar üzrə yenidən yaradılaraq tam hərəkət edə bildiyi göstərildi. Beləliklə, o indiyə qədər nəinki avtomobilin, eləcə də parovozun sələfi sayılır, çünki o da buxarla hərəkətə gətirilmişdir.

Təəssüf ki, Künyo maşının effektiv tormozlanma sistemini nəzərdə tutmadığı üçün sınaqların birində idarəetməni itirmiş, maşın divara dəyərək kiçik parçalara bölünmüşdü. Zərbədən içərisində su olan qazan gurultu ilə partlayaraq vahimə yaratmışdı, ixtiraçı daha sonra baş verənlərin səbəbini başa salmağa çalışsa da sınaqlar təhlükəli olduğu bildirilərək dayandırılmışdır.

Nəticədə Künyonun “özü hərəkət edən arabası” cəbbəxanaya təhvil verilmiş və sonra da Paris incəsənət və sənətkarlıq muzeyində öz yerini tapmışdır. Lakin inadkar ixtiraçı tədqiqatlarına davam etdirmişdi. 1779-cu ildən 600 livr təqaüd alırdı ki, bu da tədiqatlarda müvəffəqiyyət əldə etmək üçün çox az idi. Sonra isə inqilab başladı və Künyo Belçikaya qaçmalı oldu. 1800-cü ildə o, Parisə qayıtdı, dörd ildən sonra vəfat etdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

1.Сергей Юрьевич Нечаев Удивительные изобретения [Текст] / С. Ю. Нечаев. - Москва : ЭНАС, 2012. - 236,

  1. 1 2 Nicolas-Joseph Cugnot // Encyclopædia Britannica (ing.).
  2. https://www.universalis.fr/encyclopedie/nicolas-joseph-cugnot/.