Nightwish — Vikipediya

Nightwish
Loqonun şəkli
Qrup Mantuyadakı çıxışı zamanı (31 mart 2009)
Qrup Mantuyadakı çıxışı zamanı (31 mart 2009)
Əsas məlumatlar
Üslub simfonik-pauer-metal
Fəaliyyət illəri 1996—h.h.
Ölkə Finlandiya Finlandiya
Şəhər Kitee
Leybl Spinefarm Records
Nuclear Blast
Roadrunner Records
NEMS
Century Media Records
Drakkar Entertainment
Heyət Flor Yansen
Marko Hietala
Tuomas Holopaynen
Yukka Nevalaynen
Erno Vuorinen
Troy Donokli
Keçmiş üzvlər Tarya Turunen
Sami Vyanskya
Anett Olzon
Digər layihələr For My Pain...
Nattvindens Gråt
Sinergy
Tarot
Alyson Avenue
Brother Firetribe
Sethian
www.nightwish.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nightwish (bəzən NW olaraq qısaldılır) — Finlandiya musiqi qrupu. 1996-cı ildə Kiteedə yaradılan bu qrup 1997-2001-ci illərdəki mahnılarında pauer-metal musiqi nümunələri yaratsa da, 2002-ci ildən sonrakı albomlarında bu tərzə simfonik musiqi elementləri də əlavə etməklə simfonik-metal musiqisinin yaradıcılarından olmuşdur. Bu günə qədər 4 milyon nüsxədən çox musiqi albomu satan Nightwish, qurulduğu gündən bəri 40-dan çox ölkədə konsert vermişdir. İlk albomu "Angels Fall First" və ilk mahnısı "The Carpenter" 1997-ci ildə yayılandan sonra öz ölkəsində məşhurlaşan qrup 1998, 2000 və 2002-ci illərdə satışa çıxardığı "Oceanborn", "Wishmaster" və "Century Child" albomları ilə bütün dünyada tanındı.

2004-cü ildə buraxdıqları və 1 milyon nüsxə satılan "Once" albomundakı "Nemo" və "Wish I Had An Angel" mahnılarına çəkilən kliplər MTV kanalında nümayiş olunmuş, eləcə də ABŞ filmlərində səsləndirilərək qrupa Amerikada böyük satış uğuru qazandırmışdır. Bundan sonra qrup "Once" Dünya Turuna çıxmışdır. Turun sonlarına yaxın - 2005-ci ilin sentyabr ayında qrupun "Highest Hopes" adlı seçmə mahnılarından ibarət musiqi albomu buraxılmışdır.

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Albomlar[redaktə | mənbəni redaktə et]

  • Angels Fall First (1997)
  • Oceanborn (1998)
  • Wishmaster (2000)
  • Century Child (2002)
  • Once (2004)
  • Dark Passion Play (2007)
  • Imaginaerum (2011)
  • Endless Forms Most Beautiful (2015)
  • Human. :II: Nature. (2020)

Sinql və mini-albomlar[redaktə | mənbəni redaktə et]

Yığma[redaktə | mənbəni redaktə et]

DVD[redaktə | mənbəni redaktə et]

Videokliplər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Nightwish - Releasing New Live DVD". 2017-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-14.