Nigeriya milli futbol komandası — Vikipediya

Nigeriya milli futbol komandası
Emblem
FİFA Reytinqi 34 2 (12 avqust 2021)[1]
FİFA kodu NGA
Uniforma
Ev
Səfər

Tarixi[redaktə | mənbəni redaktə et]

Tarixində 4-cü dəfə mundialın final mərhələsinə yüksələn super qartallar artıq iki dəfə qrup səddini adlamağı bacarıb. 1994-cü ildəki debüt yarışında indiki kimi Argentina (1:2) və Yunanıstanla (2:0) eyni qrupda mübarizə aparan afrikalılar Bolqarıstanı (3:0) da məğlub etməklə, mərhələni uğurla keçdi. Onların 1/4 finala yolunu İtaliya bağladı.

Amunikenin qolundan sonra hesabı açan Nigeriyanı Roberto Baconun dublu dayandırdı. Bunun nəticəsi idi ki, komanda FİFA reytinqində 5-ci pilləyədək irəlilədi. 4 il sonra isə 1/8 finalda super qartalları Danimarka məğlub etdi – 4:1. 2002-ci ildə qrup səddini aşa bilməyən yığma son mundialı kənardan izlədi. Bundan başqa 1980 və 1994-də Afrika, 1996-cı ildə Olimpiya çempionu olan Nigeriya həmin il dünyanın ən güclü komandası sayılıb.

Uğurları[redaktə | mənbəni redaktə et]

  1. "The FIFA/Coca-Cola World Ranking". FIFA (ingilis). 12 avqust 2021. İstifadə tarixi: 12 avqust 2021.