Nigar Axundova (sənətşünas) — Vikipediya

Nigar Axundova
Nigar Vəli qızı Axundova
Doğum tarixi (70 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Uşağı Sara Əliyeva
Atası Vəli Axundov
Milliyyəti azərbaycanlı
Təhsili
Mükafatları 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2014

Nigar Vəli qızı Axundova (27 may 1953, Bakı) — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi (1995), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).

Həyatı[redaktə | mənbəni redaktə et]

1953-cü il mayın 27-də anadan olub. Vəli Axundovun qızı, anası Sara Axundova Ağaoğlulardandır.

Mükafatları[redaktə | mənbəni redaktə et]

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[1] 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[2]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Qadınlar musiqidə. "Musiqi dünyası" jurnalı, №1, 1999;
  • Ex orient a lux. /ing. dil./ "Caspian" jurnalı, B., 1999;
  • Lüsernada keçirilən musiqi festivalı "Composer in residence" - Firəngiz Əlizadə. "Musiqi dünyası", №1, 2000; Azad Əliyevlə müsahibə /İfaçılıq rubrikasında/. "Musiqi dünyası", №2, 2000.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2019-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  2. President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
  3. "Arxivlənmiş surət". 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.