Neft simfoniyası (film, 1933) — Vikipediya

Neft simfoniyası
Fayl:Neft simfoniyası (film, 1933).jpg
Janr sənədli film
Rejissor Boris Pumpyanski
Baş rolda Əlisəttar Məlikov — neftçi
Operatorlar Boris Pumpyanski
Muxtar Dadaşov
Bəstəkar S.Paniyev
İstehsalçı Azərfilm
İlk baxış tarixi 1933
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
Dillər səsli, mətnsiz, ingilis dilində
Texniki məlumatlar 2 hissə
351 metr
Rəng ağ-qara

Məzmun[redaktə | mənbəni redaktə et]

Filmdə Bakının yaxınlığında, Lökbatanda iri neft yatağı aşkar edildiyi nümayiş olunur. Bununla əlaqədar buruq qazılır və neftçilərin səbirsizliklə gözlədikləri gün gəlib çatır, neft fontan vurur. Neftçilər sevinir, bir-birlərini təbrik edirlər.

Səsli filmdə neft mövzusu poetik aspektdə öz həllini tapmışdır. Musiqinin təntənəli sədaları altında neft fontan vurur, fəhlələr buruq qururlar, neft ram edilir. Sonrakı kadrlar neftçilərin istirahətinə, onların bayramına həsr olunmuşdur.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Boris Pumpyanski
Operator: Boris Pumpyanski, Muxtar Dadaşov
Bəstəkar: S.Paniyev
Səs operatoru: M.Murov

Rollarda[redaktə | mənbəni redaktə et]

Əlisəttar Məlikov — neftçi

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 340.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 48; 54; 56.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]