Nazim Hacıbəyov — Vikipediya

Nazim Hacıbəyov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (92 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Anası Cahan Talışinskaya
İşləri və nailiyyətləri
Əsas tikililəri Gülüstan sarayı
Mükafatları
"Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 1979 Azərbaycan SSR Dövlət mükafatı — 1982
"Şöhrət" ordeni — 2000

Nazim Məmməd oğlu Hacıbəyov (8 fevral 1928, Bakı23 mart 2020, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR əməkdar arxitektoru (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982).

Həyatı[redaktə | mənbəni redaktə et]

Nazim Məmməd oğlu Hacıbəyov 1928-ci il fevral ayının 8-də Bakıda anadan olmuşdur. Onun atası Məmməd Hacıbəyov, anası isə Cahan Talışinskayadır.

1951-ci ildə Daşkənddə Orta Asiya Politexnik İnstitutunu (Daşkənd Politexnik İnstitutu) bitirmişdir. 1950–1960-cı illərdə Özbəkistan SSR-də işləmiş, onun layihəsi ilə Daşkənddə "Cağatay" istirahət evi, Fərqanədə "Fərqanə" mehmanxanası, Kislovodskda "Özbəkistan" sanatoriyası və s. binalar tikilmişdir.[1]

XX əsrin 60-cı illərinin axırlarından Bakıda işləmişdir. 1970–1983-cü illərdə Bakı şəhərinin planlaşdırılması və Mülki-Mənzil Tikintilərinin Layihə İnstitutunun ("Bakıdövlətlayihə") direktoru, 1983-cü ildən Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin birinci müavini olmuşdur. Əhmədli yaşayış massivinin tikintisi (müştərək layihə;1970–1972), Bakıda "Gülüstan" sarayı kompleksi (müştərək layihə; 1980) əsas işlərindəndir.[1]

Nazim Hacıbəyov 1956-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü olmuşdur.[2]

2020-ci il martın 23-də vəfat edib.[3]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 АСЕ, 1987
  2. 1 2 "Nazim Hacıbəyovun 90 illiyi". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
  3. ""Gülüstan" sarayının memarı vəfat etdi". oxu.az. 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2020.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Назим Мәммәд оғлу Һаҹыбәјов // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 147.