Nazim Hüseynov (prodüser) — Vikipediya

Haqqında[redaktə | mənbəni redaktə et]

Nazim Fikrət oğlu Hüseynov Bakıda anadan olub. M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Neft-mədən fakültəsində (1990), Rusiya Federasiyası Prezidenti yanında Təsərrüfat və Dövlət Qulluğu Akademiyasının Dövlət və bələdiyyə idarəçiliyi ixtisasında (2018) təhsil alıb. "215 KL" Müstəqil televiziya şirkətində maliyyə direktoru (1992–1997, 1999–2010), Space Teleradio Şirkətində reklam və kommersiya departamentinin direktoru (1997–1999), "Salnamə" Sənədli Filmlər studiyasının direktor müavini olaraq çalışıb. "Azərbaycanfilm" kinostudiyasında direktor vəzifəsini icra edib (2020). II Bakı Beynəlxalq İdman Filmləri Festivalının, III, IV, V Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru olub. 2013-cü ildən "Salnaməfilm" studiyasının, 2022-ci ildən "Azərbaycanfilm" kinostudiyasının direktorudur. Bir neçə bədii, 60-dan çox sənədli filmin prodüseridir.

Nazim Hüseynov
Doğum tarixi (57 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Fəaliyyəti "Azərbaycanfilm" kinostudiyasının direktoru

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan xalçası (1997, qısametrajlı sənədli film) – direktor
  2. Yeddi oğul istərəm, bircə dənə qız gəlin (2002, qısametrajlı sənədli film) – direktor
  3. Onun ürəyi (2010, qısametrajlı bədii film) – icraçı prodüser
  4. Hüseyn xan Naxçıvanski. Qayıdış (2014, qısametrajlı sənədli film) – prodüser
  5. Qafqazdan Appeninə (2014, qısametrajlı sənədli film) – prodüser
  6. Qalib (2014, qısametrajlı sənədli film) – prodüser
  7. Mən Bakını sevirəm (2014, qısametrajlı sənədli film) – prodüser
  8. Mən evə qayıdıram (2014, tammetrajlı bədii film) – icraçı prodüser
  9. Uçmaq istəyirəm (2014, qısametrajlı sənədli film) – prodüser
  10. Vətən qeyrəti (2014, qısametrajlı sənədli film) – prodüser
  11. Naftalan cövhəri (2015, qısametrajlı sənədli film) – prodüser
  12. Polkovnik (2015, qısametrajlı sənədli film) – prodüser
  13. Sübhdən başlanan həyat (2015, qısametrajlı sənədli film) – prodüser
  14. Yüksəliş (2015, tammetrajlı sənədli film) – prodüser
  15. Bakı Avropa Oyunları 2015 (2016, tammetrajlı sənədli film) – prodüser
  16. Bakı əsrlərin aynasında (2016, tammetrajlı sənədli film) – baş prodüser
  17. Cırtdan və sehirli xalat (2016, animasiya filmi) – prodüser
  18. Daşın yaddaşı (2016, qısametrajlı sənədli film) – prodüser
  19. Hapıtlar (2016, qısametrajlı sənədli film) – prodüser
  20. Qırmızı bağ (2016, tammetrajlı bədii film) – icraçı prodüser
  21. Aprel yüksəkliyi (2018, qısametrajlı sənədli film) – prodüser
  22. Cümhuriyyət tələbələri (2018, qısametrajlı sənədli film) – prodüser
  23. İki əsgər (2018, qısametrajlı sənədli film) – prodüser
  24. Qəhrəmanlıq zirvəsi (2018, qısametrajlı sənədli film) – prodüser
  25. Memar (III) (2018, qısametrajlı sənədli film) – prodüser
  26. Məni yada salarkən… (2018, qısametrajlı sənədli film) – prodüser
  27. 36 bahar (2019, qısametrajlı sənədli film) – prodüser
  28. 777 (2019, qısametrajlı sənədli film) – prodüser
  29. Bir elin Şahları (2019, qısametrajlı sənədli film) — prodüser
  30. Cırtdan və sehrli xalat. 2-ci hissə (2019, animasiya filmi) – prodüser
  31. Əbədiyyətə uçuş (2019, qısametrajlı sənədli film) – prodüser
  32. Göylərə bağlı Səfa… (2019, qısametrajlı sənədli film) – prodüser
  33. Komandir (2019, qısametrajlı sənədli film) — prodüser
  34. Qartal yuvası (2019, qısametrajlı sənədli film) – prodüser
  35. Mən gəncəliyəm (2019, qısametrajlı sənədli film) – prodüser
  36. Saxurlar (II) (2019, qısametrajlı sənədli film) – prodüser
  37. Silahdaşlar (2019, tammetrajlı sənədli film) – prodüser
  38. Avarlar (III) (2020, qısametrajlı sənədli film) – prodüser
  39. Hər şey yaxşı olacaq (2020, qısametrajlı sənədli film) – prodüser
  40. Ləzgilər (2020, qısametrajlı sənədli film) – prodüser
  41. Malakanlar (II) (2020, qısametrajlı sənədli film) – prodüser
  42. Rutullar: Yol qeydləri (2020, qısametrajlı sənədli film) – prodüser
  43. Sonuncu (III) (2020, qısametrajlı sənədli film) – prodüser
  44. Vətənin sipəri, mərdin təpəri (2020, qısametrajlı sənədli film) – prodüser
  45. Bizim komandir (2021, qısametrajlı sənədli film) – prodüser
  46. Oğlumun gündəliyi (2021, qısametrajlı sənədli film) – prodüser