Nazim Hüseynli — Vikipediya

Nazim Hüseynli
Hüseynli Nazim Ziyad oğlu
Doğum tarixi 30 aprel 1956(1956-04-30) (67 yaş)
Doğum yeri
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili

Nazim Ziyad oğlu Hüseynli (30 aprel 1956, Düzrəsullu, Gədəbəy rayonu) — Bakı Avrasiya Universitetinin rektoru (2006–2020). Yeni Azərbaycan Partiyasının üzvü.

Həyatı[redaktə | mənbəni redaktə et]

30 aprel 1956-cı ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur.[1]

1973-cü ildə Bakı şəhəri 70 saylı orta məktəbi bitirmiş, həmin ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1981-ci ildə oranı bitirmişdir.

1976–1978-ci illərdə Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində və İrkuts vilayətinin Zima şəhərində Sovet ordusu sıralarınada hərbi xidmətdə olmuş.

1974-cü ildən əmək fəalliyyətinə başlamışdır. 1974-cü ildə 2 saylı Mebel fabrikində, 1974–1985-ci illərddə Azərbaycan Dövlət Universiteti nəzdində Elmi-Tədqiqat Hesablama Mərkəzində, 1985-ci ildə Azərittifaq İdarə Heyətində hesablama texnikasının tətbiqi şöbəsində, 1985–1989-cu illərdə SSRİ Sənaye-Tikinti Bankında, 1989–1994-cü illərdə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Fəlsəfə kafedrasında işləmişdir.

1992-ci ildə Ali Diplamatiya Kollecini (hal-hazırda Bakı Avrasiya Universiteti adlanır) təsis etmiş və onun rektoru olmuşdur. 1992–2005-ci illərdə Ali Diplomatiya Kollecinin, 2005–2006-cı illərdə Bakı Diplomatiya Universitetinin və 2006–2015-ci illərdə isə Bakı Avrasiya Universitetinin rektoru olmuşdur.

1989-cu ildən fəlsəfə elmləri namizədi, 2005-ci ildən fəlsəfə elmləri doktorudur. 1994-cü ildən dosent, sonralar professor vəzifəsində çalışmışdır.

1986-cı ildə SSRİ Elmlər Akademiyası Sovet Sosioloji Assosiasiyasının üzvü seçilmişdir. Beynəlxalq Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir 4 övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bakı Avrasiya Universiteti". baau.edu.az. 2023-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-17.