Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə müvəkkili — Vikipediya

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman)-Naxçıvanda Ali Məclis tərəfindən seçilən ombudsman.

Tarixi[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikasında İnsan hüquqlarının müdafiəsi mexanizmləri təkmilləşdirilmiş və yeni təsisat - Ombudsman təsisatı yaradılmışdır.

30 dekabr 2005-ci ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul edilmişdir. Həmin qanuna əsasən Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi və onun statusu ilə bağlı əlavə və dəyişikliklər edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 20 fevral 2006-cı il tarixli üçüncü çağırış ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilmişdir.

Müvəkkillər[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Ülkər Bayramova, ilk dəfə 11 iyul 2006-cı il tarixdə keçirilən üçüncü çağırış Naxçıvan MR Ali Məclisinin üçüncü sessiyasında, ikinci dəfə 28 dekabr 2013-cü ildə dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında bu vəzifəyə seçilib.

Hazırkı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva 16 iyul 2022-ci il tarixdə keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında bu vəzifəyə seçilib.

Mənbə[redaktə | mənbəni redaktə et]