Natəvan (film, 1982) — Vikipediya

Natəvan
Janr bioqrafik
Rejissor Xamiz Muradov
Ssenari müəllifi Məmməd Araz
Operator Vladimir Konyagin
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1982
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1982
Texniki məlumatlar 1 hissə
275 metr
35 mm
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Film görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuşdur.

Kinolentdə nəğməkar şairənin poetik yaradıcılığı ilə yanaşı nəinki Azərbaycanda, eləcə də bütün Şərq ölkələrində böyük şöhrət qazanmış əlvan naxışlı əl işləri, zərif butalı tikişləri, rəsmləri, fransız yazıçısı Aleksandr Dümanın ona bağışladığı fil sümüyündən şahmat fiqurları, dağlardan və sıldırım qayalardan Şuşaya çəkdirdiyi Xan qızı bulağı öz əksini tapmışdır.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Xamiz Muradov
Ssenari müəllifi: Məmməd Araz
Operator: Vladimir Konyagin
Səs operatoru: Şamil Kərimov

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328; 377.