Narva Triumfal Arkası — Vikipediya

Narva Triumfal Arkası
Нарвские триумфальные ворота
Xəritə
59°54′03″ şm. e. 30°16′25″ ş. u.
Ölkə  Rusiya
Şəhər Sankt-Peterburq
Aidiyyatı Çar Rusiyası
Heykəltaraş S. Pimenov, V. Demut-Malinovski, P. Klodt, İ. Leppe
Memar V. Stasov
Tikilmə tarixi 1827 - 1834
Üslubu Ampir
Rəsmi sayt gmgs.ru/narva_gate
İstinad nöm.7810230000
Mühafizə dərəcəsiFederal
Narva Triumfal Arkası (Sankt-Peterburq)
Narva Triumfal Arkası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Narva Triumfal Arkası (rus. Нарвские триумфальные ворота) - Sankt-Peterburqda yerləşən ampir stilində inşa edilmiş memarlıq abidəsidir. Abidə “Narvskaya” metro stansiyası yaxınlığında, Staçek meydanının mərkəzində yerləşir.

Triumfal darvaza 1827-1834-cü illərdə (memar Vasili Stasov, heykəltaraşlar S.S.Pimenov, V.İ. Demut-Malinovski (Şöhrət silsiləsində araba, döyüşçülərin fiqurları və altı atı işləmişdir)[1], P.K.Klodt (ilk ciddi işidir)) 1812-ci il Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə inşa edilmişdir. Abidənin hündürlüyü 30 m, eni 28 m, keçid aralığının eni 8 m, hündürlüyü isə 15 m-dir.

Taxta darvaza[redaktə | mənbəni redaktə et]

Darvaza 1910-cu ildə

Əvvəlcə darvaza 1814-cü ildə Avropadan qayıdan rus döyüşçülərinin qarşılanması üçün Obvodniy kanalı yaxınlığında yerləşən Narva zastavasında Cakomo Kvarneginin layihəsi əsasında taxta və kirəcdən inşa edilmişdi. Darvazanın inşa olunmasına bir ay vaxt sərf olunmuşdu. Darvazanı Qələbə ilahəsinin idarə etdiyi altı atdan ibarət silsilə və roma döyüşçülərinin fiqurları bəzəyirdi.[2]

Kvarnegi darvaza üçün iki layihə təqdim etmişdi: arxitravla örtülmüş və tağlı. Tağların hər iki tərəfində tamaşaçılar və orkestr üçün tribunalar nəzərdə tutulmuşdu. 1814-cü ildə rus döyüşçüləri dörd dəfə darvazanın altından keçmişdir: 30 iyulda, 8 sentyabrda, 18 oktybarda və 25 oktyabrda.[2]

Lakin, Cakomo Kvarneginin layihəsi əsasında taxta və gəcdən inşa edilmiş abidə qısa zamanda yarasız hala düşmüşdür. Döyüş iştirakçısı olmuş Sankt-Peterburq general-qubernatoru M.A.Miloradoviç abidənin müdafiəsinə qalxmış və ən yüksək səviyyədə I Nikolay tərəfindən qəbul edilmiş qərarla, Tarakanovka çayının sahilində, əvvəlki abidədən bir qədər cənubda yeni daş abidənin inşasına başlanmışdır.

Metalla yenidənqurma[redaktə | mənbəni redaktə et]

Memar Stasov Kvarenginin memarlıq planını dəyişilməz olaraq saxlamışdır və 26 avqust 1827-ci ildə Borodino döyüşünün ildönümü hünü abidənin ilk təməl daşı qoyulmuşdur. Yeni layihənin özəlliyi ondan ibarətdir ki, bu dəfə abidə bürünclə üzlənmiş kərpiclərdən inşa edilmişdir. Bürüncdən həm də abidəni bəzəyən heykəllər qrupu hazırlanmışdır: altı at (Pyotr Klodt) və Qələbə ilahəsi (Stepan Pimenov).

Roma döyüşçülərinin fiqurları Qədim Rus cəngavərlərinin fiqurları ilə (Pimenov və Demut-Malinovski) əvəzlənmişdir. Qanadlı qadın fiqurları və barelyeflər heykəltaraş İ. Leppe tərəfindən hazırlanmışdır.[3]

Sənətşünaslar qeyd edirlər ki, Narva darvazalarındakı heykəllər ciddiliyi və sadəliyi ilə seçilir və onlarda bu cür monumental-dekorativ əsərlər üçün xarakterik olan allegorik xüsusiyyətlər yoxdur.[1]

Abidənin kənarlarında yazılar vardır: 26 avqust 1827-ci ildə başlanılıb. 17 avqust 1834-cü ildə açılışı olub. Həmçinin həlledici döyüşlərin keçirildiyi yerlərin adları da qeyd edilib.

Yeni darvazaya baxış üçün imperator ailəsi abidəni ziyarət etmiş, həmçinin, abidənin şərəfinə bürünc medal buraxılmışdır.

Restavrasiya mərhələləri[redaktə | mənbəni redaktə et]

İlkin dövrdə effektiv olan bürünc, Sankt-Peterburq iqliminin təsiri ilə açılışdan qısa müddət sonra aşınmağa başlamışdır. XIX əsrin sonlarında, 1877-1880-ci illərdə memar M. Rıllonun rəhbərliyi ilə abidənin restavrasiyasına başlanılmış və bürünc lövhələr dəmir lövhələrlə əvəzlənmişdir ki, bu da yalnız aşınmanı yavaşıtmışdır.

1888-ci ildə darvazanın daxilində şəhər Duması arxivinin bir hissəsini yerləşdirmişdilər. 28 fevral 1917-ci ildə abidə işçi və əsgər kütləsi tərəfindən yandırılmışdır. Arxiv yanmış, həmçinin bürünc heykəllər zədələnmişdir.

1924-cü ildə yeni restavrasiya işinə başlanılsa da, 1941-ci ildə Böyük Vətən Müharibəsinin başlanması ilə restavrasiya yarımçıq qalmışdır. Stalinqrad döyüşü zamanı şəhərin bombardman edilməsi şəhərdəki əksər abidələr kimi bu abidənin də zədələnməsinə səbəb olmuş, onun karniz hissəsinin dekoru ciddi zədələnmişdir.

Leninqrad qarnizonunun döyüşçüləri bu darvazadan keçərək cəbhəyə getmişdir. 1944-cü ildə qalib ordu qüvvələri yenidən bu darvazadan keçmişdir. Döyüşdən sonra darvaza daha üç dəfə restavrasiya edilmişdir: 1949-1952 (memar İ.A.Benua), 1978-1980, 2002-2003. 1987-ci ildən darvazanın yuxarı hissəsində muzey fəaliyyət göstərir və burada Böyük Vətən Müharibəsinin atributikasına aid materiallar nümayiş etdirilir, həmçinin tematik sərgilər keçirilir.

“Narva Triumfal Darvazası” muzey-abidəsi[redaktə | mənbəni redaktə et]

“Narva Triumfal Darvazası” muzey-abidəsi Şəhər heykəlləri Muzeyinin filialıdır. İki dairəvi pilləkən vasitəsiylə qalxılan balaca ərazidə isə Hərbi Şöhrət muzeyi yerləşir. Muzey 1978-ci ildə Leninqrad şəhər idarəsinin qərarı ilə yaradılıb. 1987-ci ildə isə Dövlət Şəhər heykəlləri muzeyinin tərkibində “Narva Triumfal Darvazası” şöbəsi yaradılıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 50 биографий мастеров русского искусства. — Л: Аврора, 1970. — С. 80.
  2. 2,0 2,1 Газета «Нарвская застава» 19(299) май 2012
  3. "Энциклопедия Санкт-Петербурга. Нарвские триумфальные ворота". 2019-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-02.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]