Narita Beynəlxalq Hava Limanı — Vikipediya

Narita aeroportu

Narita Beynəlxalq Hava Limanı — (成田国際空港, Narita Kokusai Kuko; BHNA kodu NRT, BMAT kodu RJAA, 2004-cü ilə qədər - Yeni Tokio Beynəlxalq Hava Limanı) — Tokionun şərq səmtində yerləşən hava limanı. Haneda aeroportundan sonra Yaponiyanın ikinci ən böyük hava limanı olub, sərnişin daşımalarının həcminə görə dünyada 8-ci yeri tutur.

Yaponiya hava yollarının bazasıdır, iki uçuş-eniş zolağı (4000 və 2180 m) vardır, hər ikisi asfaltlanmışdır. İki terminalvertolyot xidməti vardır, birinci terminal şimal və cənub qanadlarına bölünür.

Yerüstü nəqliyyat sistemi dəmir yolundan, avtobus daşımalarından və taksi xidmətindən ibarətdir. Birinci terminal 1972-ci ildə tikilmişdir.

Xarici istinadlar[redaktə | mənbəni redaktə et]

"Virgin Atlantic" şirkətinə məxsus A340-600 təyyarəsi 1-ci Terminalda

Həmçinin bax[redaktə | mənbəni redaktə et]