Nailə İsayeva — Vikipediya

Nailə İsayeva
Khazar University Media Archives
Khazar University Media Archives
Ümumi məlumatlar
Digər adı Nailə İsaxanlı
Doğum tarixi 29 may 1947(1947-05-29)
Doğum yeri
Vəfat tarixi 3 aprel 2021(2021-04-03) (73 yaşında)
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti Təhsil təşkilatçısı, maarifçi, Bəstəkar
Təhsili

Nailə İsayeva (29 may 1947, Quba3 aprel 2021, Bakı) — pedaqoq, Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, qurucu direktoru (2000–2010-cu illərdə), İdarə heyətinin sədri, Xəzər Universitetinin həmtəsisçisi (2012), Xəzər universiteti Direktorlar və Qəyyumlar Şurasının humanitar və təşkilati işlər üzrə müşaviri (2010-cu ildən başlayaraq) və mahnı bəstəçisidir.

Həyatı və karyerası[redaktə | mənbəni redaktə et]

Nailəxanım Əsgərli 1947-ci il may ayının 29-da Azərbaycan SSR, Quba şəhərində anadan olmuşdur. Atası İsmayıl Əsgərli Qubalıdır, maliyyəçi olub, məsul vəzifələrdə çalışmışdır. Anası Bilqeyis xanım Şəmkirlidir (Şamxorludur), Əli Bayramov adına qadınlar klubunun fəal üzvü olmuş, Quba rayonunda qadınlar arasında ictimai iş aparmış, Respublika əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.

Nailəxanım Bakıda Bakıda məktəb təhsilinə başlamış (1954), paralel olaraq musiqi məktəbində, fortepiano sinfində oxumuşdur. Orta məktəbin son sinfini Qubada rus məktəbində oxumuş, məzun olmuşdur (1965). Ümumtəhsil məktəbi ilə yanaşı musiqi məktəbində, fortepiano sinfində təhsil almışdır. Quba Musiqi Məktəbində müəyyən fasilələrlə fortepiano sinfi üzrə müəllim vəzifəsində çalışmışdır (1963-1966).  

Hamlet İsayev (İsaxanlı) ilə nişanlanmış (01.01.1970), evlənmiş, Bakı və Gürcüstanda toyu olmuşdur (24-26.11.1970).

M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (sonra M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu`nda (indiki Bakı Slavyan Universiteti) rus dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil almışdır (1971-1975).

Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu nəzdindəki xüsusi konstruktor bürosunda çalışmış (1978-1983), orta məktəbdə (1983-1993) və Xəzər Universitetində (1993-1995) rus dili və ədəbiyyatı fənni üzrə müəllimlik etmişdir.

[[Hamlet İsaxanlının]] Bakı şəhərində təsis etdiyi (1990-1991) ilk özəl ali məktəbin - Xəzər Universitetinin qurulmasında böyük rol oynamış, bu ali məktəb yenidən rəsmi qeydiyyatdan keçərkən (2012) Hamlet İsaxanlı ilə yanaşı [[Xəzər Universitetinin]] həmtəsisçi olmuşdur.

1995. Xəzər Universitetində təşkilati məsələlər üzrə menecer vəzifəsinə təyin edilmişdir.

1997. Xəzər Universiteti Xanımlar Klubunu yaratmış, onun sədri olmuşdur.

1998. Hamlet İsaxanlı ilə birlikdə Xəzər Universiteti nəzdində “Dünya Məktəbi” adlı eksperimental ibtidai məktəb sinifləri açmışdır.

2001. Xəzər Universiteti Pedaqogika departmentinin müdiri vəzifəsinə təyin edilmiş, “Dünya Məktəbi”nin həmtəsisçisi və qurucu direktoru olmuşdur. Bu məktəb 3–5 yaşlı uşaqlar üçün hazırlıq siniflərindən, ibtidai (1–4-cü siniflər), aşağı orta (5–9-cu siniflər) və yuxarı orta (10–11-ci siniflər) məktəb-şöbələrdən təşkil olumuşdur. Dünya məktəbində tədris üç dildə aparılır: Azərbaycan, İngilis və Rus. Şagird (Valideyin) könüllü olaraq uyğun bölməni (dili) seçə bilir.

Nalə xanım uşaq bağçası və məktəbə hazırlıq siniflərini əhatə edən "Dünya Ana Məktəbi"ni də təsis etmiş və qurmuşdur.

Mahnı yaradıcılığına başlamış (2000-ci il), sonrakı illər ərzində Hamlet İsaxanlının sözlərinə 8 mahnı bəstələmişdir. Dünya Məktəbinin “Dünyam” adlı mahnı-himnini bəstələmişdir.

2009-cu il yanvar ayının 16-da Nailə xanımın başçılıq etdiyi Dünya məktəbi beynəlxalq status aldı — IB World School oldu. Başqa sözlə desək, Beynəlxalq Bakalavriat Təşkilatı (International Baccalureate Organisation) tərəfindən akkreditasiya edildi - IBO-nun üzvü oldu. Təhsilə məzmun və forma baxımından böyük yeniliklər gətirmiş IB təşkilatı 1968-ci ildə yaradılmışdır. IBO ibtidai və orta məktəb sahəsində nümunəvi dünya şəbəkəsi quran yeganə təşkilatdır. Dünyada cəmi 2000 ətrafında məktəb IB diplomu verə bilir, onlardan biri də Xəzər Universitetinin Dünya məktəbidir. Keçmiş Sovet ölkələrində IB diplomu verən məktəb çox deyil.

Azərbaycan Prezidenti 2012-ci ildə Dünya Məktəbini ən yaxşı məktəblər sırasına daxil etmiş və mükafatlandırmışdır. 2014-cü tədris ilində Dünya Məktəbinin yeni kampusu istifadəyə verilmişdir.

2013-cü ildə Xəzər Universiteti Mədəniyyət Mərkəzini yaratmışdır. Bu mərkəz indi Nailəxanım Mədəniyyət Mərkəzi adını daşıyır.

Nailə xanım Dünya Məktəbinin "Dünya" dərgisini təsis etmiş, onun baş redaktoru olmuşdur (2015).

2015-ci ildə “Dünya Ana Məktəbi”ni (Uşaq bağçası və məktəbə hazırlıq) təsis etmiş və qurmuşdur.

2016. Sumqayıtda Dünya Məktəbini qurmuşdur.

Xəzər Universiteti Konfrans və İstirahət Mərkəzinin (2017-18) və "Gəncə Dünya Məktəbi"nin (2019-2020) qurulmasında iştirak etmişdir.

2010-2021. Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasında humanitar və təşkilati işlər üzrə müşavir vəzifəsində işləmişdir.

2011-2021. Dünya Məktəbi Direktorlar Şurasının sədri vəzifəsində işləmişdir.

1971-1985. Dörd qız övladı dünyaya gətirmişdir.

1991. Beynəlxalq işgüzar səfərlərə başlamışdır. Avropa, Asiya, Şimali və Cənubi Amerikada - çox ölkələrdə məktəb və universitetlər, teatr və muzeylər, tarixi yerlər və təbiətlə tanış olmuşdur.

2000-2013. Dörd nəvəsi dünyaya gəlmişdir.

2000. Xəstələnmiş, müalicə olunmağa başlamışdır03.04. 2021. Vəfat etmişdir.

Şəxsiyyəti[redaktə | mənbəni redaktə et]

Nailə xanım bilik və bacarığı, qayğıkeşlik və səmimilyi, şən və yumşaq xasiyyəti ilə onu tanıyanların sevimlisinə çevrilmişdi. Komanda işinin təşkili istedadına malik idi. İşin uğur qazanması üçün zəruri olan prinsipləri müəyyən edir, ətrafında olanları həvəsləndirir, qarşıya qoyduğu məsələni yorulmadan həyata keçirirdi. Tanış olduğu insanlarla xoş münasibət qurur, konfliktləri vaxtında və rahat həll etməyi bacarırdı. Dürüstlük həyat prinsipi idi, iş mühitində yalan və yaltaqlığa yer yoxdur deyirdi.

Təbiəti, xüsusilə dənizi çox sevirdi, dənizin nəhayətsizliyi məni düşündürür, heyran edir deyirdi. Dağları gəzir, dağlarda dincəlməyi sevirdi. Gül-çiçək vurğunu idi, özü də gül-çiçək əkir, yetişdirirdi. Bəstələdiyi Laləİnci çiçəyi mahnıları çox populyar oldu.

Musiqiçi idi, həm klassik musiqini, həm xalq musiqisini yaxşı bilir, dərindən hiss edir və ifa edirdi. Teatrı çox sevirdi, Bakı teatrları ilə yanaşı Moskva Bolşoy (Большой) teatr, Vyana (Vienna) Opera-balet teatrı, Milan La-Scala teatrı, Tiflis və başqa şəhərlərdə tamaşalara gedirdi.

Maarifçi idi, məktəb, universitet işi insanları xoşbəxt edir, mənim həyatım bu işə bağlıdır, bu sahədəki fəaliyyətimə görə mən də xoşbəxtəm deyirdi.

Xeyriyyəçi idi. Şagird, tələbə və müəllimlərə, kimsəsiz və imkansızlara, xəstə və yaşlı insanlara, uşaq evləri və şəhid ailələrinə daima kömək edirdi.Nailə xanım nümunəvi ailə qadını idi, bişirib-düşürməyi bacarır və sevirdi. Yaxşı həyat yoldaşı və ana idi.

2015
1995

Ədəbiyyat:

  1. Dünya dərgisi Aprel2021 Dünya dərgisi Aprel2021
  2. Xəzər xəbər № 406 May 2021 səh. 6-21
  3. Tanınmış pedaqoq Nailəxanım İsayevanın xatirəsinə ithaf olunmuş beynəlxalq forum
  4. Elmi Şuranın Nailəxanım İsayevanın xatirəsinə həsr olunmuş genişləndirilmiş iclası

Mahnılar[redaktə | mənbəni redaktə et]

Nailə xanım bir sıra populyar mahnılar bəstələmişdir (sözləri - Hamlet İsaxanlınındır). Bu mahnıları Arif Babayev, Flora Kərimova, Natəvan Şeyxova, İlqar Muradov, Brilliant Dadaşova, Aygün Bəylər, Manana Caparidze, Samir Cəfərov, Fərid Əliyev, Elton Hüseynəliyev, Yusif Savalan, Məhsəti Cabbarova, "Kristal" qrupu, Dünya məktəbinin xoru və başqaları ifa etmişlər:

  1. İnci Çiçəyi - İnciçiçəyi Sözləri: Hamlet İsaxanlı, Musiqi: Nailəxanım İsayeva, Oxuyur: Brilliant Dadaşova
  2. Külək - Külək Sözləri: Hamlet İsaxanlı, Musiqi: Nailəxanım İsayeva, Oxuyur: Manana Caparidze
  3. Təklik - Təklik Sözləri: Hamlet İsaxanlı, Musiqi: Nailəxanım İsayeva, Oxuyur: Flora Kərimova
  4. Lalə - Lalə Sözləri: Hamlet İsaxanlı, Musiqi: Nailəxanım İsayeva, Oxuyur: Aygün Bəylər
  5. Səni sevdim sadəcə - Səni sevdim sadəcə Sözləri: Hamlet İsaxanlı, Musiqi: Nailəxanım İsayeva, Oxuyur: İlqar Muradov
  6. Dünyam - Dünyam Sözləri: Hamlet İsaxanlı, Musiqi: Nailəxanım İsayeva, Oxuyur: Dünya məktəbinin xoru
  7. Gözəldir - Gözəldir Sözləri: Hamlet İsaxanlı, Musiqi: Nailəxanım İsayeva, Oxuyur: Samir Cəfərov
  8. Tez gəlin - Tez gəlin Sözləri: Hamlet İsaxanlı, Musiqi: Nailəxanım İsayeva, Oxuyur: Kristal Qrupu

İrsi və Xatirəsi[redaktə | mənbəni redaktə et]

A. Nailəxanım İsayevanın xatirəsinə!

Nailəxanım İsayevanın müasirlərinə məlum olan parlaq surətini, əvəzsiz xidmətlərini gələcək nəsillərə ötürmək, Nailəxanımın əziz xatirəsini əbədiləşdirmək üçün

Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurası aşağıdakı tədbirlərin həyata keçirilməsini qərara alır:

  1. Qız və qadınların ali təhsil almasına kömək etmək üçün Nailəxanım Fondu və onun verəcəyi Nailəxanım təqaüdü təsis edilsin.                                                
  2. Fondun maliyyə dəstəyi Xəzər Universiteti və Nailəxanımın ailəsi və dostları tərəfindən təmin edilsin.
  3. Nailəxanım haqqında dost, həmkar və tanışların yazdığı Xatirələr Kitabı hazırlansın.
  4. Nailəxanımın həyat və fəaliyyətini əks etdirən Şəkilli albom-kitab hazırlansın.
  5. Nailəxanımın yazdığı musiqilərin fortepiano, vokal və kamera orkestri üçün Not kitabı hazırlansın.  
  6. Nailəxanımın müəllifi olduğu mahnıların tanınmış müğənnilər və qruplar tərəfindən ifası müsiqi albomu şəklində hazırlansın,    
  7. Youtube və digər qaynaqlarda nümayiş etdirilsin.
  8. Nailəxanımın həyat və fəaliyyətini əks etdirən Videomateriallar sistemə salınsın və yeni tərtibatda Filmlər hazırlansın.
  9. Dünya məktəbində Nailəxanım muzeyi yaradılsın.
  10. Dünya məktəbində (Bakı Dünya Məktəbi,Sumqayıt Dünya Məktəbi, Gəncə Dünya Məktəbi) Nailəxanımın büstü qoyulsun.
  11. Xəzər Universiteti mədəniyyət mərkəzi Nailəxanım Mədəniyyət Mərkəzi adlandırılsın; orada büstü qoyulmaqla Nailəxanım güşəsi yaradılsın.

B. Üzeyir Hacıbəyli 13-cü Beynəlxalq Musiqi Festivalında görkəmli bəstəkar Sərdar Fərəcovun Nailəxanımın xatirəsinə həsr etdiyi Elegiya ilk dəfə ifa olundu (22 sentyabr 2021). Elegiyanı bəstəkarın öz dirijorluğu ilə Xəzər Universiteti Kamera Orkestri səsləndirdi.

2021-ci il noyabrın 12-də Xəzər Universitetinin Mərmər salonunda Nailəxanım fondunun təsis etdiyi Nailəxanım təqaüdünün ilk təqdimat mərasimi keçirilmişdir. [1][2][3][4][5][6]

Mərasim Nailəxanım İsayevanın həyat tarixçəsini əks etdirən ekran xronikası ilə başlandı. İştirakçılar görkəmli pedaqoqun geniş və çoxşaxəli fəaliyyəti ilə tanış oldular.

Tədbir Xəzər Universiteti Kamera orkestrinin (bədii rəhbər universitetin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu, əməkdar müəllim Zülfiyyə Sadıqova) müşayiəti ilə davam etdi. Nailəxanım İsayevanın çox sevdiyi musiqi - XVIII əsr italyan bəstəkarı Tomazo Albinoni`nin “Adajio”su ifa olundu.

2017-ci ildə “Dünya” məktəbinin studiyasında çəkilmiş “İnci çiçəyi” filmindən bir hissə, Nailəxanım İsayevanın bəstələdiyi mahnılar Flora Kərimova, Brilliant Dadaşova, Manana, Aygün Bəylər, İlqar Muradov, Fərid Əliyev, “Kristal” qrupu və “Dünya” uşaq xorunun ifasında kiçik fraqmentlərlə, Xalq artisti Alim Qasımov və “Dünya” məktəbi studiyasının hazırladığı “Nə olaydı”, “Dünya” məktəbi studiyasının hazırladığı “Mən xoşbəxtəm” videominiatürləri nümayiş etdirildi.

Kamera orkestrinin ifasında Xalq artisti, bəstəkar Sərdar Fərəcovun Nailəxanımın xatirəsinə həsr etdiyi “Elegiya” (müəllifin dirijorluğu ilə), görkəmli bəstəkar Cavanşir Quliyevin Kiprdən göndərdiyi “Nailə - elegiya və ya simfonik lövhə” səsləndirildi.

Mərasimdə Xalq artisti Flora Kərimova çıxış edərək, sözləri Hamlet İsaxanlının, musiqisi Nailəxanım İsayevanın olan “Təklik” mahnısını ifa etdi. Əməkdar artist Nuriyyə Hüseynova Nailəxanım İsayeva haqqında xatirələrini danışdı və mahnı ifa etdi.

Sonra Nailəxanım təqaüdünün təqdimati oldu. Təqaüdü müəssisələrin təşkili və idarə olunması üzrə əfqanıstanlı doktorant Bibi Raihan Hamidi`yə Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının üzvü Aygün Gardiner və universitetin Təbiət elmləri, sənət və mühəndislik yüksək fakültəsiinn dekanı Səidə Şərifova təqdim etdilər.

Hamlet İsaxanlının baş redaktoru olduğu "Nailə xanım xatirələrdə" kitabı Xəzər Universitetinin nəşriyyatı tərəfindən çap olunmuşdur. Kitabda Nailə xanım haqqında insanların əziz xatirələri əks olunmuşdur.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Nailəxanım fondunun təsis etdiyi Nailəxanım təqaüdünün ilk təqdimat mərasimi" (az.). 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-23.
  2. "Ölkə saytları Nailəxanım fondunun təsis etdiyi Nailəxanım təqaüdünün ilk təqdimat mərasimi haqqında xəbər yayımlamışlar". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-23.
  3. "Ölkə saytları Nailəxanım fondunun təsis etdiyi Nailəxanım təqaüdünün ilk təqdimat mərasimi haqqında xəbər yayımlamışlar". 2021-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-23.
  4. "Arxivlənmiş surət". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-23.
  5. "Arxivlənmiş surət". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-23.
  6. "Arxivlənmiş surət". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-23.